İRƏVANIN MOSKVA İLƏ “İKİBAŞLI OYUNU” - “Paşinyan Rusiya ilə heç bir müqaviləni pozmayacaq”

Nikol Paşinyan və komandası artıq bir neçə ildir ki, Rusiyaya qarşı təbliğat kampaniyası aparsa da, əslində, Rusiya ilə hər hansı dövlətlərarası müqaviləni pozmaq niyyətində deyil.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzet Paşinyan komandasının “ikibaşlı oyun” aparmasına işarə edir: “1997-ci ildə Rusiya ilə imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ötən il başa çatıb. O, uzadılma imkanı ilə 25 il müddətinə imzalanıb və Ermənistan hakimiyyəti bundan istifadə edib. Onlar imtina üçün müraciət etməyiblər, ona görə də müddət avtomatik olaraq daha 10 il uzadılıb.Eyni zamanda, 2021-ci ildə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistana təcavüzü(?) ilə bağlı Rusiya Federasiyasına müraciət edərək, Rusiyanın 1997-ci il müqaviləsi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək öhdəliyini xatırladıb”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar