Menu

ABŞ-də İsrailin qətliamlarına etiraz edən yüzlərlə yəhudi saxlanılıb - VİDEO

28.10.2023, 13:06
ABŞ-də İsrailin qətliamlarına etiraz edən yüzlərlə yəhudi saxlanılıb - VİDEO

Nyu-Yorkda (ABŞ) İsrailin Qəzza zolağındakı hərbi fəaliyyətlərinə qarşı etiraz aksiyası keçirən yüzlərlə yəhudi və onların həmfikirləri həbs edilib.

Bu barədə aksiyanı təşkil edən “Sülh naminə yəhudi səsi” xəbər verib.

Saxlanılanların dəqiq sayı açıqlanmayıb, ancaq mediada onların 300-dən çox olduğu vurğulanıb.

Qeyd edək ki, etiraz “Grand Central” vağzalının binasında keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol