İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, HƏMAS-a qarşı mübarizə üç ay çəkə bilər: “Bu, Qəzzada son yerüstü əməliyyat olmalıdır, ona görə ki, daha “HƏMAS” olmayacaq. Bir ay, iki, üç ay çəkəcək, amma sonda “HƏMAS” olmayacaq”.

Bu barədə “AzPolitika.info” saytına danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, İsrailin Qəzzaya quru qoşunlar yeritməsi elə də asan və tez baş tutan proses deyil. Onun fikrincə, İsrail ordusunun yerüstü əməliyyatının yubanmasına səbəb olan bir neçə amil var. “Hazırda İsrail ordusu həm hərbi hava qüvvələri, həm də artilleriya vasitəsilə Qəzzada HƏMAS-ın dayaqlarını sarsıtmağa çalışır. Lakin bu hazırlıq mərhələsi belə, çox xaoitik keçir və zərbələrdən daha çox mülki əhali zərər çəkir. Əhalinin bir qismi Qəzzanın cənubuna keçsə də, hələ də çox sayda insan öz evlərində qalır. Və bu da, prosesi ləngidən amillərdən biridir. Eyni zamanda İsrail Qəzzaya qoşun yeritməyə ehtiyatlanır. Beynəlxalq ictimaiyyətin təzyiqlərindən savayı, İsrail ordusunun ciddi itkilər verəcəyi riski də mövcuddur. Bu riskə İsrail hələ hazır deyil. Burda söhbət minlərlə əsgəri itirməkdən, İsrailə qarşı digər bir çox təşkilatların və dövlətlərin də hərəkətə keçməsindən gedir. O zaman İsrail bir neçə cəbhədə savaşmalı olacaq. Həmçinin, Qəzzaya müdaxilə yeni bir terror dalğasına da start verə bilər”, - deyə ekspert qeyd edib.
Elxan Şıxəliyev hesab edir ki, HƏMAS-ın silahlı gücü olan “Qəssam” briqadaları da İsrailin müdaxiləsi ehtimalına qarşı yaxşı hazırlaşıblar.
“Onlar illər boyu Qəzzada güclü infrastruktur yaradıblar, tunellər qazıblar. Bundan başqa, çox güman, onlar şəhər döyüşləri üçün də yaxşı hazırlaşıblar. Oktyabrın 7-də İsrailə hücum zamanı da gördük ki, HƏMAS döyüşçüləri İran və “Hizbullah”ın dəstəyi ilə yaxşı təlim keçiblər və İsrail ordusunu təəccübləndirə bilərlər. Əlbəttə, hərbi-texniki baxımdan bu qüvvələri bir-birilə müqayisə etmək yersizdir. Lakin quru əməliyyatı İsrail üçün heç də asan olmayacaq. Düşünürəm ki, bu əməliyyat başlasa belə, ən azından bir neçə ay çəkəcək”, — deyə ekspert əlavə edib. Rüfət Əhmədzadə
AzPolitika.info

Şərhlər
Yan-yörəsindəkilərlə,qonum-qonşularıyla mehriban,adam kimi yaşamaqdansa qonşularından əzəmətli olmaq üçün,üstlərində hökmran olmaq üçün,böyüklük iddiasında olduğu üçün tarixləri boyunca gah Assuriya,gah Əhəməni, gah Babil,gah Roma kimi uzaq imperiyalardan silah və dəstək alıb qonum-qonşulara qan uddurmaqdan ləzzət alan xalqlar zəlil,rəzil,sərgərdan olmuşlar o imperiyaların çöküşüylə.Dəstək aldıqları imperiyalar çöküncə bunlar inersiyayla davam etdirmək istəsələr də böyüklük iddialarını bu səfər qan uddurduqları qonum-qonşular üstlərinə qalxmışlar ki,bəs deyirdin narı dənələ gətir.Bu səfər də növbəti səfil-sərgərdanlıqlarını görüb Bibliyaya yeni bir ah-vay dövrlərini əlavə etmişlər.Dünya da oxuyunca deyir,bu adamlar gör nələr çəkmişlər zaman-zaman.A balam,kiçik olduğunuz halda sabun köpüyü kimi üfürülüb şişirdilərək Böyük İsrail qurmaq iddianız olub həmişə bəlanız.anlamamısınız ki erməni necə kiçik olduğu halda uzaq imperiyalar tərəfindən dəstək verilib şişirilib üfürülərək Böyük Ermənistan yaratmaq xəstəliyinə tutulubsa siz də eləcə tutulmusunuz o xəstəliyə.Heç vaxt Böyük İsrail deyə bir şey qurulmayacaq dünyada,çünki Allah Fəratdan Nilə qədər olan torpaqları dünya yevreylərinə deyil,sadəcə,İbrahimdən törəyənlərə vəd edib.Atasının adı Azər olan İbrahim peyğəmbər də şumer türkü olduğu üçün,demək,türklərə vəd edilib o torpaqlar.Qüreyşilər də İbrahim peyğəmbərin nəslindən olduqları üçün ərəb xilafəti zamanı 600 il ərzində Əməvi və Abbasilər sahibləniblər o torpaqlara.Yəni Allah vəd verib də,yerinə də yetirib də vədini.