“Bu əməliyyat çox güman ki, İsrail hazır olduqda həyata keçiriləcək. Onlar indi hazır deyillər. İsrail 2006-cı ildə Livanda buna oxşar bir əməliyyat keçirib və böyük uğursuzluqla üzləşib. Ona görə də onlar indi yaşayış massivində döyüşə girmək istəmirlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu istefada olan türkiyəli general-leytenant İsmayıl Hakkı Pekin Türkiyə mətbuatına müsahibəsində deyib.
O, HƏMAS tərəfindən girov götürülən 222 nəfərin hamısının eyni yerdə saxlanmadığını və mümkün uğursuzluq nəticəsində Netanyahu və Baydenin siyasi karyeralarının sona çata biləcəyini deyib.
Terror və Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar isə Qəzzaya qarşı quru əməliyyatının son dərəcə çətin olduğunu bildirib:“İsrailin çox güclü ordusu var və onun arxasında ABŞ dayanır. Lakin İsrail quru əməliyyatlarının aparılacağı ərazini demoqrafik və tomoqrafik baxımdan hələ də araşdırmayıb. Girovlar hələ də İsrailin ən zəif nöqtəsidir. HƏMAS illər ərzində tunel konsepsiyası hazırlayıb. İsrailin bu mövzuda əldə etdiyi son məlumatlar isə 2014-cü ilə aiddir”.
“AzPolitika.info”


Şərhlər