“AZƏRBAYCANDAKI “BEŞİNCİ KOLON”UN İŞİ ÇƏTİNDİR...” – “Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək”
Geosiyasət üzrə mütəxəssis Sülhəddin Əkbər “AzPolitika”-ya müsahibəsində Rusiyadakı prezident seçkisinin nəticələri, Rusiya hərbçilərinin Azərbaycandan çıxarılma perspektivləri, NATO baş katibi Yens Stoltenberqin regiona səfəri, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim eidirik:
- Sülhəddin bəy, Rusiyadakı prezident seçkiləri gözlənilən sonluqla bitsə də, Mərkəzi Seçki Komissiyası beşinci dəfə namizəd olan Vladimir Putinin 88 faizə yaxın səslə qalib gəldiyini elan etdi. İlk dəfə idi ki, Putin özünə belə yüksək nəticə yazdırmağa ehtiyac duyurdu. Ermənistanda və Avropanın digər ölkələrində yaşayan rusların əksəriyyəti isə Putindən daha çox digər namizədlərə səs verib. Səfirliklərin xaricdə açdığı seçki məntəqələrində müxalifətin çağırışı ilə korlanan bülletenlərin də sayı kifayət qədər çox idi. Necə dəyərləndirirsiz bu nəticələri?
- Əvvəla, mən bunu seçki adlandırmazdım. Klassik anlamda bu seçki deyildi. Sadəcə nəticələri əvvəldən bəlli olan "Stalin" stilində keçirilmiş "seçki" idi. Birincisi, Putin müharibənin məsuliyyətini rus xalqı ilə bölüşmək ehtiyacı hiss edirdi. İkincisi, təbii ki, öz "legitimliyini" yeniləmə ehtiyacı da var idi. Üçüncüsü və ən vacib məsələlərdən biri o idi ki, Putin işğal etdiyi ərazilərdə seçkilər keçirməklə göstərmək istəyirdi ki, ölkənin bütün ərazisində seçkilər keçirilir və guya o, Rusiyanın bütün coğrafiyasına nəzarət edən legitim bir prezidentdir. Dördüncüsü, belə bir məşhur deyim var: "Hakimiyyət pozur, mütləq hakimiyyət isə mütləq pozur". Bu, artıq Rusiyanın dövlət başçısının nə qədər pozulduğunu göstərir. Belə bir göstəricinin ortaya çıxmasının səbəbi odur ki, Putin yüksək faizlərə mənəvi-psixoloji ehtiyac hissi edirdi. O, növbəti seçkidə 90-nın üzərinə qalxmalıdır ki, özünə vurğunluğunu qane edə bilsin. Rusiya sərhədlərindən xaricdə bu seçkiyə olan münasibətə gəlincə, bu, anlaşılandır. Rusiya daxilində total nəzarət, repressiya rejimi tam təmin olunub. Rusiyada bolşevik inqilabından sonrakı müddətdə ilk dəfədir ki, Rusiyanın xüsusi xidmət orqanları hakimiyyətə tam nəzərat edir. Xaricdə isə belə bir rejim, basqı yoxdur. Digər tərəfdən, xaricdə yaşayan ruslar Rusiyanı tərk edən, ümumiyyətlə hakimiyyətə və ya müharibəyə müxalif olan insanlardır.
- Maraqlıdır ki, Ermənistanın Gümrü şəhərində yaradılmış seçki məntəqəsində də nəticələr Putinin əleyhinə idi. Gümrüdə Rusiyanın 5 minə yaxın hərbçisinin olduğu hərbi bazası var. Bu baxımdan, maraqlıdır, hərbçilər ona yox, Davankova daha çox səs verdilər. Yeri gəlmişkən, İrəvandakı səfirlikdəki məntəqədə də Putin az səs alıb, amma Bakıdakı nəticələrdə qalib gəlib…
- Bu suala dəqiq cavab vermək çətindir. Çünki seçki komissiyalarını Bakıda və İrəvanda, eləcə də Gümrüdə kimin təşkil etdiyini bilmirik. Onların hakimiyyətə münasibəti necədir? Burada fərqlər, müəyyən nüanslar var. Hər halda bu seçkini Azərbaycan hökuməti təşkil etmir.
