“Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun?”
Bunu Ramiz Mehdiyev Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev haqqında deyib.
Mehdiyev yeni bağlanan “Muğanbak”-la əlaqəsinin olub-olmaması barədə jurnalistin sualına cavab verərkən bu cür danışıb. Yəni, Əhməd Vəliyev Ramiz Mehdiyevin dostu ola bilməzdi, çünki onun “çapına” uyğun birisi deyil. Yəqin, Mehdiyevin dostları yalnız ona Rusiyanın “Şərəf” ordenini verən Nikolay Patruşev, yaxud Kremlin digər yüksək rütbəli təmsilçiləri, hətta Putinin özü ola bilərdi. Azərbaycanda hansısa rektor və deputat onlarla müqayisədə kimdir ki? Ümumiyyətlə, görəsən Azərbaycanda Mehdiyevin özünə “bab bildiyi” dostu varmı?
Ancaq deyəsən, Mehdiyev digər “rektor dostu” Elşad Abdullayevlə bağlı əhvalatları, onun deputatlıq macəralarını unudub. Axı, yeri gəlsə, Vəliyevin nəyi Elşad Abdullayevdən əskikdir ki? Sadəcə, Vəliyev deputat ola bilmişdi, Abdullayevdə isə bu, alınmadı.
Görəsən, ümumiyyətlə, belə adamların irəli çəkilməsində, böyük bizneslərə, banklara yiyələnməsində, deputat, rektor olmasında, yüksək elmi dərəcələr almasında və s. Mehdiyevin “xidmətləri” azmı olub? Məhz Mehdiyevin xeyir-duası, razılığı, tapşırığı ilə nə qədər belə depuatatlar, komitə sədrləri, icra başçıları, rəislər və s. “yetişiblər”, məqam, vəzifə, var-dövlət sahiblərinə çevriliblər. Yaxşı, indi bu adamları bəyənməmək, onlara yuxarıdan aşağı baxmaq nədən xəbər verir? Bunlar Mehdiyevin vaxtilə idarə etdiyi sistemin “məhsulları” deyillərmi?
Görünən həm də odur ki, Mehdiyevin vaxtilə ona nüfuz, milyardlarla gəlir, var-dövlət, cah-cəlal gətirmiş vəzifəsi əlindən çıxsa da, yekəxanalıq, ədabazlıq, təkəbbür, özündən başqa heç kimi bəyənməmək kimi xüsusiyyətlər canından çıxmayıb...
Onun məntiqindən belə çıxır ki, özünün Prezident Administrasiyasının rəhbəri kimi adı korrupsiyada, başqa dövlətin maraqlarına xidmət etməkdə, general oğlununsa adı bank, bzines sahibi olmaqda və s. hallanır və bu, ayıb deyil. Amma Əhməd Vəliyevlə dost omaq ayıbdır...

Acınacaqlı olan həm də odur ki, Ə.Vəliyev və bu qəbildən olanlar çətin ki, Mehdiyevə layiq olduğu cavabı verəcək şəxsi keyfiyyətlərə, xüsusiyyətlərə malik olsunlar. Yoxsa, doğrudan da, kimdir ki, Ramiz Mehdiyev?...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Nepotizmin vətəni İtaliyadır, lakin Nepotizm Azərbaycanda o qədər çiçəklənib və yayılıb ki, İtaliya bizə baxanda şükürlüdür. Artıq biz İtaliyanı xeyli qabaqlamışıq. Odur ki, araşdırıb müəyyən etmək lazımdır ki, kimlər kimin hesabına vəzifəyə təyin olunublar? Məs., Rza Talıbov, Məhərrəm Talıbov, Teymur Ramiz oğlu Mehdiyev, Ülvi Ramiz oğlu Mehdiyev, elə götürək bacanağı, Qaçqınlar komitəsinin hazırki sədri Rövşən Rzayev. “Azpolitika”nın oxucusu “Məlumat”ın bildirdiyinə görə hazırki energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov Ramiz Mehdiyevin dostudur. Bu gün respiblikada fəaliyyətdə olan icra başçılarının böyük əksəriyyəti Ramiz Mehdiyevin xeyir-duası ilə təyin olunan qaqaşlardır. Ofisiantı gətirib icra başçısı təyin edəndə bu qaqaş da elə bilir ki, icra hakimiyyəti ya restorandır, ya da şadlıq sarayı. Nəticə də göz qabağındadır. Bu gün Prezidentin başı xarici siyasətə, Qarabağa qarışıb (Xarici işlər Nazirliyinin də funksiyalarını O, icra edir). Onun üçün əsas təhlükə özünün oturduğu binadır. Ətrafı Ramiz Mehdiyevin qoyub getdiyi bəlalardır. Əgər İlham Əliyevin ALLAH eləməsin, ayağı büdrəsə, birinci onu baltalayan özünün öz Administrasiyası olacaq. Hazırki kadrların təyinatı da çox maraqlıdır. Elə bil ki, respublikada kadr qıtlığı var. Əzizlərim, ölkəni belə idarə etmək olmaz. Bütün dünyanı, hətta qalaktikanı da gəzsəniz Azərbaycanın tayı-bərabəri yoxdur, gəlin onu birlikdə qoruyaq. Bu fikirləri də qisasçılıq ruhunda yazmamışam, çünki Azərbaycanımı həyatım qədər sevirəm.
Ramizin dostu Sumqayitin icra başçisidir.Ramil Usubovdur ve 2 -3 neferde bunlar fason.....açar poat tutanlar..........
indiki energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov (Prezident Adminsitrasiyasında işlər idarəsinin keçmiş müdiri) Ramiz Mehdiyevin yaxın dostudur.
Sherhler maraqlidi ,,,,,,
Rqmiz Mehdiyevin əsl milliyyətinin nəə olduğunu,əsl adının necə olduğunu kim bilir?O DA İÇƏRİLƏRİMİZƏ SOXUŞDURULMUŞLARDAN DEYİL?
Şərhçilər R.Mehdiyevə səqiq xarakyeristika veriblər. Ən pisi isə odur ki,yerdə qalanlar və yeniləri onun rüşvət.korrupsiya , Rusiya və Ermənistana yaradım kursunu davam etdirirlər.
Bunda sonra onun en yaxin dostu ezrayildi
Elə düşünməyin ki, Ramiz Mehdiyevin qatarı çoxdan gedib. Onun qatarı çox uğurla yolunu davam edir. Bu gün Azərbaycanın başına nə bəla gəlirsə bu bəlanın əkdiyi toxumdan cücərən növbəti bəlalardır. ... Özümüzü tərifləmək azarı bizim axırımıza çıxır və gələcəkdə çıxacaq da. Türk serialı “Kayb edilmiş yıllar” yəqin ki, çoxlarımızın xatirindədir. Heç kimin ağlına gəlməyən pinəçi, muncuq düzəldən birisi sən demə mafiya başçısı imiş. Qalanı qalsın Azərbaycan oxucusunun müzakirəsinə.
Elə düşünməyin ki, Ramiz Mehdiyevin qatarı çoxdan gedib. Onun qatarı çox uğurla yolunu davam edir. Bu gün Azərbaycanın başına nə bəla gəlirsə bu bəlanın əkdiyi toxumdan cücərən növbəti bəlalardır.
Mehdiyev Ramiz özünün dediyi kimi, Vətənə 27 il "sədaqətlə" xidmət etmiş birisi. Və bu illər ərzində 17 milyard dollar nağd pul, möhtəşəm v il llalsr, banklar, biznes obyektləri əldə etmiş korrupsioner bir sabiq dövlət məmuru.
Bunun bir cavabı var:R.Mehsiyevlə onun rüşvət əməliyyarlarında yardımç olan şəxslər. onunla dost idi.....
Məgər Siz bazar/marketdən bazarlıq edənda satıcılar Sizin hökmən "dostunuz" olmalıdı? Pul verib ... kürsü alıb. Tamam. Nə dostluq?
Ə.Vəliyev və bu qəbildən olanlar çətin ki, Mehdiyevə layiq olduğu cavabı verəcək şəxsi keyfiyyətlərə, xüsusiyyətlərə malik olsunlar. Yoxsa, doğrudan da, kimdir ki, Ramiz Mehdiyev?...
BU QƏDƏR... C.Məmmədov -oğulsan...
Ramiz Mehdiyevin əsas dostu Əhməd Əhmədzadədir.Ümumiyyətlə,ermənistana və Rusiyaya işləyən bütün casuslar R.Mehdiyevin kurasiyasındadır.