Menu

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar

12.01.2024, 20:08
Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

“Report” xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, “Balakən” - “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən dördoyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli üçoyunluq cəza ilə üzləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol