RUSİYA ORDUSUNUN NÖVBƏTİ HƏDƏFİ - “Bu şəhərin işğalı təhlükə yaradacaq”

“Çasov Yar şəhəri Rusiya ordusu üçün Avdeyevka-Baxmut xətti boyunca üçüncü "sıçrayış nöqtəsi” ola bilər. Çətin ki, düşmən öz qüvvələrini cənub istiqamətinə çəksin”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Defence Express”in analitiki Sergey Zqurets deyib.

Zqurets hesab edir ki, ruslar Avdeyevkadan qərbə doğru hərəkət etməyə çalışacaqlar: "Avdeyevkadan Baxmuta qədər olan məsafə çox da uzun deyil. Ona görə də düşünürəm ki, düşmənin Çasovoy Yar istiqamətində irəliləmək cəhdləri cəbhənin bu hissəsində üçüncü komponent olacaq. Düşünmürəm ki, ruslar indi toplanmış qüvvələri Avdeyevka istiqamətindən cənuba köçürəcəklər. Çünki bu, məntiqsiz görünür”.

Onun fikrincə, yaxın gələcəkdə Rusiya Avdeyevkadakı qüvvələrini sabitləşdirib bərpa etməyə hazırlaşır. Amma ola bilsin ki, düşmən eyni zamanda Stepovoydan Severnıya qədər cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələrinə təzyiq göstərməyə çalışsın.

Həmçinin, ukraynalılar tezliklə Novomixaylovka yaxınlığında döyüşlərin artdığını görə bilərlər.

Analitik hesab edir ki, qeyd olunan yaşayış məntəqələri Avdeyevkanın yaxınlığında yerləşir. Ona görə də Rusiya yəqin ki, bu əraziləri də nəzarətə götürməklə cəbhə xəttini düzəltməyə çalışacaq.

Ukrayna Silahlı Qüvvələri şərq qoşunlarının mətbuat xidmətinin rəhbəri Oleq Kalaşnikov Çasov Yar şəhərinin Rusiya üçün niyə bu qədər cəlbedici olduğunu izah edib: "Birincisi, bu şəhər Rusiya Federasiyası üçün siyasi baxımdan vacibdir. Onun da işğalını Avdeyevka ilə birlikdə Putinə “qələbə” kimi təqdim etmək istəyirlər.

İkincisi isə müharibədə strateji əhəmiyyət kəsb edən kontekstdə Çasov Yar şəhəri Kramatorsk-Slavyansk aqlomerasiyası üçün şərti “qapı”dır: Əgər Rusiya onu tuta bilsə, bu, Ukrayna Silahlı Qüvvələrinin sol cinahına(burada Kleşeyevka, Andreyevka yerləşir) təhlükə yaradacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar