Son günlər Baş naziri Nikol Paşinyanın ölkə regionlarına səfəri Ermənistanın daxili gündəmində ən çox müzakirə olunan mövzuya çevrilib. Paşinyan həmin səfərlər çərçivəsində məktəblərdə və digər ictimai binalardakı vəziyyətlə bağlı tənqidi çıxışlar edir, məmurlara, tikinti şirkətlərinə iradlarını bildirir.
Məktəblərdəki paltar asılqanlarından, tualetlərdən tutmuş basketbol lövhələrinə qədər hər şeyə “ilişən” Paşinyanın bu davranışı müxalifətin etirazına səbəb olub. Müxalif siyasi qüvvələr bütün bunları Baş nazirin gündəmi dəyişmək planının tərkib hissəsi olduğunu bildirirlər.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına danışan keçmiş Prezident, körpə qatili, kriminal ünsür Serj Sarqsyanın Respublika Partiyasının vitse-prezidenti Eduard Şarmazanov Paşinyanın hərəkətlərini “siyasi şou” adlandırıb: “Bu, siyasi manevrdir, siyasi şoudur. Bu, sadəlövhlük deyil, planlaşdırılmış şoudur”.

Şarmazanov deyib ki, Nikol Paşinyan yeni istehlak gündəmini cəmiyyətə təqdim etməklə məqsədinə nail olub: “O, öz məqsədinə elə nail oldu ki, milli qüvvələrin, Erməni Apostol Müqəddəs Kilsəsinin ən mühüm gündəmi – “artsax”ın, dövlətin, ermənilərin və xristianlığın gündəmi arxa plana keçdi. Prioritet gündəmdə isə tualet, asılqan, duş və su borusu var. Biz onu buna görə ələ salırıq, ancaq o, öz məqsədinə çatdı. Artıq bir neçə gündür ki, santexnika gündəmini müzakirə edirik və onun arzusunda olduğu ölkədən danışırıq. Həmin ölkədə əsas şey ruh, ideologiya deyil, mədədir, tualet ve kanalizasiya sistemidir”.
“AzPolitika.info”

Şərhlər
Bizdəki biabırçılıqlar artıq bizləri təcübləndirmir .Məktəb tikilir ,yol çəkilir ,və ss. bir ildən sonnra hamısı çökür ,cavab verən yoxdur