Menu

“Fond pulu” yığan məktəbin direktoru və müəllimi CƏZALANDIRILDI - FOTOLAR

01.12.2023, 19:39
“Fond pulu” yığan məktəbin direktoru və müəllimi CƏZALANDIRILDI - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Sabunçu rayonu 310 saylı orta məktəbdə “fond pulu”nun yığılması barədə yayılan məlumatlar barədə araşdırma aparıb.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 310 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən şagirdlərdən vəsaitin toplanılması barədə yayılan məlumatla əlaqədar araşdırma aparılıb:

“Araşdırma zamanı 310 nömrəli tam orta məktəbin direktoru tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, 5 “e” sinif rəhbərinin zəruri qabaqlayıcı və maarifləndirici tədbirlər görməməsi səbəbindən valideyn tərəfindən tədris materiallarının surətlərinin çıxarılması və digər bu kimi məqsədlər üçün digər valideynlərdən vəsait toplanılması müəyyən olunub.

Bu baxımdan, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilib. Əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 310 nömrəli tam orta məktəbin müəllimi Mehriban Əliyevaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi kimi töhmət verilib”.

Foto: Rəsmiyə Quliyeva

Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Foto: Mehriban Əliyeva

Xatırladaq ki, bir müddət əvvəl Sabunçu rayonu 310 saylı orta məktəbin 5 “e” sinfinin valideyn komitəsinin sədrinin “WhatsApp” mesencerində yaratdığı qrupda hər şagirddən 10 manat məbləğində pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı. 

Şərhlər

Seymur 2023-12-02 10:03:30

Direktorun sifetinden "nur" yagir :)

dadaşyev 2023-12-01 22:03:39

Müəllimlərin maaşı adam kimi olsaydı,əlbəttə,deyərdim yaxşı iş görməyiblər.Amma adam kimi maaş verilmir,ona görə qətiyyən qınamıram.Acından ölməmək hesabıyla verilən maaşa indiki bahalıqda Baskervillərin iti də yaşayammaz.

Watchman 2023-12-01 20:21:53

Bunlardan heç kim heç nə soruşa bilməz. Məktəbdə ağalıq etdikləri kimi evdə də ağalıq edirlər.

ƏNHU 2023-12-01 17:23:53

Başqasından pul tələb etmək nöqsan deyil, quldurluqdur. Bu cür islaholunmaz arvadlar cəmiyyəti saflaşmağa qoymur. Evdəkilər bu adamdan soruşmurlar ki, bu pulu hardan , kimdən alıb gətirmisən? Axı sənin maaşın filan qədərdir..?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol