Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi dərmanın hədəfə tam dəyməsidir”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun sözügedən müsahibəyə reaksiyasını belə şərh edərkən "Telegram" kanalında yazıb.
Medvedyevin sözlərinə görə, dövlət liderləri adətən başqa ölkələrdən olan həmkarları ilə müsahibələr mövzusunda danışmırlar, lakin Putinin Karlsonla söhbətindən sonra “zəmanəmizin iki ən böyük siyasətçisi onu qiymətləndirmək üçün yarışmağa başlayıb”.
“Bir halda ki, Qərb dünyasının bəzi liderləri uzun sürən maye ishaldan əziyyət çəkirlər, bu dərman onlara yaxşı təsir göstərəcək. Onlara Rusiya tarixindən əla dərs keçildi, onu dinləyən bir çox Qərb ölkələrinin vətəndaşları dünya xəritəsində ilk dəfə “Ukrayna”nı tapdılar”, - Medvedyev yazıb.
O, həmçinin bildirib ki, tezliklə Qərb dövlətlərinin liderlərinin “qarınağrısı davam edəcək.


Şərhlər