Menu

“Bütün variantlara hazırıq” - Britaniya “Taurus” problemini həll edəcək

09.03.2024, 15:53
“Bütün variantlara hazırıq” - Britaniya “Taurus” problemini həll edəcək

Böyük Britaniya Almaniyaya Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı problemin həllində kömək etməyə hazırdır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu İngiltərənin Xarici İşlər naziri Devid Kemeron deyib.

Kemeron qeyd edib ki, Britaniya Ukraynaya yardım üçün bütün variantları nəzərdən keçirir: “Biz Ukraynaya kömək etmək üçün bu və bütün digər məsələlərdə alman tərəfdaşlarımızla yaxından işləmək əzmindəyik. Biz Ukrayna üçün maksimum effekt əldə etmək yolunda bütün variantları araşdırmağa hazırıq".

Nazir qeyd edib ki, bunun üçün dairəvi tədarüklər variantından istifadə edilə bilər. Bu zaman Almaniya özünün “Taurus” raketlərini Britaniya tərəfinə, sonuncu isə “Storm Shadow” qanadlı raketlərini Ukraynaya göndərəcək. Bundan artıq izahat vermək istəməyən nazir digər təfərrüatların açılmasına tərəfdar olmadığını deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol