Ötən il Azərbaycanda fəaliyyət göstərən banklar 1 milyard 76.4 milyon manat xalis mənfəət, 1 milyard 641.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
“AzPolitika.info” Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir ki, 2023-cü il ərzində banklar tərəfindən ümumilikdə 308.2 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 46.7 mln. manat daha çoxdur.
“AzPolitika.info”


Şərhlər