Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda Mülki Missiyası (EUMA): hərbi-siyasi,hüquqi aspektləri, mümkün təhdidləri


Professor Tahirə Allahyarova

Giriş. Qarabağda münaqişəsinin davam etdiyi 30 illik tarixi boyu adını demək olar eşitmədiyimiz- Avropa İttifaqı Şurasının “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (ÜTMS)” kimi qurumu, yalnız Azərbaycanın öz gücü ilə torpaqlarını azad etdikdən sonra görünməmiş fəallığı ilə bölgəyə girdi.

Xatırladaq ki, “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” (The Common Security and Defence Policy (bundan sonra mətndə-CSDP)özü də- Aİ Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (EU's Common Foreign And Security Policy(CFSP)təsisatına tabe olan əsas komponentidir.Bu qurumlar Aİ-nin müdafiə və böhranın idarə edilməsi sahələrində(crysis management) hərbi və mülki fəaliyyəti həyata keçirirlər.

27 ölkənin qərar verdiyi Ermənistandakı Missiyaya bu gün üçün 16 ölkə qoşulub.

Qısaca desək, Avropanın “matryoşka” formatlı,bir-birinin içərisində yerləşən çoxsaylı qurumlarının adları-ötən 2022-ci ildə Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasından sonra dünya gündəmindən düşmək bilmir. Başlıca səbəb isə, Ermənistandakı missiyanın(bundan sonra mətndə-Missiya) fəaliyyətindəki görünməmiş sürətli dəyişikliklər, eninə və dərininə genişlənməsidir. Bu məqamı almaniyalı analitiklər Missiya ilə bağlı məqalələrində “nəfəs kəsən,başgicəlləndirici sürət”( breathtaking speed)adlandırıb.( “From EUMCAP to EUMA Armenia”// https://www.euractiv.com/section/azerbaijan/opinion/eu-mission-in-armenia-opportunity-or-risk/ alman).

  • èErmənistanda Missiyanın yaradılma və “böyümə sürəti”
17 oktyabr 2022 “2 aylıq müşahidəçi potensialı mandatı” (The mandate of the EU observer capacity) “ Aİ beynəlxalq sərhəd boyu monitorinq potensialı(EU Monitoring Capacity in Armenia (EUMCAP) yaradıb. Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq 6 oktyabr tarixli, 4tərəfli Praqa görüşündən sonra, münaqişənin həllinə inam yaratmaq məqsədi ilə sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin 40-a qədər monitorinq ekspertlərinin yerləşdirilməsinə qərar verib. 40 eksper müvəqqəti olaraq Aİ Gürcüstan Monitorinq Missiyasından (EUMM Georgia) gətirilib( https://www.consilium.europa.eu/en/press/press-releases/2022/10/17/armenia-azerbaijan-eu-sets-up-monitoring-capacity-along-the-international-borders/
20 Oktyabr 2022 Cəmi 3 günə Aİ-ninErmənistanda Monitorinq Potensialı (EUMCAP)Gürcüstandan gəlib sərhədə yerləşib, işə başlayıb. 2 aya 176 patrul yoxlaması həyata keçirib. 19 dekabr 2022-ci ildə fəaliyyəti sona çatıb.
19 dekabr 2022-ci il: “Yeni planlaşdırma keçid qrupu” Aİ Monitorinq Potensialı mandatını tamamlayıb. Sitat: “Avropa Şurası Ermənistanın hakimiyyət orqanları ilə razılaşaraq qərara gəlib və Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyası üçün zəmin hazırlayan Planlaşdırıcı(keçid) qrupu ilə yeni mərhələyə başlayırıq.” (19 December 2022.Armenia: EU Monitoring Capacity completes its mandate, new planning team launched (https://www.consilium.europa.eu/en/press/press-releases/2022/12/19/armenia-eu-monitoring-capacity-completes-its-mandate-new-planning-team-launched/
27 Dekabr 2022-ci il Ermənistan Respublikasının xarici işlər nazirinin məktub/müraciəti ndə Aİ-ni Ermənistanda mülki monitorinq missiyasını yerləşdirməyə dəvət edib.
23 yanvar 2022-ci il Avropa Şurası EUMA-nın yaradılması haqqında qərar qəbul etdi. EUMA neytral və qeyri-icraçı (non-executive)missiyadır və 2 illik mandata malikdir. EUMA-nın eksklüziv mülkiheyəti təxminən 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçi olacaq.Missiyanın operativ qərargahı Ermənistanın Vayots Dzor vilayətində, Yeqqnadzorda olacaq. (https://www.consilium.europa.eu/en/press/press-releases/2023/01/23/armenia-eu-sets-up-a-civilian-mission-to-ensure-security-in-conflict-affected-and-border-areas/
Rəhbərliyi Missiyanın Mülki Əməliyyatlar Komandanı Stefano Tomat (həm də, EEAS-ın Mülki Planlaşdırma və Davranış Qabiliyyətinin (EEAS Managing Director of the Civilian Planning and Conduct Capability (CPCC) İcraçı Direktorudur), Missiyanın Rəhbəri-Markus Ritter isə təyin edilib.
Heyəti Missiyanın eksklüziv-müstəsna olaraq mülki heyəti 103 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçi olacaq.
Maliyyənin məbləği Qərarın qüvvəyə minməsindən sonra ilk 4 ay ərzində missiya ilə bağlı xərcləri maliyyə məbləği 8,103,590,82 avro təşkil edir. Əgər 1 ilə 12 ay nəzərə alsaq, yəni ildə 24 milyon avrodan yuxarı alınır.
Ofis,Qərargah və Operativ Hub-Mərkəzləri (OM) Yerevanda “Dəstək və Kommunikasiya” ofisi. Yexeqnadzorda- Qərargahı var; Operativ Hub-Mərkəzlər:,4-ü: Aşağı Qaranlıq, Gorus və İstisu, Zəngəzur/ Qafanda açılıb;növbəti hub-lar Karvansara və Keşişkənddə planlaşdırılır.
2 Dekabr 2023-cü il 2025-ci ildə başa çatacağı nəzərdə tutulan Missiyasının sayını 138-dən 209 nəfərə artırmağa qərar verib. Azərbaycan Rəsmi bu qərarı tənqid edib, onu mandatın sayının "özbaşına genişləndirilməsi"adlandırıb.
12 fevral 2024-cü il Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko XİN-nə çağırılıb. Sözügedən missiyanın regional sabitlik, habelə sülh və etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən "binokl diplomatiyası"nın agentinə çevrildiyi qeyd edilib.

Missiya ilə bağlı ilkin qərarın dəyişdirilməsi-saxtalaşdırılması,müddətin və personalın artırılması.Sağdakı dəyişdirilmiş mətndir.https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?toc=OJ%3AL%3A2022%3A270%3ATOC&uri= uriserv%3AOJ.L_.2022.270.01.0093.01.ENG


Bu günə qədər Missiyaya qoşulan 15 ölkə(qərar 27 ölkə tərəfindən verilir):

Missiyanın 6 əməliyyat mərkəzinin(operational hubs) həm də: “Ön Əməliyyat Bazaları” (Forward Operating Bases) adlanması da təəccüb və suallar doğurur.

Missiyaya münasibətiimiz

Dövlət başçımız, Prezident İlham Əliyev,4 tərəfli Praqa görüşündən(06.10.2022) sonra yaradılan Missiyanın müddətinin məsləhətləşmə olmadan uzadılmasının razılaşmalara tamamilə zidd olmasıni vurğuladı: “Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq”. Missiyanın müddətinin özbaşına, nəinki, Azərbaycanla müzakirə edilmədən uzadılması,heyətin Praqada qeyd edilən 40 nəfərdən artırılması, eyni zamanda, qərar mətninə dəyişiklik”adı altında “saxtalaşdırılması” və s. pozuntular da bəlli olub.Maraqlıdır ki, Paşinyan missiyanın vaxtının uzadılmasına gərək olmadığını bəyan etdiyi halda, onu yaradanların uzaqlara hesablanmış məkrli və təfərrüatlı planları üçün təbii ki, Paşinyanın fikrinin heç bir əhəmiyyəti yoxdur.

2 aylıq müddət bəsdir deyən Paşinyan:AvroMissiyanın vaxtının uzadılmasına ehtiyac yoxdur


Dəyişdirilən bənddə:mülki missiyalara aid olmayan bütün Ermənistan sərhədi boyu monitorinq,təhlil və hesabatlar və s. mülki missiyaya xas olmayan funksiyalardır. Rusiya-Missiyaya qarşı kəskin reaksiya verən ölkələrdəndir.

Monitorinq missiyası ilə əməkdaşlıq Azərbaycanın da maraqları çərçivəsində olduğunu düşünənlər (Böhran Qrupunun region üzrə digər analitiki Zaur Şiriyev)dərindən yanılırlar.Çünki onlar qarşıdakı hissədə bəhs edəcəyimiz-Avroparlamentdə şəbəkələşən erməni faktorunu, Fransa himayəsini -Natali Luazo,Rafael Gluksman faktorunu görməzdən gəlirlər.

Missiyanın mandatı ilə bağlı sənəddə diqqəti cəlb edən məqam,sitat: “EUMA eksklüziv olaraq Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşdirilir və fəaliyyət göstərir. Buna görə də, Laçın dəhlizi EUMA-nın məsuliyyət zonasından kənardadır”. Halbuki, reallıqda Missiyanın, Fransadan olan deputat,Avroparlament Müdafiə və Təhlükəsizlik Alt Komitə sədri,ermənipərəst Natali Luazo-nu Laçın sərhədini müşahidə etməsi məlumdur.

Missiya Brüsselə həftəlik hesabatlar göndərir. Ermənistana və Azərbaycana onların qapalı olmasını qeyd edir.Bir qədər əvvəl missiya rəsmisinin “Azərbaycanı da məlumatlandırırıq”-deyə açıqlama verməsindən sonra, İrəvanda görünməmiş hay-həşir qalxıb. Missiyanın Azərbaycana casusluq etməsi kimi absurd fikirlər səslənib. Hazırda Missiyanın fəaliyyəti və büdcə xərcləri ilə bağlı şəffaflıq yoxdur.

Missiyanın mülki əməliyyatlar komandanı”, sabiq İtalyan XİN rəsmisi, təhlükəsizlik sahəsində çalışdığı qeyd edilən -Stefano Tomat fəaliyyətinə 10 minə yaxın Bosniyalının qətlə yetirildiyi Srebrennitsada başlayıb.Həmçinin, Gürcüstanda 15 illik fəaliyyəti dövründə Missiyanın hər hansı uğuru yadda qalmayıb.

  • Avropanın Missiya təcrübəsi:tipologiyası,fəaliyyət necə uzadılır, necə sonlanır?

Aİ-nin missiyaların və ya əməliyyatların yerləşdirilməsi ilə bağlı qərarları adətən ya tərəfdaş ölkənin tələbi ilə ya da, BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında qəbul edilir.

Aİ-nın “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” (CSDP) çərçivəsində ilk missiyaları və sülhməramlı əməliyyatları 2003-cü ildən başlayıb. Cari ildə Missiyaların yubileyi-20 illiyi olub. Bosniya Herseqovinada fəaliyyətə başlamasının 20-ci ildönümünü qeyd edilib. Həmin vaxtdan Aİ Avropa, Afrika və Asiya ölkələrində mülki və hərbi missiyalı 37-dən əməliyyat keçirib.Bu gün üçün, Aİ Şurasının 19 missiyası sona çatıb, 12-si mülki, 9-u isə hərbi olmaqla 21 missiya (Liviya,Fələstin,Mali,Sahel-Niger, Somali, Bosniya-Herseqovina, Kosovo, Ermənistan, Ukrayna, Gürcüstan, Nigeriya, Mozambik, Moldova və s. davam edir.

Bütün 20 illik müddətdə Missiya rəhbəri-Ermənistanda da mülki əməliyyatların komandanı olan Stefano Tomat olub(!?)

Aİ Missiya yubiley ilini “məhsuldar” qarşılayıb: Liviyada 10 il davam edən missiya daha 3 il uzadılıb,Fələstində isə 2 illik uzadılıb.Ermənistan və Moldivada yeni Missiyalar yerləşdirib. (2023).

Aİ missiyalara milyardlarla vəsait xərcləyir.Aİ mülki CSDP missiyalarının xəritəsi və maliyyələşdirmə (milyon avro-€-il)


Missiyalarla bağlı AvroParlamentin Beyin mərkəzinin sənədində Avropaya qonşu qaynar nöqtələrə görə Missiyaların vacibliyi vurğulanır. Xəritəyə baxsaq, orada Qarabağ münaqişəsi heç zaman yer almayıb.

  • Missiyaların tipologiyası,təsnifat və funksiyası:Ermənistandakı missiya hansına aiddir?

Aİ Missiyaların mandatı: funksiyasına,yerinə yetirdiyi əməliyyatın məzmununa,müddətinə və s. görə fərqli tipologiyaya malikdir. Aİ Şurasının Ermənistandakı “Mülki Monitorinq” missiyasının -EUMA-sürətli funksiya, model və müddət dəyişikliyi onu digər missiyalarla müqayisə etməyi zəruru edir. İlk 2 aylığa Gürcüstandakı Mülki Quruculuq (EUCAP) missiyasından gələn heyət nə üçün Monitorinq Missiyası (EUMA)adlandırıldı.Halbuki “müstəsna (ekskluziv)mülki” olması hər dəfə xüsusi qeyd edilir. Bu məqamlar sual yaradır: bu missiya hansı istiqamətli təsnifata: funksiyaya, müddətə,məqsədlərə malikdir? Onun tipoloji təsnifatına əsasən nə kimi beynəlxalq hüquqi mandata malik olmasını müəyyən etməklə, onu təyin edən qüvvələrin niyyəti ilə bağlı nə kimi proqnozlar iəli sürmək olar?

Missiya və əməliyyatların Xəritəsi: tünd,hərbi missiyalar-sarı rənglə verilib.( https://epthinktank.eu/2023/07/19/peace-and-security-in-2023-overview-of-eu-action-and-outlook-for-the-future/csdp-missions-and-operations/

Xəritədə mövcud Missiya və əməliyyatlar funksiyasına görə tipologiya olaraq: Əməliyyat qüvvələri (EUFOR;Bosniya),Donanma qüvvələri(Naval Force), Məsləhətçilik Missiyası(EUAM;İraq, Ukrayna),Sərhəd idarəçiliyinə dəstək (EUBAM; Liviya), Mülki quruculuq missiyaları(EUCAP;Gürcüstanda), “Qanunun aliliyi”, Monitorinq (EUMM;Gürcüstan), Polisə Dəstək,(EUPOL COPPS;Fələstin),Təlim Missiyası(EUTM;Mali).Bəzi ölkələrdə Missiya iki funksiyanı yerinə yetirir.Məs. Ukraynada həm Sərhəd,həm də Məsləhətçilik(EUBAM və EUAM) kimi reallaşdırılır.

İraqda Missiya Daxili İN-nəzdində yaradılıb,polisə dəstək funksiyalı və 35 nəfərdən ibarət olub.


Ən ümumi şəkildə Missiyalar funksiyasına görə:

1.Hərbi;

2.Mülki və

3. Hərbi-mülki(qarışıq) kimi təsnif edilir.Sonuncu ən arzuolunmazdır.

Bundan əlavə daha vacib bir təsnifat da diqqəti cəlb edir.Bu təsnifata əsasən Missiyalar: 1.Yerləşdirildiyi ölkələrlə münasibətlər;2.Müdaxilənin səviyyəsi; 3.Fəaliyyət müddətinə görə fərqləndirilir. Öz növbəsində, “Müdaxilənin səviyyəsinə” görə:1.Siyasi; 2.Strateji; 3.Operativ; və 4.Taktiki dərəcəli ola bilər. Nəhayət, fəaliyyət müddətinə görə:1. Planlaşdırma(keçid) hazırlıq; 2.İcraçı; 3. Keçid və tərk etmə-missiyasına malik olur.

Cədvəl-təsnifat:


Təsnifata əsasən Ermənistandakı missiya:

Yerləşdiyi ölkə ilə münasibətlərə görə- İdarələr-daxili(İntra-agensy); müdaxilə/təsir səviyyəsinə görə- Siyasi; fəaliyyət müddətinə görə isə-“Planlaşdırma-keçid və hazırlıq”təsnifatına aid edə bilərik. Belə ki, Jozep Borrelin imzası ilə,Azərbaycanla razılaşdırılmadan (saxta)dəyişiklik edilən sənəddə bu barədə qeyd edilib. Sitat: “Bu gün biz regionda davamlı sülhə töhfə vermək məqsədi ilə Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyası üçün zəmin hazırlayan keçid qrupu ilə Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayırıq. Aİ Şurası Ermənistanla razılaşaraq qərara gəlib ki, Aİ-nin Gürcüstandakı mövcud Monitorinq Missiyası (EUMM Georgia), Ermənistanda “Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunu” yerləşdirəcək.”https://www.consilium.europa.eu/en/press/press-releases/2022/12/19/armenia-eu-monitoring-capacity-completes-its-mandate-new-planning-team-launched/

Başqa missiyalarla müqayisə edilsə, “planlaşdırma və hazırlıq” Missiyası 2013-cü ildən Liviyada tətbiq edilir, 2023-cü ildə daha 3 il uzadılıb.Bu məqam-nə üçün “planlaşdırma və keçid mərhələsi” düşünməyə əsas verir. 2 illik Missiyanın “Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunun”-hara keçid alması,hansı işlərə hazırlıq görməsi” sualları yaranır.

  • Üçüncü tərəf ölkələr Missiyalara necə qoşulur

Çox uzaqda yerləşən Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulması cəmiyyətimizdə əsaslı hiddət yaratdı. Uzaq ölkələrin, Avropada yerləşməyən dövlətləri qoşulma məntiqini nəzərə alsaq, mexanizmin başa düşülməsinə ehtiyac var.

Üçüncü ölkənin CSDP missiyalarında və əməliyyatlarında iştirakı ilə bağlı təcrübəyə nəzər salsaq,indiyə qədər təxminən Aİ-nın CSDP missiyalarına 45 üçüncü ölkə qoşulub. 3-cü ölkələr adətən heyətı “20-dən az əməkdaş” təqdim edir.

Türkiyə missiyaya ən çox töhfə verən ikinci ölkədir, Bosniya və Herzegovina missiyasında 160 nəfərlə iştirak edib.Buna “strateji səviyyədə” NATO tərəfindən göstəriş verilib. Türkiyənin həm də NATO-nun üzvü olması həmin missiyada baş verənləri yüksək dərəcədə anlamaq və əldə etmək imkanı verib.

Əsas şərtlər: 3-cü ölkələrin CSDP missiyalarında iştirak etmə səbəbləri:

1.Üçüncü ölkənin iştirakı Missiya olan ölkə və “AB ilə həmrəylik nümayiş etdirmək” imkanıdır. 2. Bəzi ölkələr üçün “Aİ-nin müdafiə etdiyi daha geniş beynəlxalq dəyərlər və prinsiplərlə əlaqələndirmək” imkanıdır.

3. Türkiyə və Norveç kimi Aİ-yə üzv olmayan NATO dövlətləri üçün CSDP missiyaları və əməliyyatları “böhranların idarə edilməsində Aİ-nin rolunu” qəbul edərək, ortaq təhlükəsizlik problemlərini həll etmək imkanı verir.

