İsrail-HƏMAS qarşıdurmasının 36-cı günündə Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə maraqlı bir açıqlama ilə çıxış edib.

"AzPolitika.info" xəbər verir ki, Təl-Əviv hakimiyyətinə meydan oxuyan Ubeydə qələbəyə yaxın olduqlarını iddia edib.

''Bizim əhval-ruhiyyəmiz yüksəkdir və qələbə yaxındır. Qəlblərinizi rahatlaşdıracaq sürprizlərə hazır olun. Sizdən tək istəyimiz dua etməkdir. Allahla görüşəcəklərini zənn edənlər, kiçik bir dəstənin böyük bir dəstəyə qalib gəldiyini deyəcəklər",-deyə o bildirib.

Qüds Briqadalarının sözçüsü Əbu Həmzə isə artıq münaqişənin böyüdüyün, Fələstin xaricində də hazırlıqlar gördüklərini açıqlayıb.

"AzPolitika.info"