Menu

“BİRDƏFƏLİK DEDİM, SAĞ OLUN!” - Abutalıbov üzə çıxdı və qaçdı... + VİDEO

15.12.2023, 20:01
“BİRDƏFƏLİK DEDİM, SAĞ OLUN!” - Abutalıbov üzə çıxdı və qaçdı... + VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov uzun fasilədən sonra kameralara yaxalanıb. 

“AzPolitika.info” xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasına qatılan Abutalıbovun sürətlə avtomobilinə doğru irəlilədiyinin videogörüntüsü yayımlanıb. Kadrlardan sabiq merin şux və sağlam olduğu diqqət çəkir. Hətta olduqca sürətlə getdiyindən gənc jurnalistlər ona çatmaqda çətinlik çəkiblər.

H.Abutalıbov “hazırda nə işlə məşğulsunuz” sualına cavab vermək istəməyib. Yalnız “bir dəfəlik dedim, sağolun!” deyərək, kameralardan uzaqlaşıb. Bununla Abutalıbovun nə demək istədiyi isə qaranlıq qalıb...

Qeyd edək ki, Bakıda və xüsusilə də Suraxanı rayonu ərazisində çoxsaylı villa və mənzilləri olan Abutalıbovun hazırda vaxtının böyük hissəsini ölkənin dilbər guşələrindən birindəki villasında “halal pensiyası” ilə dincəldiyi bildirilir .


C.Məmmədov

“AzPolitika.info” 

Şərhlər

Realist 2024-01-14 12:00:22

Niyə hakimiyyət ölkə daxilindəki belə hallara qatşı etinasızlıq göstərir. Bəs
ölkənin, xalqın sərvətlərini kim qoruyacaq?Daxili siyasəti acgözlərə yapşırıb kənardan seyr etmək Azərbaycanı uçuruma aparmır?

dadaşyev 2023-12-20 01:38:06

Mənə sabun verin,tənha qalmışam.O mənə ən gözəl qapı açandır.Mənə sabun verin,bəlkə bu axşam.Şişkalar zəngimi gəlib çalacaq.Səhər açılanda,gecə düşəndə.Mənə sabun verin,qoy darıxmayım.Mənə sabun verin,o tənha qalıb.O məni axtarır,məni gözləyir.Gedirəm villaya,sabun mənimdir.Sabunlu gözlərim sabun gözləyir.

Xalid 2023-12-19 18:10:07

Aramızda Hacıbalalar çoxdur.Amma onlara dur deyən yodur.Bu sistemin yarıtmazllığı və abtiazərbaycan xislətli olmasıdır.

RR 2023-12-19 17:39:46

Derdeee

Millət 2023-12-19 13:45:45

Hakimiyyət niyə Abutalıbovun rüşvətlə və oğuruqla mənimsədiklərini n ölkəyə qaytarılmasına diqqət yeirək iatəmir?Elə hamı oğurlayıb daşıyacaq,əhali kənardan baxacaq?Buu nə idarçilikdir.Ziya o yandan,Kəmaləddin bu yandan,.Mahmudov yan tərəfdən,və bunun kimi bir çoxları... Xalq isə kənardan baxıb ac yalavac qalacaq?Bu haqsızlığı Allah götürməyəcək.

Hacıbala .... 2023-12-18 12:49:55

Hacıbala...

dadaşyev 2023-12-18 10:36:14

Külli miqdarda dövlət əmlakını qırx il şappaşap yesələr də məmur olaraq qalan oliqarxlar xəzinə pulu sökmək üzrə kifayət qədər təcrübə qazanmış, ixtisaslaşmış punktual məmurlardır ki,gənc kadrlarla dəyişilməkləri qəti sərf eləmir.Gənc kadr nə vaxt bacarıqlı olacaq,nə vaxt ixtisaslaşıb punktual olacaq,qamarladıqlarından yan-yörədəki quzğunlara da ötürmək lazım olduğunu nə vaxt anlayacaqlar,uzun prosesdi.Tıq-tıq xanımda xan evindən düyü oğurlamaq üçün insan kimi dal ayaqları üstünə qalxmış,dəmiri də kəsə bilən sovetdənqalma möhkəm çənəyə malik,ağızları müxtəlif kalibrli gəmirici qoca bolşevik siçovullar varkən gənc,savadlı,intellektual kadrlara nə ehtiyac?

Mehman 2023-12-18 09:43:43

Eynən Azərbaycan CCR-i kimi " ŞİROKO ŞAQAYET" abutalıb müəllim. Daje yeşo şiroko.

Cəmşid 2023-12-18 08:48:59

Niyə hacıbalanı sorğuya çəkən olmadı?Bunun səbəbi onun.... olmasıdır?Hələ nə qədər millətin arasına soxuşdurulmuş Abutalıblar olduğunu (əsas dəstə polisdəir) görmürsünüz?Ona görə plkə talanır və qabağını almaq istəyən yoxdur.ölç götürm

Ağəli 2023-12-17 18:27:09

Hakimiyyət yerində olsa idi əməllərin görə Abutalıbov sorğuya çəkilərdi.Yığdığı və zaricə göndərdiyi vəsaitlər geri alınardı.Əfsus ki,bu baş vermir.

