Menu

Lukaşenko yenidən prezidentliyə namizəd olacağını açıqladı

26.02.2024, 17:30
Lukaşenko yenidən prezidentliyə namizəd olacağını açıqladı

ABŞ Dövlət Departamenti bir gün əvvəl Belarusda parlamentin aşağı palatası və yerli hakimiyyət orqanlarına keçirilən seçkilərin beynəlxalq standartlara avab vermədiyini iddia edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, səsvermə qorxu mühitində keçib və demokratik seçkilərdən danışmaq mümkün deyil.

"Rejim 1400-dən çox siyasi məhbusu həbsdə saxlamağa davam edir. Bütün müstəqil siyasi xadimlər ya həbs edilib, ya da ölkəni tərk etməyə məcbur edilib. Bütün müstəqil siyasi partiyalara qeydiyyatdan imtina edilib", - bəyanatda deyilir.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bundan əvvəl seçkiləri boykota çağırıb.

Belarusda səsvermə fevralın 25-də keçirilib. Bu, 2020-ci ildə keçirilən kütləvi etirazlardan sonra ilk genişmiqyaslı səsvermə idi.

Seçki günü hər hansı etirazla bağlı məlumat verilməyib. Fevralın 26-da səhər saatlarında Mərkəzi Seçki Komissiyası 110 seçki dairəsinin hamısında deputatların seçildiyi barədə məlumat yayıb və onların adlarını açıqlayıb.

Bunlar Lukaşenkonu dəstəkləyən “Belaya Rus” partiyasının nümayəndələri və müstəqillərdir. Bir neçə yer isə Lukaşenkonu dəstəkləyən kiçik partiyalara verilib.

Seçkilərdə rəqabət  az olub - orta hesabla bir mandat uğrunda cəmi ikidən bir qədər çox namizəd mübarizə aparıb.

Seçkilərdə fəallıq, rəsmi məlumatlara görə,  73%-i ötüb.

30 ilə yaxındır ölkəni idarə edən Aleksandr Lukaşenko seçki məntəqəsində 2025-ci ildə yeni prezidentlik müddətinə namizədliyini irəli sürəcəyini bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol