Menu

Şərti sərhəddə məhv edilən erməni postunun görüntüləri - VİDEO

14.02.2024, 11:28
Şərti sərhəddə məhv edilən erməni postunun görüntüləri - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib. 

DSX-nin keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "Qisas" əməliyyatı zamanı 4 erməni hərbçisi həlak olub, bir hərbçi isə yaralanıb.

Qeyd edək ki, erməni təxribatı nəticəsində DSX-nin bir hərbi qulluqçusu yaralanb. Hazırda onun mualicəsi davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol