Həbsdəki erməni general azadlığa buraxıldı

İrəvan məhkəməsi yanvarda həbs edilən Ermənistn Baş Qərargahının rəisinin keçmiş birinci müavini Tiran Xaçatryanı azadlığa buraxıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və həbs-qətimkan tədbirini 5 milyon dram (12,5 min ABŞ dolları) girov müqabilində dəyişdirib.

Erməni general paytaxtı tərk etməmək barədə yazılı öhdəlik götürüb.

İstintaqın məlumatına görə, 2024-cü il yanvarın 11-də Xaçatryan restoranlardan birində davada iştirak edib. Küçədə davam edən dava zamanı o, xidməti silahından atəş açıb və restoranın müştərilərindən birini yaralayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar