"Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir".
"AzPolitika" xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, "Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir.
"2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb", - iqtisadçı əlavə edib
"Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb", - o, bildirib.
V.Bayramovun sözlərinə görə digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır: "Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq".
"AzPolitika.info"

Şərhlər
Təqaüdlərin artım faizi insanın heç olmasa əvvəlki yaşamını çətinləşdirməyən həcmdə olmalıdır.Statistika idarəsinin saxta faizlərinə istinad tamamilə haqsız və qanunsuzdur.Artım faizi ölkədə baş verən qiymət artım faizləri ilə tənzimlənməlidir.Onsuz da orta yaşam həddini belə təmin etməyən pensiya məbləğlərini saxta faizlərlə tənzimləmək insanların çətin yaşamını daha da ağırlaşdırıb.