Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var”.
Hal-hazırda qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün ilk növbədə milli iqtisadiyyatın özünün diversifikasiyalaşdırılması və modernləşdirilməsi prosesləri başa çatdırılmalı, innovasiyalaşdırılması sürətləndirilməlidir. Bundan əlavə, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi zərurəti diqqəti cəlb edir.Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində göstərildiyi kimi, ölkə iqtisadiyyatının dayanıqlı inkişafının başlıca istiqamətlərindən biri iqtisadiyyatın və onun ayrı-ayrı istehsal sahələrinin diversifikasiyasıdır. Emal sənayesinin müasir iqtisadi və texniki durumu diversifikasiya meylinin hər vasitə ilə gücləndirilməsini tələb edir. İqtisadiyyatının diversifikasiyalaşdırılmasının, ÜDM-də özəl sektorun və xidmət sahəsinin payının artırılmasının, sənaye sahələrində, o cümlədən neft-qaz maşınqayırması, neftkimya, metallurgiya, cihazqayırma, tikinti materialları istehsalı, aqrar sektor və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində inkişafın sürətləndirilməsinin, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayesinin rolunun gücləndirilməsinin, xarici ticarət dövriyyəsi strukturunun diversifikasiyalaşdırılmasının vacibliyi müasir dövrdə aktuallığı ilə diqqəti cəlb edir.
Qeyd etmək lazımdır ki, respublikamızda yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru Azərbaycanın ixrac strukturunda da daha böyük çəkiyə malik olsun”.
Azərbaycanda sosial məsələyə mühüm önəm verilir. Prezident İlham Əliyev iclasda bununla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar”.
Azərbaycan iqtisadi və maliyyə böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir.
Belə ki, Azərbaycanda böhranı qarşılamaq üçün Prezident İlham Əliyev tərəfindən vaxtında zəruri addımlar atılmışdı. İlk növbədə qeyri-neft sektorunun inkişafına böyük məbləğdə investisiya qoyulmuşdu, özü də daha çox dövlət tərəfindən. Bu gün də qeyri-neft sektorunun bütün sahələri üçün kifayət qədər böyük məbləğdə kapital yatırılır. İlk növbədə zəruri infrastruktur layihələri həyata keçirilir. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. Son 20 il ərzində Azərbaycana təxminən 300 milyard manata yaxın çox sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Azərbaycanda olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.
Bunun nəticəsidir ki, Azərbaycan hazırda inkişaf etmiş ölkələr səviyyəsində mükəmməl infrastruktura malikdir. Buna paralel olaraq qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, turizm, tikinti, nəqliyyat və digər sahələrinin inkişafı istiqamətində də böyük işlər görülür. Bunun üçün dövlət hər il təkcə sahibkarlara milyonlarla manat güzəştli kreditlər verir. Amma etiraf edək ki, hələlik ixracatda neft-qaz üstünlük təşkil edir. Buna görə də müəyyən çətinliklərin olması təbiidir. Odur ki, belə vəziyyətin qarşısını almaq üçün qeyri-neft sektorunda məhsul istehsalını artırmaq, ixracatda bu sektorun payını yüksəltmək zəruridir. Ümumiyyətlə, son hadisələr bir daha göstərdi ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsinin ən doğru yolu qeyri-neft sektorundan keçir.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilmişdir. Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərə çarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olmuşdur.
Bu işlərin həyata keçirilməsində Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi altında respublikamızda müxtəlif layihələr həyata keçirilmiş, yeni səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə verilmişdir. Bütün bunlar isə xalqın maddi və mədəni səviyyəsinin yüksəldilməsinə təkan vermişdir.

Torpaqlarımızın işğaldan azad edilməsi möhtərəm prezidentimiz İlham Əliyevin adı, onun fitri istedadı, liderlik bacarığı, diplomatlığı, möhtəşəm idarəçilik qabiliyyəti, böyük sərkərdər olması ilə bağlıdır.
Belə ki, ərazilərimizin 20%-nin işğaldan azad edilməsi, onun iqtisadi dövriyyəyə cəlb edilməsi həmin ərazilərdə kommunikasiya sisteminin bərpa edilməsi, köçkünlərin öz ata-baba torpaqlarına qayıtması, öz sərvətlərinə sahib çıxması böyük bir tarixi hadisədir.
Prezidentimizin rəhbərliyi ilə Şanlı Ordumuz öz gücünü mənfur düçmənə göstərdi. Böyük Strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsi düşmənə layiqli cavabı verdi.
Bu hadisədən sonra yəni 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya prezidenti və Ermənistanın baş naziri ilə birgə imzaladıqları bəyanat mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiyasıdır. Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın məğlub edilməsi deməkdir. Belə ki, ərazilərimizin artıq uzun illər işğaldan azad edilməsinin sonu deməkdir. Artıq şanlı qələbəmizin təntənəsi deməkdir. Son illərdə Qarabağın gündən-günə çiçəklənməsi yeni müasir dövrün tələblərinə uyğun, müasir şəhər və kəndlərin salınması, infrastrukturun bərpası, abadlıq işlərinin görülməsi, sosial rifahın yaxşılaşdırılması istiqamətində yeni iş yerlərinin tikilməsi, istifadəyə verilməsi və sakinlərin o ərazilərə yerləşdirilməsi... Bunların hər biri Möhtərəm Prezidentimiz Ali Baş Komandanın rəhbərliyi altında qazanılan böyük uğurlar və onun məqsədyönlü siyasətinin nəticəsidir.
Bu davamlı, yüksək sürətli inkişafın əsas sirri siyasət, iqtisadiyyat və sosial sahələrdə islahatların paralel və əlaqəli aparılması, müasir layihələrin icrası və ən mühümü isə insan amilinin həmişə diqqət mərkəzində saxlanılmasıdır.
Muradova Hicran Rafiq qızı
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Biznes və logistika” kafedrasının dosenti, “Marketinq” ixtisasının rəhbəri


Şərhlər