Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyevaya məxsus “Fireland Vineyards” MMC-nin keçmiş direktoru Elmir Səidov yenidən məhkəməyə müraciət edib.
“Qaynarinfo” xəbər verir ki, o, bu dəfə də Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barəsində iddia qaldırıb.
Elmir Səidovun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. Rəna Qafarova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.
Elmir Səidovla Qalina Mehdiyeva arasında bundan əvvəl də məhkəmə çəkişməsi olub. Mübahisənin kökündə vergi məsələləri dayanıb.
Çəkişmə 2021-ci ildən başlayıb. Həmin ilin yanvarında Elmir Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb.
Bu məsələ Ali Məhkəməyə qədər uzanıb. Nəticə barədə bilgi yoxdur.
“Fireland Vineyards” MMC 26 yanvar 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Elmir Səidov şirkətin direktoru vəzifəsində çalışıb. Qalina Mehdiyeva isə şirkətin benefisiarıdır.
Qeyd edək ki, Ramiz Mehdiyevin xanımı ilə Elmir Səidov arasında məhkəmə çəkişməsi başlayanda mediada məlumat yayılmışdı ki, o, milyonlarla manat mənimsəyib.

Şərhlər
Azərbaycanda qanun adlı bir anlayış varsa bu ölkəni talan edənlərdən niyə biri həbs olunmur. Bir acından ölənin bir 5 manat oğurlayanda tutub 5 il iş verirsiniz. Deməli millətə 100-lərlə milyardlar atanlar icazə ilə atırlar.
Mənim üçün çox müəmmalıdır, insanın adı nə qədər qalmaqallarda, çəkişmələrdə, korrupsiyada hallanar???...
Təsəvvür elədim ki on il əvvəldir və Ramiz Mehdiyevin PA-dakı əzəmətli kabinetinin qəbul otağında başqaları kimi birisi də oturub qəbul vaxtını gözləyir..Qəbul vaxtı çatır və o,qalxıb asta-asta kabinetə tərəf gedir.Qapıya çatanda içəri gizməzdən əvvəl bir də üst-başına baxır,qalstukunu bir də düzəldir,pencəyinin bağlanmayan düyməsini də əli əsə-əsə bağlayır ,o biri düymələrinin də bağlanıb bağlanmadığını təkrar yoxlayır,saçlarına bir də tələsik əl gəzdirir və o zaman bütün məmurların elədiyi kimi az qala ikiqat olub udquna-udquna qapının dəstəyindən yapışır.”Nə yaman əyilmisiniz,yoldaş Zülümov?Beliniz ağrıyır?”. “Hə,Bir balaca”.