ƏT UCUZLAŞDI - VİDEO

Bərdədə dana əti ucuzlaşıb. Qiymət düşməsi İmişli və Sabirabad rayonlarında da hiss olunur.

"AzPolitika.info" xəbər verir ki, ekspertlər hesab edir ki, bu rayonlarda baş verən qiymət dəyişikliyi mərhələli şəkildə digər bölgələrdə də özünü büruzə verə bilər.

Qiymətlərin enməsi daha çox iribuynuzlu heyvan ətində nəzərə çarpır. Dana ətinin qiymətində 1 manat civarında ucuzlaşma var. Bunu satıcılar da təsdiqləyir.

Heyvan bazarında qiymətlərin ucuzlaşması pərakəndə satışa da təsir edib.

Mütəxəssislərin fikrincə, hazırkı qiymətlərin nə vaxta qədər belə qalacağı tələb və təklifdən asılı olacaq.

Qeyd edək ki, sözügedən 3 rayonda 324 min başdan çox iribuynuzlu heyvan saxlanılır ki, bu da ölkədəki ümumi heyvanların baş sayının 13 faizini təşkil edir.

Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:


635x100

Şərhlər

Orduxan 2024-02-25 20:58:28

Bizim ölkədə ucuzlaşan yalnız insan həyatıdır.Bu polis zorakılığı ilə daha aydın sezilir.

Mədət 2024-02-24 14:37:17

Bu ucuzlaşma hay küyünün mənası nədir.əti 5-6 manat bahalaşdıranda heç kəsin səsi çıxmırdı.Bu bahalıqda 1 manat (-o da hər yerdə yox )bəzi rayonlarda ucuzlaşdl deyib hau salmanın mənası nə?bununla guya əhalinin güzəranı düzəldi?Onsuz da kasıb ət ala bilmir! Ayıb!

Son yazılar