Menu

HACIYEVİN BÜTÜN MÜLKLƏRİ SATIŞA ÇIXARILDI – Siyahı + FOTOLAR

22.01.2024, 19:57
HACIYEVİN BÜTÜN MÜLKLƏRİ SATIŞA ÇIXARILDI – Siyahı + FOTOLAR

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin bütün mülkləri satışa çıxarılıb.

"AzPolitika.info" “7Times.az”a istinadən xəbər verir ki, R.Haciyevin Quba rayonu ərazisində yerləşən 4 dəbdəbəli villası, həmçinin onun Bakı şəhərinin Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 yaşayış mənzili satışa çıxarılıb. 

Mülklərin ümumi qiymətinin 2 milyon manat civarında olduğu bildirilir.


Eyni zamanda Rüfət Haciyevin Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası da satışa çıxarılıb. Qeyd edək ki, həmin villanı R.Haciyev yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün vermişdi. Dünən həmin yüksək vəzifəli məmur mənzili boşaldaraq ailəsinə təhvil verib.

Qeyd edək ki, R.Haciyevin Quba şəhəri ərazisində mövcud olan daha bir yarımtikili iaşə obyekti də satışa çıxarılıb. Həmin obyektin qiymətinin 200 min manat civarında olduğu bildirilir.
Qeyd edək ki, sadaladığımız bütün bu mülklərə və eyni zamanda şəxsi istifadəsində olan və qiyməti 70.000 AZN olan “JEEP Grand Cherokee”markalı avtomabilinə o, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində sahiblənib.

Qeyd edək ki, R.Haciyev ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmış və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Şərhlər

Vəli 2024-01-22 21:44:16

Bütün bunları rüşvət aldığı 53000 manatla alıbmış, eləmi? Odur ki, bunun əməlləri daha dərindən araşdırılmalıdır. Burda iri korrupsiya var.

Millət 2024-01-22 19:42:12

Bəs Covdarovunkiləri niyə həbs etmədilər? O biri məmurların əmlakları? Bu balaca və kimsəsiz balıq idi,ona görəmi? Bütün Azərbaycanı və xalqı məhv etdiniz.

Mubariz 2024-01-22 19:28:59

Bala sən nə tez belə tükləndin ? Narahat olma balaca tükünü yolacaqlar ,sonra kef elə

Cövdət 2024-01-22 18:32:34

Bəs bu illət ərzində hüquq mühafizə,prokurorluq,digər nəzarət orqanları hara baxlb?Axı bu bir ilin,beş ayın işi deyil! Bu məsələyə də diqqət yetirilməlidir.Ölkəni belə idarə etmək nə demək olduğunu anlatan vatçı?

TT 2024-01-22 17:26:34

Hec neyi yoxduki, bedbaxtin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol