Özünü politoloq kimi təqdim edən və “rus dünyası”nın Azərbaycandakı ən qatı və eyni zamanda da ən səviyyəsiz təbliğatçılarından, “aşiqlərindən” olan Nəzakət Məmmədovanın dövlətə xəyanət maddəsilə istintaqa cəlb edilməsi istər-istəməz uzun illər Rusiyanın ölkəmizdəki “boz kardinalı” kimi tanınan Ramiz Mehdiyevi yada salır və ilk ağıla gələn sözügedən maddənin tətbiq edilməli olduğu şəxslərin sırasının bir xeyli daha geniş olmasıdır. Təəssüf ki, belələri çoxdur və Azərbaycanda onların “xaç atası” olmaq və eyni zamanda da azadlıqda qalmaq, hətta böyük bizneslərə, lyuks həyata malik olmaq mümkündür…
Azərbaycanın unikallığı həm də ondadır ki, hamının açıq-aşkar gördüyü, bildiyi əməllərə görə ən azı məsuliyyətə cəlb edilməli olan şəxslər bəzən birbaşa yox, dolayısı ilə haqq etdikləri münasibəti, hərdən isə cəzanı alırlar. Bu sarıdan Ramiz Mehdiyev cəza alanlardan yox, belə demək mümkünsə, canını “soyuq münasibət görməklə” qurtaranlardandır. Yəni, adamın biznesi, bankı, əmlakları yerində, oğlu isə vəzifədə qalır. Məlum yolla toplanan milyonları, bəlkə də yüz milyonları olmasına baxmayaraq, təəssüf ki, ona toxunan yoxdur.
Yəqin, həm də ona görə ki, bankları, biznesləri, milyonları olan təkcə o deyil, keçmiş və indiki məmurların arasında belələrini saymaqla bitirmək olmaz. Vaxtilə Mehdiyevi vəsf edənlər, yalnız onun göstərişlərilə hərəkət edənlər isə hələ də parlamentdə, yaxud yüksək vəzifələrdə oturmaqda davam edirlər. Yalnız dövlətin Mehdiyevin şəxsinə münasibəti əvvəlki münasibət deyil. Cəmiyyətin, xalqın isə belələrini heç əvvəldən görməyə gözü olmayıb…
“Bank oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil… Bank satılmayıb, satışda da deyil”. Bunu Ramiz Mehdiyevin özü mətbuatın “BANK BTB” haqqında sualını cavablandırarkən deyib.
"Ramiz müəllim hazırda telefona cavab verə bilmir. O, prosedurlar qəbul edir, hazırda masaj olunur". Bunu isə Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev jurnalistin onun qayınatasının səhhətinə dair sualına cavab verərkən söyləyib.
İstər-istəməz sual yaranır ki, bu adamlar kimə və nəyin acığını verirlər?
Açıq deyirlər ki, bizim dövlətdən, xalqdan oğurladığımız pullarla yaradılan bankımız, o cümlədən, digər bizneslərimiz var, bütün bunları ölkə qanunlarına zidd olaraq general rütbəli, dövlət vəzifəsində təmsil olunan nümayəndəmiz idarə edir və heç kim də buna görə bizə “gözün üstə qaşın var” demir, yaxud deyə bilmir. “Ağsaqqal” isə öz kefində-damağındadır, hamamını, massajını qəbul edir və sair.
İ.Əliyevin jurnalistə bu cavabı “yüksək mədəniyyət” göstəricisi olmaqla yanaşı, həm də kimlərəsə acıq vermək, yaxud mesaj vermək təsiri bağışlayır. Yəni, “biz beləyik”, “əcəb edirik” və s. Görünür, pandemiya dövründə toy etdiklərinə görə aldıqları “qulaqburması”, urvatsız, hörmətsiz, alçaldılmış vəziyyətə salınmaları, özünün isə kameralar qarşısındakı sındırılmış görkəmi, kövrəlib ağlaması yadından çıxıb.

Görünür, tək “qulaqburması” ilə iş bitmir. Belələri artıq getmiş qatarlarından düşürülüb, çölün düzündə “lüt-üryan” buraxılmağa layiqdirlər…
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu hakimiyyeti formalashdiran bu kishi olub,indi uzune ag olurlar! Ne deyishib, korrupsiya yox olub, yoxsa reformulalar olub xalq ag guna cixib, neyse deyishibmi? Xalqida sayan yox, hakimiyyetin menbeyi xalqdirmi? bes hani?
Bu .... və əlaltıları nə qədər murdar antimilli ünsürdürlər.Az qalıb,...
