Menu

"Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil" - Makronun xüsusi nümayəndəsi

08.03.2024, 16:46
"Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil" - Makronun xüsusi nümayəndəsi

Fransa hakimiyyəti mövqeyini dəyişmək və qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.

“Report” Fransa KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa Prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Çad dövlət başçısı Mahamat İdris Debi ilə danışıqlardan sonra deyib.

Xüsusi nümayəndənin sözlərinə görə, Fransa hökuməti regionda təhlükəsizlik sisteminin uyğunlaşdırılması üçün Çad hakimiyyəti ilə əməkdaşlığa hazırdır.

O qeyd edib ki, Fransa Çadda qalmalıdır və qalacaq.

Xatırladaq ki, bu Afrika ölkəsində hazırda minə yaxın fransalı hərbçi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol