Ukrayna fevralın 24-də hava zərbələri gözləyir – “Rusiyadan həmişə naqislik gözləmək olar”

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı təcavüzünün ikinci ili tamam olur.

“AzPolitika.info” xəbər verir ki, Ukraynada “əlamətdar günlərə” xüsusi önəm verən Rusiya işğalçı ordusunun dinc şəhərlərə kütləvi hava zərbəsi endirəcəyini gözləyirlər.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib ki, hücumun olacağı dəqiq deyil, ancaq Rusiyadan hər cür naqislik gözləmək olar: “Rusiyadan həmişə naqisliklər gözləmək lazımdır, çünki bu, bizi bir ölkə olaraq fiziki cəhətdən məhv etməyə çalışan dövlətdir. Sadəcə olaraq, hamıya ötən il necə olduğunu bir daha xatırlatmaq istəyirəm. Nə ayın 23-də, nə də 24-də atəş olmadı. Ancaq martın 9-da kütləvi hava hücumu baş verdi. Ona görə də sakitləşməyə ehtiyac yoxdur. Hava hücumundan müdafiə qüvvələri hər zaman düşmənin hücumlarını dəf etməyə hazırdır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar