“Mən həmin tədbirə dəvət olunmamışdım, sizin saytda gedən xəbərdən məlumat aldım. Əlbəttə, millət vəkillərinin forumun işini yarımçıq tərk etmələri yaxşı hal deyil. Əgər yazılanlar doğrudursa, bu, Elm və Təhsil Nazirliyi rəhbərliyinin Milli Məclis üzlərinə qarşı hörmətsizliyinin davamıdır”.
Bu sözləri millət vəkili, təhsil eksperti Etibar Əliyev “AzPolitika.info”-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin bu gün “Gülüstan” sarayında təşkil etdiyi Təhsilin İnkişafı Forumunda baş verən qalmaqala münasibət bildirərəkən deyib.
Xatırladaq ki, tədbir iştirakçılarından biri saytımıza foruma dəvət edilən millət vəkilllərinə qarşı açıq hörmətsizlik nümayiş etdirildiyini, buna etiraz olaraq onların zalı tərk etdiklərini bildirib.
“Mən mətbuata müsahibələrimin birində demişdim ki, Elm və təhsil nazirinin deputatlara qarşı allergiyası var. Hələ Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü olduğum dövrlərdə də bir millət vəkilinə söz verildiyinin şahidi olmamışam”,- E.Əliyev qeyd edib.
Millət vəkilinin sözlərinə görə, bu hadisə ondan xəbər verir ki, qanunverici orqanın üzvlərinə qarşı əvvəllər olduğu kimi yenə də hörmətsizlik nümayiş olunur: “Bu, heç də yaxşı hal deyil, hesab edirəm ki, belə hallar qınanılmalıdır, mən də qınayıram. Milli Məclisdə müxtəlif sahələr üzrə samballı biliklərə malik xeylli sayda deputatlar var. Mən bilmirəm, həmin forumda hansı millət vəkilləri iştirak edib. Əgər onlar tədbirə dəvət olunublarsa, onlara qarşı sayğı olmalıdır, qanunverici orqana hörmət nümayiş etdirilməlidir. Bu olmadıqda digər şəxslərin də qanunverici orqana münasibəti dəyişir. Mən Elm və Təhsil Nazirliyinin rəhbərliyini qınayıram, çünki o, əvvəlki ampulasındadır və həmin şəkildə münasibətləri davam etdirir”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Milli Məclisin sərbəst qanunvericilik səlahiyyəti var?Son 30 ildə bu orqan əhalinin maraqlandığı,millətin gözlədiyi bir qərar,qanun çıxarıb?MM-in yuxarıdan göndərilən hazır tekstləri təsdiqləməkdən başqa heç bir fəaliyyəti olmayıb.Olubsa göstərin.Belə halda hansı etimaddan danışmaq olar?Formal MM yalnız Prezident aparatına xidmət edir.onları millət düşündürmür.
Biznesmenlər Alverçilər havayı yeyenler
Xalqın yox Mezahirin secdikleri
Qanun verici orqanda xalqın seçdiyi,savadlı,təcrübəli və layiqli şəxslər oturmalıdır.Siyahi üşarə Məzahirin göstərişlə tutduğu siyahi üzrə oturdulan şəxslərə millətin etimadı heç zaman olmayacaq.
Amplua