Bahalı qəbirlər tarixə qovuşur - Qəbir yeri alınması da yığışdırılır + VİDEO

Kimliyindən asılı olmayaraq hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər Xəbər”ə müsahibəsində deyib.

Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq.

Siyavuş Novruzov həmçinin vətəndaşların tez-tez bələdiyyələrdən torpaq almaqla bağlı narazılıq məsələsinə də aydınlıq gətirib.

Millət vəkili dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələrin aldığını, bunun da ciddi problem olduğunu deyib. Qeyd edib ki, hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya vermək lazımdır.

Ətraflı süjetdə:

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2024-02-21 11:12:12

Vaxtı ilə Siyavuş bu məsələni öncə də dilə gətirmişdi. Amma sonradan məsələnin həll olunmaması belə anlama gətirdi ki, bu işlə məşqul olan şəbəkənin biznesinin qabağını almaq gücündə olmadı. Dərt təkcə qəbr yeri ola nə var ki. Bu gün ölü məsələsi ( qəbir yeri, dəfin məsələsi, mənasız 3, 7, 40, cumalar və il məsələləri, ehsan məclisləri, bahalı qeyri stanndart qəbr üstü daşlar, heykəllər və daha nələr nələr) cəmiyyətdə bir bəlaya çevirilib. İnsanlar dərdlərini unudub, bu əndazələrlə məşqul olmaqdan boğaza yığılıblar. Görünən isə odur ki, dövlət inzibati yolla bu məsələyə əl qoymasa, məsələ öz həllini tapmayacaq.

irfab 2024-02-21 07:17:45

Qəbirlərin içinin daşla hörülüb betonlanması da qadağan olunsun. Heç rayonlarda belə biabırçılıq yoxdur. 200-300 manat qoparmaq üçün hər cür oyuna gedirlər.

Türk Turan 2024-02-21 05:24:52

Təşəkkür edirik, minnətdarıq...

Son yazılar