“Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusundan mümkün imtinası ölkənin məğlubiyyəti və Rusiyanın qələbəsi olacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Praqadada "Azad Avropa” radiostansiyasına eksklüziv müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, imtina xalqın böyük narazılığına, eyni zamanda Rusiya rəhbərliyində də böyük razılığa səbəb olacaq.
“Gürcüstanın boz zonada qalması Kremlə Gürcüstanla oynamağın mümkün olduğunu göstərəcək”.
Strukturun genişləndirilməsi məsələsi dekabrın 14-dən 15-dək Brüsseldə keçiriləcək sammitdə müzakirə edilməlidir. Güman edilir ki, Gürcüstan 2022-ci ildə rədd edilmiş namizəd üzv statusunu ala bilər.
Bundan əlavə, Ukrayna, Moldova və Bosniya-Hersoqovinaya üzvlük danışıqlarına başlamağa icazə verilə bilər.
“AzPolitika.info”


Şərhlər