Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxaracaq.
“AzPolitika” xəbər verir ki, Moldova XİN-in rəsmi press-relizində belə deyilir. Buna səbəb Rusiya Federasiyasının prezident seçkilərinin separatçı Dnestryanıda təşkilidir.
Rusiya səfiri Oleq Vasnetsov Rusiya Federasiyasındakı prezident seçkiləri zamanı Dnestryanı ərazisində seçki məntəqələrinin işləməsi ilə əlaqədar Moldova XİN-ə çağırılıb. Ona Moldova haklimiyyəti tərəfindən rəsmi nota təqdim edilib.
“AzPolitika.info”


Şərhlər