4. Missiyalar-3-cü ölkələrə əməliyyat təcrübəsi əldə etməyə imkan verir.

5.3-cü tərəf ölkənin iştirakının Aİ üçün dəyəri var: o, blokdan kənardan missiyalar və əməliyyatlar üçün “daha geniş siyasi dəstək” qazandığını nümayiş etdirir.

6.3-cü tərəf ölkələr Missiyada strateji rəhbər vəzifə tutması üçün formal maneə olmasa da,onlar Missiya Rəhbəri vəzifəsinə və ya strateji mövqeyə malik ola bilməz.

7. 3-cü tərəf ölkələr qərarların qəbulunda və ya planlaşdırmasında heç bir formal rolu yoxdur. AB və töhfə verən üçüncü ölkələr arasında məsləhətləşmələri asanlaşdırmaq üçün nəzərdə tutulmuş Töhfəçilər(Donorlar) Komitəsi ( Committee of the Contributors model)modeli hələlik işlək model ola bilməyib.

Cədvəl 1: Üçüncü ölkənin CSDP missiyalarında və əməliyyatlarında iştirakı

Table 1: Third country participation in CSDP missions and operations (April 2018)

Mission/operation 3-cü ölkələr/Third countries Heyət sayı/Number of personnel
Hərbi/Military missions and operations
EUFOR (Operation) Althea (Bosnia-Herzegovina) Turkey 160
Switzerland 20
Chile 19
Former Yugoslav Republic of Macedonia 3
Albania 1
EUFOR Somalia (Operation Atalanta) Serbia 5
Montenegro 1
EUTM Somalia Serbia 6
EUTM Mali Albania 4
Serbia 3
Georgia 1
Montenegro 1
EUTM RCA (Central African Republic) Georgia 37
Serbia 7
Bosnia-Herzegovina 2
Mülki/Civilian missions
EULEX Kosovo Switzerland 2 (1 based at the Specialist Chambers in The Hague)
US 11 (1 based at the Specialist Chambers in The Hague)
EUPOL COPPS (the Palestinian Territories) Canada 1
EUAM Ukraine Norway 3
Switzerland 1

Source: Written evidence from the Foreign and Commonwealth Office (BSD0014)

  • Erməni lobbisinin siyasi korrupsya şəbəkəsinin Avropa Parlamentdə(AP) Missiyaların təyini və fəaliyyətindəki rolu

Ermənistan Missiyasının yaranması və sürətli transformasiyasında AP "Təhlükəsizlik və Müdafiə Komitəsinin(SEDE) sədri,qatı ermənipərəst,daşnak Natali Luazo faktoru


Hazırda Aİ-nin 27 Üzv ölkəsi Missiyalarda iştirak edir.Yəni Missiyanın yaradılması,yaxud dəyişikliklər edilməsi,uzadılması və s. üçün bu qədər ölkə bir yerı yığılır və qərarlar verilir ki, Brüssel bürokratiyası” anlayışına görə,Ermənistandak missiya ilə bağlı qərarların sürəkli yenilənməsi ən azı təəccüb doğurur. 2021-ci ildə Aİ özünün hərbi və təhlükəsizlik sahəsində “Strateji Kompas”- sənədini qəbul edib.

Avropa Parlamenti- Aİ-nin müdafiə siyasətində həlledici rola malikdir. Xüsusilə də, Parlamentin Xarici Əlaqələr Komitəsinin alt komitəsi "Təhlükəsizlik və Müdafiə Komitəsinin (SEDE), CSDP missiyalarını ciddi yoxlayır. Avropalamentin,xüsusilə də, onun “Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin” (SEDE)fəaliyyəti -“Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin” (CSDP) missiyalarının təyini, fəaliyyətin icrası, müddəti və s.-lə səlahiyyətlərə malikdir. SİTAT: “CSDP Missiyalarının illik məruzələrini hazırlamaq,Hesabatlar qəbul etməklə “Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsi” (SEDE)- de-fakto missiyalar müəyyən edən, bu təsisatın məsləhətçi rolunu icra edir.( Parliament must be kept regularly informed of the level of implementation and given opportunities to express its opinions on the process, in particular during briefings to the Subcommittee on Security and Defence (SEDE). Through its own annual reports on the CSDP, the SEDE subcommittee assumes a de facto advisory role on the CSDP. (Common security and defence policy//https://www.europarl.europa.eu/factsheets/en/sheet/159/common-security-and-defence-policy#:~:text=The%20common%20security%20and%20defence,and%20security%20policy%20(CFSP) Buna görə CSDP Missiyaları da Alt Komitəyə( SEDE) mütəmadi hesabat verir, brifinqlər təşkil edilir, SEDE alt komitəsi də missiyalarla bağlı təkliflər verir. AvroParlament- CSDP-nin büdcəsinə də nəzarət edir.

