"Bayden və Zelenski iki ilə yaxındır ki, Rusiyanı Ukraynadan çıxarmağa çalışır. Lakin indi Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə strateji dəyişikliyə gedirlər. İndi əsas diqqət Ukraynanın Rusiya üzərində tam qələbəsinə yox, müharibəni sona çatdırmağa və Ukraynanın sülh danışıqlarında mövqeyinin yaxşılaşdırılmasına yönəlib. Belə bir danışıq olarsa, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi gündəmə gələcək".
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin "The Politico" nəşrində yayımlanan məqalədə bildirilir.
Anonimlik şərti ilə danışan Ağ Ev sözçüsü nəşrə müsahibəsində bildirib ki, müharibənin başa çatmasının yeganə yolu danışıqlardan keçir.
“Biz istəyirik ki, həmin vaxt Ukraynanın əli güclü olsun",-deyə o qeyd edib.
Bu strategiyaya görə, Ukraynada hava hücumundan müdafiə (HHM) kompleksinin gücləndirilməsi, habelə, Belarus sərhədi boyunca səngər və istehkamların möhkənmləndirilməsi nəzərdə tutulur.
Həmçinin, nəşr qeyd edir ki, ABŞ Konqresində Ukraynaya hərbi yardımla bağlı olan fikir ayrılıqları Bayden administrasiyasını Ukraynada yerli müdafiə sənayesinin inkişafına dəstək vermək üçün ciddi addımlar atmağa sövq edir.
Bayden administrasiyasının rəsmisi izah edib ki, ABŞ Ukraynanın gələcək hücumlarına hazırlığını inkar etmir və Rusiya ilə hələlik heç bir danışıqlar planlaşdırılmır.
Vaşinqtondakı avropalı diplomat isə "Politico"-ya bildirib ki, Avropa İttifaqı həm də Ukraynanı Rusiya ilə “danışıqlar üçün daha yaxşı vəziyyətə salmaq” üçün Kiyevin NATO üzvlüyünü sürətləndirməklə hədələyir.
Bu strategiyanın dəyişdirilməsinin səbəbləri arasında “Politico” ABŞ (Baydenin reytinqiinin düşməsi, 2024-cü il seçkilərinin yaxınlaşması) və Ukraynadakı ( Valeri Zalujnı və Vitali Kliçkonun Vladimir Zelenskiyə “müqaviməti” qeyd olunur-red. .) daxili siyasi vəziyyəti göstərir.
Bununla belə, sözçü yaxın vaxtlarda belə bir görüşün planlaşdırılmadığını, Ukrayna qüvvələrinin vaxtaşırı hücumlar təşkil etdiyini də vurğulayıb.
"AzPolitika.info"

Şərhlər