1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, Ekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georqiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib.
Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu F.-in vasitəsi ilə ekstrasens Ekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda F.-in həyat yoldaşı B. də Cəlalın xanımı Anastasiya Georqiyevnanı ekstrasenslə tanış edib.
"Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb.
Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb.
Həmin vaxt Ekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib.
Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq "20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam" deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Ekaterinanın mənzilində ona verib.
Bundan sonra o, yanvar ayını gözləyib, lakin Ekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Ekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da "Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Ekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib.
Cəlal və həyat yoldaşı, onların ailə dostu F. və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər.
Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Ekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır.
O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb.(qaynarinfo)
Şərhlər
Millətin acından günorta duran kasıb balaları elm-mərifət əhli olmaq üçün repetitor yanına gedir,kasıb ata-analar borca-xərcə düşərək boğazlarından kəsib balalarını müəllim yanına göndərir,amma təkə kababından bezib ceyran-turac-qırqovul-qaşqaldaq ətlərinin qarışığından kələm dolması bişirməyi prob eliyən məmur deyilən “kreslomur”larımız falçı yanına gedirlər ki,elə dua-cadu yazsın ki,vəzifələrindən tərpədən olmasın onları onillərlə,kreslodaca heykəlləşsinlər,öləndə kabinetlərindən çıxartsınlar meyidlərini birbaş qəbiristanlığa.Kreslomurların özlərinə falçı axtarmalarında əsas istəkləri budur,qalan “səbəblər” cəfəngiyyatdır, ayıb olar deyə düşünülmüşdür.Odur ki məmurların onillərlə eyni kresloya yapışdırılıb kreslomura dönməmələri üçün onları vaxtında yeni,gənc kadrlarla əvəz etmək lazımdır.Ölkədə hər şeyin bahalaşması kreslomurların əməllərinin bəhrəsi deyilmi?
Gör pul,vəzifə,hörmət izzət kimlərdədi də!Molla İbrahimxəlil-kimyagərin misi qızıla çevirəcəyinə inananlarda,gündə bir xurma yeməklə yaşayan Şeyx Nəsrullahın ölüləri dirildəcəyinə inananlarda.Cadugərlərin,fırıldaqçıların,moşenniklərin barmağında oynadılanlarda.Əhalinin xeyli hissəsi isə ya işsizdi,ya da halal zəhmətlə işləyib ayda 300-400 manata qulluq edən,ayda kilo yarım ət ala biləndə “hələ yaşamağa dəyər bir az da” deyən bədbəxt,rəzil,səfil,binəva,üzüqara kütlə.Yalnız Vətəni qorumaq lazım olduğunda xatırlanan,qalan vaxtlarda isə ilahinin də unutduğu gərəksiz kütlə.
Qasım bəy Zakirə Allah rəhmət eləsin.Adam hələ iki yüz il bundan əvvəl təyyarə deyə bir şey icad olacağını,təyyarələrimizin dünyanın hər yerinə uçacağını deyib.Bir şeyi yanlış düşünüb,elə bilib ki təyyarə deyilən şey də eləcə at kimi motorsuz bir şey olacaq,qamçıyla çaparaq sürəcəklər onu da.Yoxsa deyərdimi “Xandəmirov çaldı çapdı AZALı”.Çalmağı başa düşdük,yəni öz malı olmayacaq,özgə malı olacaq təyyarələr Xandəmirov üçün,çalıb özününküymüş kimi kullanacaq.Amma təyyarə atdı bəyəm çapasan?Amma şairi qınamaq olmaz,o vaxt axı texnologiya sıfır dərəcəsindəydi.Nə bilsin yazıq?
O qadına halaldı ,belə gerizəkalılara bu da azdır ,birdə ki oğrudan oğruya halaldı ,gör nə gündəsən Azərbaycan ,düz deyirlər hələ Azərbaycana 21-ci əsr gəlməyib ilişib qalmışıq 19-cu əsrdə ,pulluların 90-faizi bu gündədir
Aaaa!Demək buna görə AZAL-da təyyarə biletlərinin qiyməti illərlə endirilmirmiş.Biletlər od qiymətinə satılmalıymış ki,hələ təkcə falçılara yüz minlərlə dollar verilsin.Əslində bu məsələdə təəccüblü bir şey yoxdur.Çünki müsliman şərqində qarnı doysa da gözü doymaq bilmədiyi üçün kreslodan dördəlli yapışan adama məmur deyilir.Kreslodan atılmamaq üçün çarəni isə millətə xeyir yox,falçılara əlmuzdu verməkdə görür.21-ci əsrdəki məmurumuza bax da.Ağzı dualı,qoca baqqal kişi.