Menu

Azərbaycan İssık-Kul gölünün sahilində 5 ulduzlu mehmanxana tikəcək

21.11.2023, 13:25
Azərbaycan İssık-Kul gölünün sahilində 5 ulduzlu mehmanxana tikəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərman 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.

Şərhlər

Elxan 2023-11-22 17:10:30

Bu otelin Azərbaycana nə faydası və nə mənası? Azərbaycanın vəsaitlərinin xaricdə otel tikintisinə xərclənməsinin hansı ehriyaclardan irəli gəldiyi şübhə doğurmur?İndi ölkənin işğaldan azad olunan rayonlarını bərpa etmək bundan vacib deyilmi?Xaricdə dövlət hesabına otel tikməyin məqsədini öncədən açıqlamaq olmazmı?Bu bir başa qanunsuz və ölkəyə zərərli bit haldır.Əgər Azərbaycan Qırğlsıstana yardım etmək düşünürsə,o zaman fabrik,zavod daha mənalı olardı.Yoxsa otel?

İqtisadçı 2023-11-21 13:56:44

Bunun əvəzinə Azəbaycanda bir 3-5 min insan çalışa bilən fabrika tiksə pis olat?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol