Menu

FƏRHAD ƏLİYEV İSVEÇRƏ ŞİRKƏTİNİN SƏHMLƏRİNİ ALIB – Oğlu rəhbərlik edir

29.12.2023, 19:39
FƏRHAD ƏLİYEV İSVEÇRƏ ŞİRKƏTİNİN SƏHMLƏRİNİ ALIB  – Oğlu rəhbərlik edir

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev İsveçrə şirkətlərindən birinin səhmlərini alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz “feysbuk” səhifəsində paylaşıb: “Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev İsveçrənin Lozanna şəhərində qeydiyyatdan keçmiş NORTH-SOUTH LOGISTICS (NSL) SA şirkətinin səhmlərini alıb. Nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 300 min frankdır. Şirkətə oğlu Yusif Əliyev rəhbərlik edir. Yusif Əliyev 44 günlük Vətən müharibəsində iştirak edib”.

“AzPolitika.info”

Şərhlər

Alex 2024-01-04 01:50:16

ah İsveçrə-İsveçrə... İsveçrədəki səfirimiz Fuad İsgəndərov da varidatını İsveçrə banklarında saxlayır. Bu centlemen xəlvətlikdə yaxşıca varidat toplayıb və İsveçrə banlkalrına da ötürə bilib. Brüseldən sonra Bernə səfir təyin edilməsnin də səbəbi bu idi.

jenny 2024-01-03 12:57:55

nazir Ceyhun Bayramovun da İsçveçrədə şirkəti vardır, ancaq bu şirkət əslində ....ərifova məxsusdur.

Vətəndaş 2023-12-30 13:47:52

məmurlarin uiaqları ataları ilə birlikdə qazilərin halına baxıb xaricdə hərıldayırlar....

Cavad 2023-12-29 14:25:16

Maaşdan qənaət etdiyi pulla? Niyə bu ölkə bu hala salındı? bu siyasətu ölkəni bərbad,milləti normal yaşamdan məhrum etdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol