Rusiya rəhbərliyi hər imkanda Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını həzm edə bilmədiyini büruzə verir və Ermənistan Baş nazirini buna görə ittiham edir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını şərh edib. Patruşev dolayısı ilə Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda günahlandırıb və iddia edib ki, Ermənistan Baş naziri bu qərarı Qərbin təsiri altında verib: “O, bəyanat verib ki, əraziləri 1991-ci il xəritələrinə görə tanıyacaqlar... O, birabaşa olaraq, Ermənistana və Azərbaycana məxsus olan torpaqların adlarını çəkib. Mən düşünürəm ki, görünür o, bu bəyanatları Qərbin təsiri altında verib. O, onlarla danışıqlar aparırdı”.
“AzPolitika.info”


Şərhlər
Bəli Paşinyan bu şər imperiyanın bütün planlarını pozdu,indi hamısının yuxusu ərşə çəkilib...
Bu gün rusiyaya Azərbaycan, Türkiyə və Orta Asiya (Turan dediyimiz ərazilər) olmazın köməyini edirlər. Düşünürəm ki, səhvdir və altını çəkəcəyik...
rusiya 1 nli dushmandir
Qarabağı Azərbaycanın tərkib hissaəsi kimi həzm edə bilməyən bizim genetik düşmənimiz Rusiyadır.Paşinyanla dava da ondan irəli gəlir ki,o,Rusiyanın çaldığı havaya oynamadı.
Yəni Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dolayısı ilə deyir ki, Paşinyan Rusiyanın Qarabağdakı planını pozub. Çünki Rusiya 10 noyabr sazişində razılaşsa da ki, ilkin mərhələdə 5 il Qarabağda qalacaq, amma onun sonrakı planı Qarabağda kök salıb gələcəkdə Ermənistandakı Gümrü bazasının kiçik bir modelindide burada da yaratsın ( ilkin Qarabağa "sülhməramlı" kimi daxil olnadan sonra çıxardığı hoqqalar da bunu deməyə əsas verir) Amma sən saydığını say. Rusiya başa düşmür ki, zamanı gələndə tarixin təkərini geri döndermeye heç kimin gücü yetmez.