ÖLKƏDƏ İDARƏÇİLİK İFLASA UĞTADILIB. ONA GÖRƏ VARLI DA KASIB DA ƏZİYYƏT ÇƏKİR.VARLI QUDURĞANLIĞINDAN KASIB İSƏ GÜZƏRANINFDAN,VƏ HAQSIZLIQLARDAN. BURA AZƏRBAYCANDIR!
Cəlal özünü çox ağıllı hesab edirsən. Bir kənardan özünə bax
Bəli, Cəlal müəllim, düz buyurursunuz, belələri artıq getmiş qatarlarından düşürülüb, çölün düzündə “lüt-üryan” buraxılmağa layiqdirlər. Allah Nəsimiyə rəhməy rəhmət eləsin, belə sırtıq, ləyaqətsiz, tərbiyəsiz (elə bil xalqa acıq verirlər, yəni it hürər, karvan keçər) adamların dərisini soymaq azfır. Şərhimi izləyənlər şahidilər ki, mən ölkə başçısını hər zaman dəstəkləmişəm, bu gün də dəstəkləməkdə davam edirəm. Ancaq acı bir həqiqət var: hara baxır hakimiyyət?. Aydın məsələdir ki, başı Qarabağa qarışıb. Ay cənab Prezident, ölkənin daxili batıb gedir (şapalaqla üz qızartmağımıza baxmayın, artıq batıb getmişik). Bir də baxacaqsınız ki, hər şey o məsələ.... Bu gün xalq Sizi dəstəkləyir və qəbul edir. Bir onu bilirəm ki, hər şey bir anda yox ola bilər, zərrə-zərrə yığdığınız hörmət-izzət yox ola bilər. Mən bundan ehtiyatlanıram. Biz hamımız Sizin arxanızdayıq. Antiterror əməliyyatını ölkə daxilində də həyata keçirin. İnanın səmimiyyətimə, xalq Sizə sağlığınızda qızıldan heykəl qoyar.
Əli Həsənovu ( onun əsl adı həqiqətənmi Əli Həsənovdur?) niyə hələ həbs etməyiblər.Bax,elə belə hallara görə iqtidara millətin inamı xeyli aalıb.O biri Əli Həsənov (qaçqınkom ) bunun kimi,Nəcməddin Sadıqov o biri yandan.Ölkə niyə bu günə salınıb?
Qələmzar əcəb suallar doğurub? Əski SS respublikasına öz əl iqtisadi forması hansı hüquqi əsasla daxil olub? Eləcə də, azad fəaliyyət imkanlı şəxslər nədən, necə, hansı məqsədlə dövlət strukturuna girir, ya cəlb edilirlər. Azərbaycan eli Qafqaz Türkiyəsi qənimət qalandan, İran şahı cənubu 18ci əsrdə təslim edəndən, ən azı 18ci əsrdən, ya 1918ci ildən, iki ildir müttəfiq kimi də de fakto birlikdədirlər!
CəlaL müəllim, deyirəm düşmən də sənin qələminin altına düşməsin. Sənin qələminin altına düşmək KAMAZın altına düşməkdən betərdir. Sənə SALAM olsun.
Heç kim heç nə edən də deyil. Ramiz Mehdiyev vaxtilə axmaqlıq etdiyinə görə cəzalandırıldı. Onun kimi hazırda yüzlərlə xəbis var ki, ölkənin milyonlarını talayırlar. Gedin bir iri satış mağazalarına baxın! Misal üçün, təkcə Eurohome-da iri satış şəbəkələrinə gedin heç birinin ədv-si yox, post terminalı yox, nəğdsiz ödənişi yox və s. Bütün bunlar kimindi?! Sizin ya bizim?! Jurnalist olaraq ən azından bunu araşdırın! Şübhəsiz ki, bütün bunlar Ramizdən sonra hələ də vəzifədə qalanlarındır! Vəssalam!
Belə məsajın veriçməsinə imkan və şərait yaradan sistem dəyişməlidir.Cinayətkarı azadlıqda kef edən məmləkətdə ədalət olmur.Bunların qarşısı qətiliklə alınmalıdır.
Qoy yığsınlarda gorlarına nə aparacaqlar.Hamı gedir o dünyaya bir alqışla biri qarğışla.Çox yığıb gedənlərində axırlarını görmüşük.O qədər var dövlətə sorğu sual verəndə nə deyəcək.Bu dünyada yox o biri dünyada onsuzda onların möhürü vurulub bu dünyada .O ki qaldı biznesə lap yaxşı qoy etsin.Hər şeyin əvvəli və axırı olur görək kimin axırı necə olacaq