Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev özünün adında olan əmlaklarını, iri torpaq sahələrini satmağa başlayıb.
"Musavat.com" xəbər verir ki, satışa çıxarılan əmlakların siyahısı uzun olsa da, hələlik onlardan biri – 50 hektarlıq torpaq sahəsi ilə bağlı məlumatları təqdim edirik. Belə aydın olur ki, sabiq PA rəhbəri özəl ərazisində var-dövlətini həyat yoldaşının adına rəsmiləşdirib. Üstəlik, rəsmi olaraq Mehdiyevlər heç ər-arvad da deyilmiş…
Ramiz Mehdiyevin notariat ofisinə yazdığı ərizədə o, arvadının adına olan torpaq sahəsinin satılımasına etiraz etmədiyini bəyan edir.
Həmçinin məlum olur ki, sənədləşmə gərəyi olaraq Ramiz Mehdiyevin ərizəsində özünün də fotosu çəkilərək əks olunub. Sabiq PA rəhbəri vəzifədə olduğu illərdə hər hansı bir alqı-satqı işində adının keçməsinə imkan verməyib. Ramiz Mehdiyev ərizəsində onu da bəyan edir ki, Qalina Mehdiyeva ilə nikahsızdırlar. Yəni 85 yaşlı Ramiz Mehdiyev həyat yoldaşı ilə vətəndaş nikahı ilə yaşayırmış, rəsmi nikahları yox imiş. Bu da Ramiz Mehdiyevin ərizəsində öz əksini tapıb.
Qeyd etdiyimiz ərizədə Ramiz Mehdiyev yazır:
“Bu ərizə ilə məlum edirəm ki, birgə nikah dövründə əldə edilmiş, arvadım - Mehdiyevə Qalina Yuryevnaya məxsus Goranboy rayonu, Qaramusalı kəndində yerləşən 50 hektar torpaq sahəsinin (icarə hüququnun) satılmasına etiraz etmirəm.
Eyni zamanda bəyan edirəm ki, ər(arvad) arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.
Ramiz Mehdiyev ərizəni bu ilin aprelində yazıb. Bundan sonra həyat yoldaşının adına olan 50 hektar torpaq satılıb. Sənədlərdə torpaq sahəsinin hansı qiymətə verilməsi göstərilməsə də, belə məlumat var ki, torpaq sahəsi 350 min manata satılıb. Sabiq PA rəhbərinin digər əmlaklarını, torpaq sahələrini də satışa çıxardığına dair məlumatlar var. Bəzi dəqiqləşdirmələrdən sonra həmin məlumatları da təqdim edəcəyik.



Şərhlər
Bunları satıb vətəninə gedəcək. Bu zaman əvvəlki ad soyadına qayıdacaq.
Bu gün Abşeron bələdiyyəsinin keçmiş işçilərindən birindən eşitdim ki,Qalina Yuriyevnanın adına Novxanı bələdiyyə ərazisində 369 ha torpaq sahəsi var.Badam və üzüm bağları becərilir.Göyçayda Potu kəndi ərazisində isə 169 ha torpaqları var.Deyilənə görə,Göyçaydakı torpaqların qayğısına Əhməd Əhmədzadə qalır.Qarabağ probleminin həllindən sonra Rusiyanın Azərbaycandakı etibarlı dayağı olan Ramiz Mehdiyevə,hiss olunur ki,ehtiyac qalmayıb.Ona görə də R.Mehdiyevin nüfuzu itib.
Bunun millete ne xeyri olacaq satır ya alır öz adına olan mülklerdir .Safece bu ölkede primitiv gikir de olsa bşr nefer memur “Kişi oğlı Kişi” çıxıb etiraf etmir ki ay menim Xalqım ay menim Milletim men sehv etmişem indi qayıdıram HAQQ yoluna.Bunu yeqin millet yuxuda da görmeyecek
Uzun illər vəzifədə oluB. vəzifəsindən sui istifadə edərək, ölkədə heç bir para ödəmədən küllü miqdarda varidat sahibi olanlardan haqq hesab sorulması üçün ədalət bərqarar olmalıdır bu ölkədə ki, Ramizlər, Ziyalar ,Kamaləddinlər və daha neçə-neçə lar, lərərlər bunun bədəlini ödəsinlər. Amma nə yazıq ki, o ədalət də bir türlü gəlib çıxmaq bilmir.
Haramı qazanıb və bu haramı necə satır.kim alacaq?
Qalina Yuriyevnanın adfına Saray bələdiyyə torpaqlarından 100 hektar sahənin olduğunu(özəlləşdirilib) Abşeron rayonunda bilməyən yoxdur.
Belediyye verib........Agzi ne idi vermesin......
Kadr, kadr deyirem eyyyyy, Goranboyun bascisi meherrem quliyev helede yerindedir. kadr deyirem eyyyy kadr !!! nobel mukafatina layiq kadr deyirem eyyy kadr!!!!
Yəqin doğulduğu ölkəyə köçür.