PAŞİNYANIN XÜSUSİ TƏYİNATLI SƏFİRİ NİYƏ İSTEFA VERDİ? – Qərb kəşfiyyatı İrəvanda “Rusiya casusu” ovuna çıxıb

“Edmon Marukyan Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi üçün Nikol Paşinyana ərizə təqdim edib”.

“AzPolitika” xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə məlumat yayıb.

“Son vaxtlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün edir”, - Marukyan bildirib.

Qeyd edək ki, erməni mediası Marukyanın istefasını son vaxtlar Nikol Paşinyanın öz komandasında “Rusiya casusu” ovuna çıxması ilə əlaqələndirir. 

Baş nazirin yaxın ətrafı, xüsusi ilə onun şəxsi mühafizəsi, daxili işlər naziri və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ABŞ və Fransa xüsusi xidmət orqanları ilə sıx işbirliyi içərisindədir. Onların dəstəyilə hakim komandada, xüusən güc strukturlarında və yüksək çinli məmur korpusu üzərində sıx nəzarət formalaşdırılıb. Bütün məmurlar, dövlətin mühüm sahələrində çalışanlar, dövlət sirlərinə çıxışı olanların fəaliyyəti izlənilir. Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə şübhə doğuran şəxslərlə bağlı dərhal məxfi araşdırma başlayır və onlar vəzifələrdən kənarlaşdırılır.

Erməni mediası indiyə qədər onlarla belə şəxsin hakim komandadan atıldığını bildirir. Onlar haqqında cinayət işləri qaldılmasa da hökumətin işinə təsir imkanları dərhal sıfırlanır. Fevralın 14-də Baş Qərargahın yüksək rütbəli rəsmilərinin istefaya göndərilməsi də onların Rusiya kəşfiyyatı ilə əlaqələri ilə bağlı olub.

Edmon Marukyana gəlincə, o Rusiya təhsillidir və diplomatik fəaliyyəti “müttəfiq ölkə” ilə sıx bağlıdır. Keçmiş səfir zaman-zaman Paşinyanın anti-Rusiya mövqeyinə qarşı çıxıb. O, hesab edir ki, Ermənistan Qərblə münasibətlərinə məsafə qoymalı, Kremli qəzəbləndirən hərəkətlərdən çəkinməlidir. Mümkündür ki, belə mövqeyə görə onun istefası istənilib.

Erməni mediası qarşıdakı günlərdə belə “istefaların” sayının artacağını istina etmir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar