“ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel ənənəvi brifinqdə jurnalistin dövlət katibi Blinkenin dekabrda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə Vaşinqtona səfər etmək dəvətinin qüvvədə olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Patel qeyd edib ki, görüş cədvəli ilə bağlı yeni məlumatı yoxdur.
“Lakin biz tezliklə bu barədə daha ətraflı danışmağı səbirsizliklə gözləyirik” – deyə, o deyib.
Patel qeyd edib ki, ABŞ Azərbaycan, Ermənistan və bu məsələdə iştirak edən digər tərəflərlə sıx koordinasiyada çalışaraq finişə çatmağa çalışır.
“AzPolitika.info”


Şərhlər