Alt Komitənin sədri dövlətimizə qarşı müstəsna qərəzli mövqeyi ilə məlum olan,qatı antiAzərbaycançı və daşnak ermənipərəst,erməni diasporun Avroparlamentə məhz bu məqsədlə gətirib çıxardığı Natali Luazo-dur. Zəfərimizdən sonrakı dünya erməni revanşizminin irəli verdiyi Luazonun bütün çıxışlarının ana xəttini: “Aİ Missiyasının Ermənistana gətirilməsinin zəruriliyi, Rusiyanın sıxışdırılıb çıxarılması, Türkiyənin Cənubi Qafqaza müdaxiləsi”- mövzuları təşkil edib.

Qarabağda münaqişənni heç vaxt bitmədiyini bütün çıxışlarında vurğulayan N.Luazo-dur. Komitə sədri kimi Luazo missiyalarla bağlı Aİ Vitse-Prezident/Ali Komissara və Avropa Şurasına müraciət etmək təşəbbüsü ilə çıxış edə bilər. Parlament ildə iki dəfə missiyalarla bağlı Hesabatların müzakirəsini keçirir və məruzələri qəbul edir. Hesabat Natali Luazo-nun sədri olduğu alt Komitə tərəfindən hazırlanır və Hesabat Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin (CSDP) missiyalarının icrasının gedişatını dəyərləndirir.

Ermənistanda Mülki Əməliyyat Komandanı təyin edilən Stefano Tomat onun əməkdaşı sayıla bilər. Bunu onların birgə fəaliyyəti ilə bağlı mediadakı çoxsaylı məlumatlar təsdiq edir. Çünki CSDP-Missiyalarının, Stefano Tomatın da Hesabatlarını N.Luazo qəbul edir, qiymətləndirir, yeni təkliflər verir və.s. Ukrayna müharibəsi fonunda Avropa Parlament- SEDE komitə sədri Luazonun təklifi ilə“ Strateji Kompas” sənədini yeni böhran idarəçiliyində olduqça “ çevik və sürətli əməliyyatlar” təklifləri ilə yeniləyib.Missiyanın görünməmiş fəallığı,qərarların dəyişməsi ilə bağlı çeviklik şübhəsiz ki, bunun sayəsindədir.

Təəccüblü deyil ki, Missiya işə başlamamış, hələ 2023-cü il fevralın 9-da Missiyanı özünün “gözü və qulağı” adlandıran Natali Luazo deyir. Sitat:“Bəli, Fransa Milli Jandarmının üzvləri Aİ missiyası çərçivəsində Ermənistana göndərilənlər arasında olacaq. Missiya fevralın 20-də başlayacaq və mən də həmin gün Ermənistanda olacağam. Mən Ermənistanın missiya ilə dəstəyini və əməkdaşlığını alqışlayıram. Missiya yerdə bizim gözümüz və qulağımız olacaq və onun mövcudluğu yeni hücumlardan çəkindirməlidir.”( "The mission will start on February 20, and I will be in Armenia on that day. I welcome Armenia's support and cooperation with the mission. The mission will be our eyes and ears on the ground, and its presence should deter new attacks/ https://news.am/eng/news/743793.html )

  • Ermənistanda Missiya rəhbərliyi :Mülki Əməliyyatlar Komandanı Stefano Tomat və Markus Ritter SEDE komitə sədri,qatı ermənipərəst Natali Luazoya tabedir .

Erməni diaspor və anti-Azərbaycançı şəbəkənin dəstəyi ilə 2019-cu ildə parlamentə gətirilən N.Luazo müstəsna olaraq hərbi və müdafiə profilli, xarici siyasət profilli komitələrə salınıb. N.Luazo Parlamentdə çoxsaylı “Renew Europe” qrupun sədri,SEDE-Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin sədri, NATO Parlament Assambleyası sədr müavini, Xarici İşlər Komitəsinin üzvü, Aİ-Böyük Britaniya Parlament Tərəfdaşlığı Assambleyasında nümayəndə heyətinin sədridir və s.digər komitələrdə üzvdür.

Onun təşəbbüsü ilə təşkil edilən müzakirələrdə SEDE və Aİ Missiyaları ilə bağlı qurum: CSDP-nin birgə dinləmələri keçirilir. Aİ-nin xasici siyasət,hərbi və müdafiə sahəsində rəhbərlər çıxış edir.Çıxışında sitat: “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin (CSDP) həyata keçirilməsinə dair 2021-ci il illik hesabatında Xarici Əlaqələr Komitəsinin Avropa Parlamenti üzvləri Aİ-nin yeni təhdidlərlə üzləşdiyi barədə xəbərdarlıq edir və xarici təhlükəsizlik çağırışlarına qəti şəkildə cavab vermək üçün bəyanatlar verilir.”

Avroparlamentdə ən çoxsaylı siyasi qrup(S&D;Renew;EPP;Yaşıllar və s.) və komitələrdə Natali Luazo(yaxud erməni siyasi korrupsiya şəbəkə başçılarından, Boqosyan kürəkəni məlum Rafael Qluksman)ya sədrdir,ya müavindir,ya da üzvdür

Natali Luazo AvroParlamentdə CSDP-Missiya qurumuna dünyada vəziyyət və Missiya vacibliyi ilə bağlı məruzə edir..Aİ hərbi gücünün artırılması,daha çevik və daha sərt olması təşəbbüsü ilə, Missiyanın vacibliyini əsaslandırır. (CFSP and CSDP (Common foreign and security policy & Common security and defence policy): statement by Nathalie LOISEAU (Renew, FR)Extracts from the debate)


N.Luazo.Sitat “Beynəlxaql gərginliyin artma səbəbi,Türkiyənin Cənubi Qafqazda,bütün yaxın Şərqdə getdikcə artan hərbi müdaxiləsidir.”


!Ermənistanda Missiya rəhbərliyi Mülki Əməliyyatlar Komandanı Stefano Tomat sağdan 1-ci və N.Luazo. Markus Ritter də SEDE komitə sədri Natali Luazoya tabedir


Beləliklə, Azərbaycanın cəmi 3 il əvvəl “dünyanın 1 saylı ən gərgin münaqişəsi”adlanan 30 illik qlobal problemi həll etməsi,Qərbə,digər geosiyasi güclərə sərf etmir.Sülhə hər vəchlə maneələr yaradılır.


Yekun

  • ¨Aİ Şurasının Missiyası adlanan,gerçəklikdə, Praqa danışıqlarındakı şərtləri tamamilə pozmaqla vaxtı uzadılan Missiya-bölgədə sülhün bərqərar olmasında maraqlı olmayan xarici qüvvələr tərəfindən düşünülən planların bir hissəsidir. Qərb/Avropadan yönləndirilən bu planların reallaşmasında qeyri-suveren qurum kimi mövcud olan Ermənistan, eləcə də,qatı revanşizm siyasətini yürüdən dünya-Fransa erməni diasporu alət/rupor kimi seçilib.
  • ¨Planın reallaşdırılması,Missiya təşəbbüsü-2019-cu ildə E.Makronun partiya siyahısına başçılıq edən,Avroparlamentdə hərbi-müdafiə, xarici siyasət profilli Komitələrdə rəhbər statuslara malik olan, ermənipərəst siyasi korrupsiya şəbəkəsinin başçısı - Natali Luazonun müraciət-təklifi ilə reallaşıb.
  • ¨Aİ-nin dünyada 20 il tarixi olan Missiyalarının digər acı təcrübəsi göstərir ki, onların: Bosniyada-20 il,Gürcüstanda-13 il,Liviyada-daha 13 il davamı reallıqda heç bir müsbət nəticəyə nail olmayıb. Əksinə,münaqişələrnin dondurulmasına xidmət edir.
  • ¨Missiyaların təsnifat və funksiyasının təhlili bir daha göstərir ki, burada beynəlxalq hüquqi prinsiplərin heç bir əsası yoxdur. CSDP-qurumunun səlahiyyətində “Missiyalar və Əməliyyatlar” sözünün birlikdə olması onu göstərir ki,gərəkdiyində AvroParlamentin siyasi korrupsiyalaşmış şəbəkəsinin diktəsi ilə onların: müddəti də, təyinatı da dəyişə bilər, yaxud “qarışıq”adı altında istənilən vaxt mülki missiya hərbi əməliyyatları da tətikləyə bilər. Geosiyasi güclərin regionlarda maraqları toqquşmasında gərginliklərin tətiklənməsi, yeni müharibənin alovlanması üçün münbit şərait yaradır.
  • ¨Missiyaların fəaliyyəti ilə bağlı beynəlxalq hüquqi əsaslar demək olar yox dərəcəsindədir. Belə ki, eyni missiyanın icra etdiyi fəaliyyət onun təsnifat tipologiyası ilə ziddiyyət təşkil edir və s. Ermənistandakı Missiyanın təsnifat tipinin: “Planlaşdırma(keçid) və hazırlıq”,Liviya ilə eyni olması xüsusilə düşündürücüdür.
  • ¨ “Aİ Missiyası”nın əlavə edilməsi mütləq olaraq,Qərbin öz geosiyasi planlarında sərhədini xarici dövlətlərin qoruduğu “oyuncaq” ölkə-Ermənistanın alət kimi sui-istifadə edilməsidir. Çünki Paşinyanın özünün də 2 aylıq Missiya müddətinin uzadılmasına gərək olmadığını bəyan etməsi,lakin nəticənin fərqli olması bunu birbaşa sübut edir.
  • ¨Azərbaycanın qələbəsi, Türkiyənin dəstəyindən yaranan “geosiyasi qərəz” nəticəsi olan Missiya kiçik bir ərazidə bu qədər müasir silah-sursat toplanması, militarizasiyanın nəhəng miqyası-mütləq olaraq, bölgəyə sülh vəd etmir.Əksinə dövlət başçımızın dediyi kimi, “sülhə böyük əngəl yaradır.” Bu məsələnin bir tərəfidir.
  • ¨Məsələnin digər tərəfi,Missiya adı altında monitorinq hesabatlarının qapalı olub ancaq Aİ-na(oxu:Natali Luazoya) təqdim edilməsi,hərbi,elektron və peyk internet kəşfiyyatının aparılması, sərhədimizə çox yaxın məsafədə Fransa, indi isə, dünya texnoloji innovasiya HUB-ı sayılan Kanadanın gəlməsi-olduqca arzuolunmaz məsələlərdir.
  • Azərbaycan öz sərhədlərinə sıx mövqedə baş verən proseslərlə bağlı hesabat tələb etmək hüququna malikdir. Ermənistanda missiyanın müddətinin artıq bir dəfə olduğu kimi qeyri-qanuni,Azərbaycanın razlığı olmadan uzadılmasının yolverilməzliyi gündəmə gətirlməlidir.Missiya təyin edilsə də, sərhəddə gərginliyə səbəb olan,bu günlərdə baş verən təxribatda olduğu kimi, günahkar tərəfin missiya dəvət edən Ermənistan olması ilə bağlı faktlar dünyaya təqdim edilməlidir.
  • Missiyalarla bağlı beynəlxalq hüququn əsasların, BMT-nin təlimatlarına bələd olan mütəxıssis kadrların qıtlığı, sərhədlərimizdəki bu yeni “fitnəkarlıq”hadisəsinin dərin təhlilini, hüquqi təkliflər verilməsini zəruri edir. Məs.Ermənistandakı missiya rəhbəri Stefano Tomatın “Mülki Əməliyyatlar Komandanı”-adlanan vəzifəsində “əməliyyatlar” ifadəsinin nəyi nəzərdə tutması naməlumdur.Yaxud, S.Tomat 20 ildir Komandanı olduğu İraq missiyasının rəhbəri,Kosovo və İraqda polisə dəstək missiyasını reallaşdıran Markus Ritteri hansı meyarlara görə Ermənistana gətirib və s. sualların hüquqi əsasları da maraq doğuran məsələlərdəndir.
  • Missiyanın təyin edilmə qərarının 27 üzv ölkə tərəfindən verildiyi halda, nə üçün indiyə qədər 16 ölkənin bura qoşulması, qalan ölkələrin qoşulmama səbəb də maraqlı olub, beynəlxalq hüquql aspektdə təhlilini gözləyir.
  • Həmçinin, Missiyanın “gündə bir qərargah”açmasının hüquqi əsasları, külli miqdarda maliyyənin(4 aya 8 milyondan çox,ildə 24 milyon avro)xərclənməsi ilə bağlı şəffalıq məsələsi,işə alınan heyətin say, etnik mənsubiyyəti və s. önəmli məsələlərdir. (Belə ki, missiya rəhbər müavinini yunan olması məlumdur)
  • 3-cü tərəf ölkələrin Missiyalarda iştirak şərtləri əsasında gərək olarsa Azərbaycan da bu sahədə təcrübəyə malik Türkiyə qüvvələrinin sərhəddə yerləşməsi ilə bağlı qərar verə bilər.Bu mümkün (planlaşdırılan)təxribat ssenarilərinə də xəbərdarlıq mesajı da hesab edilə bilər.
  • Rusiyanın qətiyyətlə Missiya əleyhinə olması fonunda, sirr deyil ki, Missiya birmənalı olaraq, ilk növbədəRusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq üçün böyük planın tərkib hissəsidir.
  • Bununla yanaşı,müharibədə rüsvayçı məğlubiyyətin “erməni revanşizmi”adlanan yeni qlobal fenomen ortaya çıxarması, dünya erməniliyinin bütün çirkin,qanunsuz yollara əl atması, məkrli fitnəkarlığının görünməmiş həddə çatması da diqqət mərkəzində olmalıdır.
  • AvroParlamentin siyasi korrupsiyalaşmış şəbəkəsinin, xüsusilə, hərbi/xarici siyasət profilli missiyaların təşkil edilməsində ermənipərəst muzdlu deputatların çoxluğunu, ölkəmiz əleyhinə çoxsaylı qərəzli qətnamələrin verilməsini nəzərə alaraq, bu şəbəkənin ifşası ən vacib məsələlərdəndir. Məhz ifşa ilə bağlı konkret faktların beynəlxalq miqyasda ictimailəşdirilməsi, rəsmi məktubların ünvanlanması mühüm məsələdir.
  • Xüsusilə AvroParlamentdə hazırkı deputat korpusunun cari 2024-cü ilin yayında baş tutacaq seçkilərə hazırlaşması fonunda siyasi korrupsiyanın ən şiddətli mərhələyə keçid alması diqqət mərkəzində olmalıdır..
  • Əlavə: Ermənistanda Missiya rəhbərliyi Mülki Əməliyyatlar Komandanı Stefano Tomat sağdan 1-ci və N.Luazo. Markus Ritter də həm ErmənistanıŞ həm də İranı yaxşı tanıyır.

Markus Ritter İraqda İranyönlü iqtidarla yaxşı münasibətlər qurub. M.Ritter İmam Əli Məscidində