Kamal 2023-12-17 14:16:41

Neçə ildi ki, həcibala gedib, xəzri gilavar onun zibillərini təmizləyə bilmir

Köhne 2023-12-17 00:16:11

BAKIYA BU .... QEDER HEÇ KES ZIYAN VURMAYIB.....

dadaşyev 2023-12-16 10:41:15

Yaltaqlıq qəfil bəxtəvərlikdən ekstaz halında olan cahil məmurun yağlı vəzifəyə qətiyyən layiq olmadığının ən ləyaqətsiz etirafıdır. Odur ki hər hansı cəmiyyətdə məmur yaltaqlığı kütləvi hal alıbsa o cəmiyyət artıq deqradasiyadadır ki,yaltaqlığa görə məmurlarda utanmaq hissi deyə bir şey qalmayıb.Sabahlara ümidlərin olmadığı,bu günlə yaşayanların olduğu cəmiyyətdə, yaşayış uğrunda mübarizə gedən cəmiyyətdə mənəvi dəyərlərin itməsi təbiidir,çünki yaşayış uğrunda mübarizə ibtidai icma quruluşu insanlarının ilkin həyat tərziydi;mamont ovlayan qəbilə,tayfa ov ətrafında qavaldaşıyla saz çala-çala yallı gedib bayram edərdi,mamontdan lülə-tikə-basdırma eliyib yeyib içib xoş keçərdi,o biri qəbilələr də mamontdan pay almaq istəsələr verməzdilər onlara,nizələrlə qovardılar ki,ancaq özümüz yeyəcəyik.Fərq ondadır ki,o zamanlar pal-paltar geyinməzdik,heyvan dərisindən qurşağımızı örtərdik,o kadar.Texnoloji nailiyyətləri çıxsaq başqa nə fərqimiz var o ilkin zamanlardakı insanlardan?

Roma 2023-12-16 09:42:11

70-ci illərin axırlarında, Xalq Təsərrüfatı institutunda oxuyurdum və bizə siyasi iqtisaddan Teymurov Teymur ad-soyadlı çox mədəni, savadlı, ziyalı bir cavan oğlan, eyni zamanda elmlər namizədi, əsas müəllimi 1-2 aylıq əvəz edərək tədris edirdi. Növbəti seminarda, keçmiş mühazirədən soruşanda heç kim cavab vermədi və o bunun səbəbini soruşanda, mən dedim ki, Teymur müəllim bizim devizimiz, "danışmaq gümüşdüsə, danışmamaq qızıldı"... o gülümsəyib cavab verdi ki, yaxşı devizdi...Hacıbala müəllim bizimlə oxumasa da bizim devizimizə hörmətlə yanaşır və ona əməl edir...

dadaşyev 2023-12-16 01:09:22

--- Aaaaa!Bu nədi,Cəbiş məlim?Sabundu ki.Sabun yapışıb şalvarınıza.Aaaa!Buna noldu?Getdi ki.

X 2023-12-15 22:08:15

Üzü qara olduğu üçün utanır. Bunlar olmuyecek

dadaşyev 2023-12-15 21:53:19

A balam,bizim oliqarx məmurların dalınca boşuna qaçıb təngnəfəs olmayın,çatammazsınız,çünki yalnız ekoloji cəhətdən son dərəcə təmiz şeylər yeyirlər gecə-gündüz,o dünyada yerlərinin cəhənnəm olduqlarına əmindirlər deyə canlarına qəti korluq verməzlər,çünki bu dünyada nə gün görsələr odur.Yeddi sülalələrinə çatacaq qədər qamarladıqlarıyla yağ içində böyrək kimi yaşayarlar.Sonrası da tutaq ki buna çatdınız birtəhər,sorğu-sual etməklə yenə də gündəmə gətirmək istəyirsiniz bunu?Uşaqlarımızı,gənclərimizi 4-5 ildir birtəhər aldada bilmişik ki,vallah-billah yaltaqlıq adama yaraşan xüsusiyyət deyil,baxmayaraq ki bizim toplumda adamı bəxtəvərlər bəxtəvəri edir,ən yaxşısı oxumaqdı,kitabdı,təhsildi.Bu, gündəmə gəlsə yenə uşaqlarımız kitab-dəftərdən soyuyacaqlar.Odur ki,aman,qoy getsin,gözdən-könüldən uzaq olsun,uşaqlarımızın mənəviyyatı pozulmasın.İnterneti,televiziyanı,radionu qadağan etrmək lazımdır belələrinə.Çünki bu yox,uşaqlar bizim gələcəyimizdir.

Senan 2023-12-15 20:33:23

Bu haçabala mŭəllmdi mŭsahibə filan vermir bilir ki,sarsaqlıyacaq.siz də dŭṣmŭsŭnŭz onun dalınca gōrmŭrsŭz ki tōrəlçə kimi səkir?

Veteran 2023-12-15 16:19:31

Antimilli ünsür .

Hüseyn 2023-12-15 16:01:25

Siz görün kimdən müsahibə götürürsünüz?Görmürsünüz onun başi qacib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol