Hazırda Azərbaycan hakimiyyət sistemində dövlət resursları hesabına oliqarxa çevrilmiş məmurlar demək olar ki, yoxdur. Uzun müddət yüksək dövlət vəzifələrini tutan şəxslər var, amma onları nəhəng biznesi, hökumətin müxtəlif qollarında “kadrları” ölkədə və xaricdə geniş əlaqələri olan keçmiş nazirlərlə müqayisə etmək olmaz. Belə oliqarxları əsasən xaricdə təhsil almış yeni kadrlar əvəz edib...
Bununla belə keçmiş oliqarxlar və ümumiyyətlə yüksək vəzifə tutmuş məmurlar ictimaiyyətin, medianın diqqət mərkəzindədirlər, onlar kölgəyə çəkilsələr də barələrində çıxan xəbərlər geniş oxucu auditoriyası toplayır. Maraqlıdır, vəzifədən getsələr də əllərində geniş imkanları, əlaqələri və s. qalan bu şəxslər indi nə işlə məşğuldurlar? Onların arasında hazırda həbsdə olanlar da, azadlıqda şad-xürrəm yaşayanlar da var. Bu adamların bəzilərinin hazırkı durumuna nəzər salaq.

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov əsasən doğulduğu Ucar rayonundakı villasında yaşayır, özünün dediyinə görə təsərrüfatla məşğul olur, ibadət edir. Oğlu Anar Məmmədovun daimi yaşayış yeri isə Böyük Britaniyanın paytaxtıdır. Bununla belə, ABŞ-da da işgüzar əlaqələri var. Mediada yayılan xəbərlərə görə, restoran və əmlak sahəsində bizneslə məşğul olur.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılaraq həbs olunub. Səbail məhkəməsi onun barəsində 26 may 2022-ci ildə həbs qərarını dəyişib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib. Hazırda şərti məhkumluğu davam edir.

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hazırda “Qərb” Universitetinin təsisçisidir, onun ailə üzvlərinin Avropa paytaxtlarında, Türkiyədə şirkətləri olduğu bildirilir. Bununla bərabər yerli mediada Bakıda və Azərbaycanın şimal bölgələrində də onun daşınmaz əmlakı, biznes obyektlərinin olması barədə yazılıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə 10 ilə yaxın rəhbərlik etmiş Eldar Mahmudov 2015-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra bir müddət istintaqa cəlb olunub. Hazırda Bakıda yaşayır və ictimai yerlərdə az-az görünür. Sonuncu dəfə Milli Qəhrəman Riad Əhmədovla vida mərasimində kameralara tuş gəlib. Eldar Mahmudovun vaxtı ilə nəzarət etdiyi böyük biznes sahələrinin bir qismi ayaqdadır, onun oğlu Anar Mahmudov isə Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik edir.

11 illik nazir vəzifəsindən çıxarıldıqdan sonra həbsdən güc-bəla ilə yaxa qurtarmış keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA Prezidentinin müşaviri postunu tutur. Eks-nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.
Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov özü Bakıda, övladları isə ABŞ-da yaşayır. Nazir son vaxtlar xarici siyasət məsələləri ilə bağlı yerli mediaya tez-tez şərhlər verir.

Nazirlər Kabinetinin keçmiş sədrləri və məşhur müavinləri hazırda təqaüddədirlər. Onlardan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov paytaxtda böyük biznesə və daşınmaz əmlaka sahibdir. Onun oğlu İsrafil Abutalıbov isə Türkiyənin ən məşhur otel şəbəkələrindən olan “Ajva”nı idarə edir.

“Qaçqınkom”un keçmiş sədri Əli Həsənov da təqaüdçü həyatı yaşayır. O, nəvəsi Nail Allahverdiyevin törətdiyi cinayət olayı ilə gündəmə gəlsə də, bir müddət sonra “unuduldu”. İki nəfərin ölümünə bais olmuş Allahverdiyev isə qısa müddət sonra həbsdən azadlığa buraxıldı.

Oliqarxlardan Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov hazırda Baş nazir Əli Əsədovun müşaviridir. Onun bu vəzifəni yerinə yetirib-yetirmədiyi, işə gəlib-gəlmədiyi məlum deyil. O, yerli medianın gündəminə nikahdankənar övlad sahibi olması ilə bağlı gəlsə də, keçmiş baş bankir iddialara münasibət bildirməyib. Qeyd edək ki, Rüstəmovun övladı Süsən Rüstəmova Britaniya paytaxtında, bir sıra Avropa ölkələrində iri biznesə sahibdir. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları “Gyunel Limited” in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır.

Keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun da sorağı ölkə xaricindən gəlir. Onun övladı Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir. Bir neçə il əvvəl o, 2 milyon dollara daşınmaz əmlak alması ilə gündəmə gəlmişdi.

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbsdə, onun həyat yoldaşı Zamirə Hacıyeva isə mənbəyini izah edə bilmədiyi sərvətlərə görə hələ də məhkəmə çəkişməsindədir. Z. Hacıyeva Britaniya paytaxında dəbdəbəli villalara sahibdir, araşdırmaçı jurnalistlər onun dəyəri on milyonlarla ölçülən sərvətindən, alış-verişindən bəhs edirlər. 2018-ci ildə İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi onun 40 milyon manata yaxın dəyəri olan zinət əşyalarına həbs qoyub...
Beləliklə, vaxtilə Azərbaycanın sərvətləri hesabına milyarderə çevrilmiş məmurların bu gün də dəbdəbəli həyat tərzinə malik olduğunu görürük. Hətta həbsdə olanların belə, böyük sərvətə malik olduğu şübhə doğurmur. İndi bu adamlar əsas etibarilə estafeti və məlum yollarla ələ keçirdikləri sərvəti övladlarına ötürməklə məşğuldurlar...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Bunların kimliklərini,hansı millətə mənsub olduqlarını,ata babalarının Aərbaycana nə zaman gəldiklərini,əsl ad soyadlarını aydınlaşdırmağa böyük ehtiyac duyulur.Çünki əsl Azərbaycan əsilli insanlarda bu qədər talançılıq həvəsi olmaz və hətta bəzilərində təsadüfən olsa belə topladığını xarici ölkələrə daşımaz.Bu nə həngamədir ki,xalq bu əziyyəti çəkir.
Bunlar yuxarıdan niyə mühafizə olunurlara? S
Bunlara qanun.aid edilmədyi və niyə edilmədiyinin sbəbi nədir?Kim bunu sirrini açar?
Hacıbala Abutalıbovun bəxti gətirib ki,Fransada doğulmayıb,yoxsa Lui de Fines paxıllıqdan qoymazdı onu Parisin meri olsun.
Yeni təyin olunana nazirlərdən, sabiq nazirlər vətəndaşlara layiqincə xidmət göstəriblər. Onlardan biri, tanıdığım sabiq nazir cənab Əli Abbasovdur. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Əli Abbasovun rəhmət gedənlərinə dua oxutdurur! Uzun müddət müraciət etməyimə baxmayaraq R.Nəbiyevin qəbuluna düşə bilmədim.
Bunların əməllərinə rəvac verən,imkan yaradan,göz yuman sistemin günahı grünmür?
.Necə olur,illərlə bunu görən,bilən olmayıb?Deməli ....
Qara camaatın məmur marşı:
"Xandostu,amandı,qoyma gəldi.Oliqarxdı,qabandı,qoyma gəldi.Papaq olmaz illər boyu başında.Ağ tük Götedədi,yoxdu qaşında.Pensiyaya çıxmaz babam yaşında.Büdcəxordu,parazitdi,qoyma gəldi.Armiyandı,yeziddi,qoyma gəldi.Vay vay,deyəsən bəşər deyil bu.Qarışıqdı qanı,Azər deyil bu.Büdcəni çapırsa məni də yeyər bu.Kaftardı,sırtlandı,qoyma gəldi.Boynuyoğun,kostyumlu qabandı,qoyma gəldi.Qorxdum ay aman,yarıldı bağrım.Krısinı maaş-pensiyaya sarıldı bağrım.Ət bahadı deyə darıldı bağrım.Şappaşap yetim malı yeyəndi,qoyma gəldi.Parazitdi,,tərif deyəndi,qoyma gəldi."
Nə gözəl Azərbaycan. Ye, tala, oğurla sonra da heç nə olmamış kimi, lükus həyatını sürdür. Sənə də güldən ağır bir söz deyilməsin. Ona görə də neçə ki, devlet bu məsələyə əl qoymayıb, bu ən-ənə davam edəcək. Bu işdə isə ən böyük məsuliyyət Ölkə Prokrorunun üzərinə düşür. Onun da fəaliyyəti ortada.
Qəribə budur ki,nəinki adamlara,hətta bunların özlərinə də elə gəlir ki heç vaxt ölməyəcəklər və o dünyada heç nəyə cavab verməyəcəklər.
Bəs Kəmaləddin,Qaraye,,Deputat qayrılanlar,hələ vəzifədə olan digərləri?Guya onlar təmiz kadrlardır? Sisytem yanlış qurulub.Hələ ad soyad dəyişənlər...
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi
Deməli illərdir bu xalqın, bu dövlətin müstəqillik, dövlətçilik uğrundakı bütün iztirabları bu qaniçənlərin özlərinin, övladlarının, nəvə nəticələrinin harın həyat yaşamasından ötrü imiş.
Xandəmirov çaldı çapdı mahalı,O ki tutub özün keçəl qurumsaq.
Müstəqil Azərbaycanın yağını,balını,qaymağını gen-bol yeyənlərə bax da. Nyu -Xandəmirovdu hər birisi.Yeddi nəsil sülalələrinə də çatar dövlət büdcəsindən çırpışdırdıqları.Millət necə ac-yalavac olur olsun,nə qozlarına?Bunlar salim olsun,cümlə cahan batsa da batsın,nə qozlarına?Dörd minə yaxın kasıb balası isə of demədən canını qanını verdi Qarabağ üçün.Qaz pulu verəndə işıq pulu tapmayan,işıq pulu verəndə su pulu tapmayan,su pulu verəndə ət-yağ pulu tapmayan,uşaq puluna,işsizlik müavinətinə həsrət bədbəxt kasıbların balaları.Allah min rəhmət eləsin Vətən üçün canından keçənlərə.
GÖZLERİN TORPAQ DOYDURSUN. XALQIN HAQQI XALQIN SERVETİDİ
Deyəsən sizdə « Abzas» mediyanın gününə düşmək istəyirsiz ,nəbadə evinizdə ,ofisinizdə 40-min manat,rubl,dollar avro saxlamayın