ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI TÖRƏTDİKLƏRİ MƏNƏVİ GENOSİD - Araşdırma + FOTOLAR

Vəfa A.Quliyeva,

Tarix elmləri doktoru

Ümumilli lider Heydər Əliyev hələ 1999-cu ildə Naxçıvan Muxtar Respublikasınn 75 illik yubileyinə həsr olunmuş dövlət komissiyasının iclasında Azərbaycan tarix elmi qarşısında çox mühüm bir vəzifə qoydu. Azərbaycan tarixçilərinin ümdə vəzifələrindən biri kimi dünya ictimaiyyətinə ermənilərin Azərbaycan torpaqlarını mənimsəməsində irəli sürdükləri “elmi” dəlillərin əsassız və uydurma olduğunu sübut etmək və bunun üçün də Cənubi Qafqazın yeni tarixi konsepsiyasını yaratmaq düşürdü. O, deyirdi: “Biz... bütün bu iddiaların əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün də əsaslı sənədlər, fundamental elmi, populyar əsərlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaq üçün çox güclü bir konsepsiya, əsas yaratmalıyıq”.

Ümummilli liderin çağırışından sonra bizim tərəfimizdən Azərbaycan-erməni siyasi münasibətləri və ermənilərin Azərbaycan xalqına qarşı irəli sürdüyü torpaq iddialarının tarixçəsi tərəfimizdən geniş tədqiq olunmuş və tədqiqatın nəticələri 2003-cü ildə nəşr olunmuş monoqrafiyada ( Вафа Кулиева. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в XIX- начале XX вв. в ракурсе армяно-азербайджанских политических отношений. Баку, Нурлан,2003 г.) öz əksini tapmışdır.

Yüksək elmi səviyyədə, çoxsaylı mənbələrə əsaslanaraq (epiqrafik, orta əsr Azərbaycan hökmdarlarının fərmanları, arxiv sənədləri) Cənubi Qafqazda tarixən heç bir erməni dövlətinin olmadığı sübuta yetirilir.

Bizim tədqiqatlarımız Antanta ilə Çar Rusiyasının Cənubi Qafqazı xristianlaşdırma siyasətinin davamı kimi Sovet Rusiyasının bu regionda ermənilər üçün ilk dövlətin 1920-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradılmasını təsdiqləyir. Ermənistan Respublikası Türkiyə və türk dünyası arasında bufer rolunu oynayaraq, tarix boyu Rusiya siyasətçilərinin təbirincə desək, Qafqazda Rusiyanın forpost rolunu oynamışdır. 1920-ci ildə Cənubi Qafqazda erməni dövlətinin yaradılması onun tarixinin yazılması ehtiyacını irəli sürdü.

Məlumdur ki, Cənubi Qafqazın tarixi konsepsiyası hələ XX əsrin ortalarında İ.P.Petruşevski tərəfindən “XVI-XIX əsrin əvvəllərində Azərbaycan və Ermənistan feodal münasibətlərinin tarixi oçerk”ində işlənilib. Bu konsepsiyanın əsasını erməni dövlətçiliyinin Cənubi Qafqazda dərin köklərə malik olduğu ideyası təşkil edir.

İ.P.Petruşevskinin və erməni tarixçilərinin əsərlərində Qərbi Azərbaycan torpaqlarında guya mövcud olmuş erməni dövlətinin “Qafqaz Ermənistanı və Ararat respublikası” adlandırdıqları anlayışa orta əsr mənbələrinin heç birində rast gəlinmir. Bu sənədlərdə Ermənistanın yerləşdiyi ərazi Çuxur-Səəd adlanır və Azərbaycan anlayışına daxildir. Sənədlərin analizi Cənubi Qafqazın yeni tarixi konsepsiyasının işlənməsinə zəmin yaradır və Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübuta yetirir.

Sovet İttifaqı dövründə azərbaycanlıların bu torpaqlardan tədricən sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilibdir.

1988-ci ildən sonra kütləvi terrora məruz qalmış azərbaycanlılar Qərbi Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalmış və bundan sonra bu ərazidə qalmış azərbaycanlılara məxsus olan memarlıq abidələri, maddi-mədəniyyət nümunələri dağıntılara, məhvə məhkum olmuşdur.

Qərbi Azərbaycanda, Zəngəzurda aparılan ciddi elmi araşdırmalar 1961-ci ilə təsadüf edir. Demək olar ki nə ondan əvvəl və nə də ondan sonra bu əraziyə Azərbaycan alimləri buraxılmamışdır. Məhz bu ildə Qarabağda və Zəngəzurda Azərbaycan və erməni alimlərinin birgə elmi ekspedisiyası fəaliyyətə başlayır. Zəngəzurun Urud (Oront) qəbristanlığında XV-XVI-cı əsrlərə aid sənduqə formalı və qoç heykəlli məzar daşları aşkarlanır. Abidələrin üzərində həkk olunmuş Quran ayələri və birinin üzərində olan “Allah, Məhəmməd, Əli. Min evladi avğvan” kitabəsi (yəni alban nəslindən) və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) Tibet yak öküzü, şamanların, Humay quşunun və s. təsvirləri (см. Мешадиханум Неймат, Корпус Эпиграфических памятников Азербайджана, т.I, стр.9-15, III, №1042-1058) alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini sübuta yetirir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, “Şöhrət” ordenli Məşədixanım Nemətin bu elmi kəşfi ona qədər sovet tarixşünaslığında mövcud olan Qafqazın xilafət tərəfindən istilasından sonra xristian olan alban tayfalarının erməniləşməsi və gürcülüşməsi konsepsiyasını alt-üst edir və azərbaycan türklərinin Qafqazda gəlmə deyil yerli, köklü xalq olduğunu təsdiqləyir. Məşədixanım müəllimə Urud abidələrini 1981-ci ildə nəşr etdirdiyi “Мемориальные памятники Азербайджана» (Azərbaycanın memorial abidələri) kitabına salır və Azərbaycan xalqının mədəni irsi kimi təqdim edir.

Buna cavab olaraq erməni “alimləri” xəttat savadsız olmuş, kitabəni səhv yazmış, - deyə “Min evladi avğvan” (yəni alban nəslindən) kitabəsinə hərflər əlavə edərək oxunuşunu “Avlağum Vağudlu” kimi təqdim edirlər. A.D.Papazyanın yazdığına görə, Orbelyan nəslindən olan Avlagum Vagudluları Əmir Teymur türkləşdirmiş və islamı qəbul etdirmişdir. Həmən Urud qəbristanlığında yatanlar da onlardır. Azərbaycanlılar heç vaxt Zəngəzurda (Sisian) yaşamamışlar və Zəngəzur Azərbaycan torpağı deyil. Lakin A.D.Papazyanın 1959, 1968-ci illərdə çap etdirdiyi “Персидские документы Матенадарана» («Matenadaranın fars sənədləri”), «Персидские купчии Матенадарана» (Matenadaranın fars çıxarışları) əsərlərindəki sənədlərdə Zəngəzurun Naxçıvana, Naxçıvanın isə Azərbaycan ölkəsinə daxil olduğu göstərilir. Digər erməni alimi Z.S.Xaçikyan yazır ki, Teymurun istilası zamanı Syunikdə yaşamış Avlagum Vaqudlular islamı qəbul etməsinlər deyə Gürcüstanın Lori dağlarına köçdülər. (Z.S.Xaçikyan, Pamyatnıe zapisi Armyanskix rukopisey XV v. Avtoreferat, Dokt.diss., Erevan, 1961 q.). Beləliklə, A.D.Papazyanın irəli sürdüyü fikir digər erməni tarixçisi tərəfindən təkzib olunur. Bundan sonra Urud qəbristanlığı dağıdılır və Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınırlar.

Ermənilər epiqrafika sahəsində də böyük saxtakarlıqlara yol verirlər və məqsəd üç dəniz arasında (Aralıq, Qara, Xəzər) “Böyük Ermənistan” dövlətinin tarixən mövcudluğunu sübut etməkdir. Bu saxtakarlığın bariz nümunəsi kimi A.A.Xaçaturyanın “Корпус арабских надписей Армении XIII-XVI вв.” (Ереван, 1987) (XIII-XVI əsr Ermənistanın ərəb yazıları korpusu) əsərini qeyd etmək olar. Burada müəllif Türkiyənin İxlat, Ərzincan, Ərzrum, Azərbaycanın tarixi və müasir torpaqları olan – Zəngəzur, Naxçıvan, Göycə ərazisindəki abidələri daxil etmişdir. O, abidələrin coğrafiyasını və xronologiyasını qarışdıraraq, sözlərə hərflər əlavə etməklə saxtakarlığa yol vermişdir. Tarixi mənbələri təhrif edərək Əbdürrəşid Bakuvinin “Kitab-o Təlxis əl-asar və əcayib əl-məlik əlqəhhar” əsərində “Abşeronda xristianlar yaşamış” ifadəsini saxtalaşdıraraq “Abşeronda ermənilər yaşamış” sözləri ilə əvəz etmişdir.

Dağıda bilmədiklərini isə erməni milli memarlıq abidəsi kimi təqdim edirlər.

Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilmiş karvansaranı (h.729=1328-29 il) “erməni milli memarlıq abidəsi” kimi təbliğ edib xüsusi buklet də nəşr ediblər. (Arutunyan V.M., Yerevan, 1984 il) (bax. Мешадиханум Неймат, Корпус Эпиграфических памятников Азербайджана, т.III, №991, стр.62). Həmən yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd türbəsinin (vəf.1305 il) qapısı üzərində qoyulmuş kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Nəcməddinin adı çəkilir.

Abidənin içərisində erməni dilində divara bir yazı qoyulmuşdur. Bu yazıda olan mətnlə qapının üzərinə hörülmüş yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetinin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki, “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı vermiş və ərəbcə yazını qapının üzərinə qoymuşlar. Halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülmüşdür. Maraqlısı odur ki, ermənilərin çap elədikləri bukletdə karvansara Səlim karvansarası adı ilə çap olunub. İstər-istəməz belə bir sual meydana çıxır, əgər bu erməni milli-mədəni abidəsidirsə, niyə ermənilər bunu “tatarlar” adlandırdıqları kimi adlandırırlar?

Erməniləşdirmək istədikləri digər abidə Azərbaycan Qaraqoyunlu dövləti, Çuxur-Səd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad kəndində yerləşən möhtəşəm türbədir.

Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparmış və belə bir qənaətə gəlmişlər ki, Qaraqoyunlu dövləti İran dövləti olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri durub və ərazisində erməni maddi-mədəniyyət abidəsi olub. Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Qaraqoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək qeyri elmidir və düzgün deyil, ona görə ki, onlar XIII əsrdə Anadoluda adlanan yarım köçəri tayfa birləşmələrindən ibarət idi. Onların mərkəz vilayətləri Arciş, Van gölünün şimalında yerləşirdi.

Bundan əlavə memarlıq-konstruktuv formasına görə bu abidə Naxçıvanda yerləşən Möminə-xatun və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır.

Qeyd olunan yerdə bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbristalıq olmuşdur. Hamısı dağıdılıb. (Мешадиханум Неймат, Корпус Эпиграфических памятников Азербайджана, т.III, №1027, стр.66-67).

İrəvan şəhərində Göy Məscidin kompleksində yerləşən Mədrəsə binasının hücrələrindən birində mərmər başdaşının üzərində “h.1330=1911-12-ci il Abasquluxan” yazılmışdır. Abasqulu ağa İravanski İrəvanın görkəmli maarif-pərvərlərindən biri olmuş, maarifin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Arxiv sənədlərindən məlumdur ki, 1898-ci ildə bir qrup İrəvan ziyalıları Göy məscidə toplaşaraq məscidin nəzdində məktəb açmaq qərarına gəlirlər və bu məktəbin maliyyələşdirilməsini öz üzərlərinə götürürlər.

Mehri rayonunun Nüvədi kəndində bir neçə abidə qeydə alınmışdır. Bunlarda biri Anqizet qəbristanlığında Şeyx oğlu Şeyx Mirin baş daşıdır. H.700=1300-1301-ci ildə vəfat etmişdir. Digəri Quş fermasının yerində orta əsr qəbristanlığı bir baş daşı qeydə alınmışdır. Üzərində dəfn olunanın adı qalmışdır – Qəni Tax. Kitabəni kufi xəttinə görə XIII əsrə aid etmək olar. Nüvədi kənd qəbristanlığında h.1244=1828-29-cu il Əbdülkərim, h.1281=1864-65-ci il Məsumənin yerli daşdan və mərmərdən hazırlanmış başdaşları mövcud idi.

Zəngəzur dağlarında Baba Hacı türbəsi var, hündürlüyü 3,50 m. Planı xaricdən dairəvi, içəridən 16 bucaqlı (4,70x4,70 m), divarın eni 1,14 m. İçəridəki qəbirlər malalanıb, xaricdə baş daşılar h.932=1525-26-cı il və h.995=1586-87-ci il. Demək Baba Hacı türbəsi daha əvvələ aiddir. Ətrafda böyük qəbristanlıq olmuşdur.

Zəngəzurun Ələyaz kəndində Əxi Təvəkkül türbəsi var. Əxi Təvəkkül Məhərrəm ayı h.950=1543-cü ildə şəhid olmuşdur. Türbə uçub dağılmış. Əxi Təvəkkülün baş daşı qalmışdır. Əxi cəmiyyəti orta əsrlərdə sənətlarları birləşdiridi.

1915-ci ildə İrəvan quberniyasının ərazisində 382 şiə, 9 sünnü, Zəngəzurda 38 məscid fəaliyyət göstərirdi. İrəvan quberniyasında məscidlərin sayının artma dinamikası belə idi: 1904-cü il - 201; 1911-ci il - 342; 1915-ci il – 382 məscid. Qeyd etməliyik ki, Çar Rusiyası dövründə məscid açmaq elə də asan iş deyildi. Bunun üçün Qubernatorun və Caniçinin xüsusi icazəsi lazım idi. Məscidlərin sayının artma dinamikası müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin bütün təziqlərə, ciddi nəzarətə baxmayaraq böyük siyasi quvvə olduğundan və iradəsindən xəbər verir.

Məscid Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Kərkəs, Çərəli, Xardcmaqlı, Dəstəyird, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçarlı, Seyidlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçü, Kaqlar, Yuva kəndlərində fəaliyyət göstərirdir (Вафа Кулиева. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в конце XIX – начале XX вв. в ракурсе армяно-азербайджанских политических отношений. Баку 2003, стр.183. ГИА ф.290, опись.2, дело № 756, лл.23, 49, 53) (prixod məscidləri kənd soveti rolunu oynayırdı. Burada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların uçotu aparılırdı. Hər prixodun mollası var idi və o Qubernator tərəfindən təyin olunurdu). Ümumən XIX əsrin sonunda İrəvan quberniyasında 233 şiə və 14 sünnü məscid prixodları fəaliyyət göstərirdi. (Вафа Кулиева. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в конце XIX – начале XX вв. в ракурсе армяно-азербайджанских политических отношений. Баку 2003, ГИА ф.290, опись.6, дело 2980, лл.19; ф.291, опись.13, дело 8385, лл.66-69; там же дело 8592, лл.1-23).

İrəvan şəhərində XX əsrin əvvəlinə kimi Qədim Şəhər məscidi, Came məscidi, Hacı Novruzəlibəy məscidi, Hacı İmamverdibəy məscidi, Mirzə Səfibəy məscidi, Hacı Cəfərbəy məscidi fəaliyyət göstərirdi. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud idi. Binanın möhtəşəmliyi Qərbi Azərbaycanda tədrisin, elmin inkişafından xəbər verir. Bu cür komplekslərə Bakıda İçərişəhərdə və Dərbənddə rast gəlinir. (Вафа Кулиева. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в конце XIX – начале XX вв. в ракурсе армяно-азербайджанских политических отношений. Баку 2003, ГИА cтр.119-124, ГИА ф.290, опись 10, дело 5693, лл.19-25).

Azərbaycanlıların bu regionda köklü xalq olduğunu toponimlər – yer adları bir daha sübut edir. Toponimlər konkret etnosun konkret coğrafi məkanda təşəkkülünü göstərən ən tutarlı sənəddir. Ona görə də ermənilər əraziləri azərbaycanlılardan təmizlədikcə ilk növbədə yer adlarını dəyişdirirlər. Demək olar ki, bütün toponimlər erməniləşdirilib. Adını çəkdiyimiz Urud-Oront, Cəfərabad-Arqavanq, Zeyvə-Metsamor və s. adlandırılıb. Bu da azərbaycanlıların bu torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədini güdür və Ermənistan Respublikasının dövlət siyasəti statusuna qaldırılmışdır. (Вафа Кулиева. Указ соч. стр.172-212; Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı. S.46-64, 89-143, 173-213, 257-270).

Zəngəzurun Pir Davudan kəndində XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi var idi. Qara Vəli kəndində 7-ci imam Museyi Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşirdi (Вафа Кулиева. Указ соч. стр.119. ГИА ф.290, опись.2, дело 747, л.6). Hal-hazırda dağıdılıb.

İrəvan məscidlərinin İrəvan quberniyasının müxtəlif yerlərində vəqf əmlakları yerləşirdi. Bu, əsasən torpaq sahələri, dükanlar idi. Sənədlərdən göründüyü kimi vəqf əmlaklarının sərhəd olduğu torpaqlar azərbaycanlılara məxsus idi. Bu da öz növbəsində bu regionda azərbaycanlıların çoxluq təşkil etdiyindən xəbər verir (Вафа Кулиева. Указ соч. стр.118-124).

Mənbələrə əsasən demək olar ki, 1919-cu ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında azərbaycanlılar əhalisinin 72,3%, Sürməli qəzasında 96%, İrəvan qəzasında 60,2%, Milistan və Vedibasar mahallarında 90% təşkil edirdilər (Вафа Кулиева. Указ соч. cтр.212).

Böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd etmək lazımdır ki, hazırda bütün bu abidələr dağıdılıb.

Şamaxıda 1918-ci il mart qırğınları zamanı XII əsrin abidəsi olan Came məscidi dağıdılıb, 13 prixod məscidi yandırılıb, məhv edilibdir. (Вафа Кулиева. Указ соч. стр.216).

Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb. Ermənilər çalışırlar ki bu yolla öz aqressiv siyasətlərinə haqq qazandırsınlar. Eyni zamanda dünya ictimaiyyətinin nəzərini başqa istiqamətə yönəltmək məqsədi ilə azərbaycanlıların Naxçıvanda erməni qəbristanlıqlarını dağıtmaq haqqında cəfəng məlumatlar yayırlar.

Dağlıq Qarabağ ərazisində yerləşən alban-xristian abidələri ermənilər tərəfindən mənimsənilir və erməni mədəni irs kimi təqdim edilir. Bu haqda rus, erməni, avropa dillərində “əsərlər” çap olunur. (Samvel Karapetyan. Памятники армянской культуры в зоне Нагорного Карабаха. 2000 г.; Шаген Мкртчян. Сокровища Арцаха. Ереван, 2000 г.).

Lakin Qarabağ ərazisində, yaxın zamanlara qədər külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikililər, orta əsr qəbristanlıqları, məscidlər və s. müsəlman abidələri mövcud idi.

Məhv olmuş abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, azərbaycanda memarlıq məktəblərinin banilərinin adlarını aşkarlayır. Həkəri çayının hövzəsində yerləşən bir sıra türbələr öz memarlıq-konstruktiv formasına görə seçilir. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd türbəsi, Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr). Türbənin ətrafında orta əsr qəbristanlığı yerləşir. Türbədən bir qədər aralı Şeyxzadə Şeyx abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (h.759 =1358-ci il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının məzarları üzərində baş daşları var idi. Yazıların mətninə, paleoqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıx baba xanəgahının Qədiriyyə sufi cəmiyyətinə aid olduğu müəyyənləşdirilmiş və fəaliyyət dövrü XIII-XIV əsrlərə aid edilmişdir.

Bu ərazilərdə XIV-XIX əsrlərə aid sənduqə, başdaşı formalı qoç, at heykəlli məzar daşları ərəb-fars-azərbaycandilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyat, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnoqenez məsələlərinə aydınlıq gətirməklə, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.

Qarabağın Laçın rayonunun Malıbəyli kəndində aşkarlanmış üç at heykəli qəbir dаşındа (ХVI-ХVII əsrlər) və Аrmаzisхevidə yerləşən (ХIV əsr) аt heykəlli аbidənin bud tərəfinə həkk оlunmuş Оğuz türk tаyfаlаrınа məхsus tаmqаlаr – üç hоrizоntаl və bir vertikаl xətt mаrаq doğurur. Qаrаbаğ аbidələrindəki epiqrаfik məlumаtlаrdаn və təsviri incəsənət mоtivlərindən Cənubi Qаfqаzdа Azərbаycаn хаlqının təşəkkülündə mühüm rоl оynаmış qədim türk tаyfаlаrının məskunlаşmа arealını müəyyən etmək оlur.

Lаçın rаyоnunun Mаlıbəyli, Güləbird kəndlərində аt heykəlli qəbir dаşlаrındа günəş simvоlunun və əlində quş tutmuş insаnın təsvirləri vаr. Məlumdur ki, qədim türk хаlqlаrının tаnrısı Humаy quşu idi. Bunun аbidələrin üzərində təsvir оlunmаsı, gümаn ki, аbidələri dаğılmаqdаn qоrumа məqsədi dаşıyırdı.

Epiqrаfik аbidələr Qаrаbаğdа gedən tikinti işlərindən, Elхаnilər dövrü və Qаrаbаğ хаnlаrının mədəni-mааrif fəаliyyətindən хəbər verir.

Bu аbidələr sırаsındа Füzuli rаyоnunun Bаbı kəndində yerləşən səkkiz guşəli Şeyх Bаbi Yаqub (ХII əsr) türbəsini аid etmək оlаr.

Bərdədə bir türbə və Aхsаdаnbаbа türbəsinin bünövrəsinin qаlıqlаrı vаr. Bu memаr Əhməd bin Eyyub əl-Hаfiz аn-Nахçıvаninin işidir.

Cəbrаyıl rаyоnundа köhnə qəbristаnlıqdа yаzının bir pаrçаsı аşkаr оlunub. Həmən yerdə, yоlun qırаğındа iki bаşdаşı аşkаrlаnıb. Bаşdаşılаrın yuхаrı hissəsində heyvаn təsvirləri vаr – dаğ keçiləri və Qоbustаndа, Аbşerоndа оlаn qаyаüstü təsvirləri хаtırlаyаn müхtəlif tаmqаlаr həkk оlunub.

Cəbrаyıl rаyоnundа Diridаğ plаtоsundа оrtа əsr qəbristаnlığı yerləşir. Оrаdа dаğılmış türbə binаsı vаr. Türbənin ətrаfındа müхtəlif bədii fоrmаyа mаlik qəbir dаşlаrı qаlıbdır, оnlаrdаn ikisi qоç heykəllidir və Аzərbаycаnın digər dаğətəyi rаyоnlаrındа mövcud оlmuş аbidələrin аnаlоgiyаsıdır.

Аğdаmın rаyоn mərkəzində «İmarət» adlanan memаrlıq kоmpleksində ХVI əsrə аid оrtа əsr qəbristаnlıqlаrındаn yığılmış sənqudə fоrmаlı qəbir dаşlаrı cəmlənmişdir.

Lаçın rаyоnundа Аğоğlаn məbədinə gedən yоlun sаğındа ХVI əsrin аt heykəlli və sənduqə fоrmаlı qəbir dаşlаrı vаr idi.

Füzuli rаyоnunun Əhmədаllаr kəndində, оrtа əsr qəbristаnlığının yerində sənduqə fоrmаlı qəbir dаşı qаlmışdı (1024=h.1615 il). Qаrğаbаzаr kəndində, «Şаh Аbbаs» kаrvаnsаrаsındаn yuхаrı, qаyаnın üstündə «Qiyаs əd-Din» məscidi durur. Yerli əhаli оnu «Şаh Аbbаs» məscidi аdlаndırırdı. Kənddə yerləşən bulаğın üzərində üç sətirli ərəbdilli yаzı vаr idi. Yаzıdа deyilirdi ki, bulаğı 1305-ci ildə Gəncəli Əmir Qаrğаbаzаrlının оğlu tikdirib.

Qаrаbаğ хаnı Pənаhəli хаnın mərmər bаşdаşısı Аğdаmdа yerləşən türbəsindən Аzərbаycаn Tаriх muzeyinə köçürülüb.

Lаçın rаyоnunun Cicimli kəndində 1790-1791-ci ildə çаylаq dаşındаn düzbucаqlı plаndа tikilmiş məscid binаsı mövcud idi.

Şuşа şəhərində memаr Kərbəlаyi Səfi хаn Qаrаbаğlı tərəfindən inşа edilmiş iki məscid və iki mədrəsə binаsı vаr. Bu hаqdа məlumаtı məscidin üzərindəki kitаbə хəbər verir. Memаrın аdınа Füzuli rаyоnunun mərkəzində yerləşən məscidin, Bərdə şəhərində Аğdаmdа оlаn məscidlərin, Şuşа şəhərinin bir sırа məhəllə məscidlərinin üzərində də rаst gəlmək оlаr. Bütün bu аbidələr ХIХ əsrin ikinci yаrısınа аiddir.

Bu unikal tarixi məlumatlarla Azərbaycan tarixşünaslığını görkəmli epiqrafçı alim AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, “Şöhrət” ordenli Məşədixanım Nemət zənginləşdirib. (М.С.Неймат. Надписи Джума-мечети, находится в г.Шуше. Изв.АН.ССР, Серия общественных наук. №1, 1961 г., с.47, 58 на аз.яз.; ее же. Эпиграфические памятники Карабаха. С-1 «Азербайджан и азербайджанцы», №11-12, 2002 г.; Р.Гарабаглы. Архитектор Кербалаи Сафихан Гарабаги. Баку, 1994, сс.18-24, 30-35, 40-57).

ХIХ əsrin sоnundа Şuşаdа17 məscid fəаliyyət göstərirdi. Bunlаr: Yuхаrı Cаme, Аşаğı Cаme məscidləri, Təzə məhəllədə təmir оlunmuş məscid, Mаlıbəyli, Gulаblı, Şelli, Yusifcаnlı, Mərəzəli, Хəzəristаn, Lembrаn, Аğcаbədi, Хəlil Fəхrəddinli, Хunаşın, Qərаr kəndlərində fəaliyyət göstərən məscidlərdir. Şuşа muzeyində Hаcı Yusifli, Heydəri, Hаmаm, Culfа, Məriyаnlı, Rаhаtlı, Dəmirçi, Hаcı Mircаnlı, Çоluçаğа, Məhəli, Çuхur, Quyluq, Dördlər qurdu, Qаpаn kəndlərində də məscidlər vаr idi. (ГИА, ф.290, опись.24, дело 124, лл. 5, 6).

1828-ci ildə Аzərbаycаnа köçürülmüş ermənilər hələ sоvet hаkimiyyəti zаmаnı yаşаdıqlаrı Оrdubаdın Der kəndində аzərbаycаnlılаrа məхsus оrtа əsr qəbristаnlığını erməni qəbristаnlığınа çevirmişlər.

Şаmахının Kəlахаnа kəndində yаşаyаn qriqоryаn tаtlаr ХIV-ХVII əsr qəbristаnlığındа sənduqə fоrmаlı məzаr dаşlаrını dаğıdıb yerində üzüm əkmişdilər.

Əmircаn kəndindəki Nizаməddin məscidinin pоrtаlındаkı kitаbə də qаzılıb, pоzulmuş, sоnrаdаn bərpа оlunmuşdur.

Bərpа idаrəsində işləyən erməni inşааtçı ustаlаrı Bаkıdа, İçərişəhərdə yerləşən Cаme məscidi kоmpleksində оlаn mədrəsə kitаbəsini tоrpаğа bаsdırmış, Cаme məscidi bünövrəsindəki Şirvаn оrdusunun bаş kоmаndаnı şəhid Əbu Yаqub Yusifə həsr оlunmuş kufi yаzılı хаtirə lövhəsini оvub, охunmаz hаlа sаlmış, İçərişəhər qаlа divarında dаşnаk pаrtiyаsının emblemini həkk etmişlər.

Ümumiyyətlə, sоn 200 ildə аzərbаycаn хаlqı, оnun mаddi-mədəniyyət аbidələri ermənilər tərəfindən soyqırıma məruz qаlmışdır. İşğaldan sonra gözümüzün önündə canlanan mənzərə bizə dərin şok yaşatdı. Azərbaycanın 20% təşkil edən azad olunmuş ərazidə məkirli düşmən daşı-daş üstündə qoymamış, göz baxdıqca birdənə canlıya rast gəlmirsən. Mənəvi soyqırım fiziki soyqırımdan daha da dəhşətlidir. Nə qədər ağır olsa da insan itkisi zaman keçdikcə öz yerini doldurur, amma mənəviyyata vurulan zərbə ən ağır zərbələrdəndir. Mənəvi soyqırım bir xalqın keçmişinin, kökünün, əcdadının, tarixi yaddaşının itirilməsi deməkdir. Mən inanıram ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı əldə etdiyi tarixi QƏLƏBƏdən sonra azad olunmuş ərazilərdə tarixi yaddaşı olan mədəniyyət abidələrini bərpa edərək, özünün qüdrətini bir daha dünyaya nümayiş etrdirəcək.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.