- Bəli, Rusiya səfirliyi təşkil edir…
- Gümrüdəki nəticəyə gəlincə, bu, mənə 90-cı illərdə özümün parlament seçkilərindəki iştirakımı xatırladır. Həmin vaxt Qıvraq kəndində hərbçilərlə görüş keçirmişdim və seçkidə ən yüksək nəticələrimdən birini də məhz hərbçilər arasında qazanmışdım. Bilirsiz niyə? Çünki mənim əsas təbliğat tezislərimdən biri o idi ki, "Xalq Cəbhəsi, yəni biz qalib gəlsək, ilk işimiz sizi öz vətəninizə göndərmək olacaq və hər kəs öz vətənində xidmət edəcək". İndi Gümrüdəki hərbçilər də bilirlər ki, onlar potensial olaraq müharibəyə göndərilə və orada həyatlarını itirə bilərlər. Ona görə də mən burada qeyri-adi bir şey görmürəm. İrəvandakı nəticələrə gəlincə, bilirsiniz ki, Ermənistana müharibədən sonra daha çox müxalif yönümlü insanlar gəliblər. Bakıya gələnlər isə əsasən turist kimi, Rusiya ilə əlaqəsini kəsməyən insanlardır. Düşünürəm ki, bu faktorun da rolu ola bilər.
- Qərb ekspertlərinin biri demişdi ki, Putin yüksək nəticələr elan etməklə həm də Rusiya siyasi elitasına mesaj verir ki, ona böyük ictimai dəstək var. Çünki bu ölkədə hakimiyyət məsələsi yüksək elita tərəfindən müəyyən olunur. Putin bu çevrələrin onu hakimiyyətdən uzaqlaşdıra biləcəklərindən narahatdır, ona görə böyük ictimai dəstək nümayiş etdirir ki, bu faktoru nəzərə alsınlar…
- Ola bilər. Təbii ki, Putin öz hakimiyyətinə sosial və ictimai dəstəyin yüksək səviyyədə olduğunu nümayiş etdirmək istəyir. Ətrafı üçün də bu lazımdır. Xüsusilə Priqojinin Moskvaya yürüşündən sonra onun imicinə böyük zərbə dəymişdi. Ciddi suallar yaranmışdı ki, Putin Rusiyaya, xüsusən də öz ətrafına tam nəzarət edə bilirmi? Putin yaxın ətrafında konsolidasiyanı daha da gücləndirmək istəyir. Bu tip rejimlərdə elitadaxili münasibətlər çox önəmlidir. Mənə elə gəlir ki, indi Putin rus xalqından daha çox, məhz hakimiyyətə yaxın olan şəxslər haqqında düşünür. Çünki müxalifət, müstəqil media ən azı ölkə daxilində sıradan çıxarıldığına görə yaxın perspektivdə Rusiyada kütləvi bir hərəkat görünmür. Elitadaxili proses isə gizli gedir. Yəqin ki, yeni hökumətin təşkilində hərbçilərə, keçmiş hərbçilərə, xüsusi xidmət orqanlarının nümayəndələrinə daha çox diqqət ayrılacaq. Bu da konsolidasiyanı daha da gücləndirməyə imkan verəcək. Putin eyni zamanda repressiv rejimini, nəzarət sistemini daha da gücləndirəcək. Bu nəzarət sistemi təkcə xalqın yox, həm də hakim elita üzərində olacaq.
- Bəs xarici siyasətdə nə dəyişə bilər? Xüsusən də, Ukrayna müharibəsində Rusiyanın mövqeyində gözlənilməz qərarlar mümkündürmü?
- Xarici siyasətdə ciddi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki xarici siyasətdə artıq Rusiya aktiv rol oynamır. Rusiya xarici siyasəti reaktiv xarakter daşıyır. Yəni baş verən hadisələrə reaksiya əsasında formalaşır. Çünki ABŞ başda olmaqla, kollektiv Qərb tərəfdən siyasi, diplomatik təcridə məruz qalıb. Rusiyanın təkcə Qərb tərəfindən deyil, həm də qlobal Cənub daxilində təcrid olunması üçün çox aktiv iş gedir. Bu baxımdan, Putin müəyyən səylər göstərəcək. Çalışacaq ki, özünü sülhpərvər göstərsin, danışıqlara açıq olduğunu bildirsin. İlk çıxışında elə bu istiqamətdə müəyyən mesajlar verib. Makronun təkliflərinə cavabında deyib ki, danışıqlara hazırdır və Olimpiya oyunları zamanı atəşkəs məsələsinin müzakirəsinə açıqdır. Putinin əlində qalan yeganə aktiv xarici siyasət aləti bu danışıqlar prosesidir.
- Bunu stimullaşdıra bilərmi?
- Ən azı yaxın perspektivdə bu görünmür. Çünki Ukraynanın arxasında duran güclər danışıqlar prosesinə getmək niyyətləri olsa da, bu yay Kiyevi gücləndirmək üçün ən azı bir cəhd edəcəklər.
- Bəs Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətində necə, yeniliklərin şahidi olacağıqmı?
- Bəli, yeniliklər ola bilər. Birincisi, Cənubi Osetiyanın "parlament sədri" Rusiya ilə birləşmə haqqında danışıqların getdiyini bildirib. Bu artıq çox ciddi bir mesajdır. Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyi bir vaxtda bu, Azərbaycanın da diqqətini cəlb etməlidir. Çünki Cənubi Osetiya onsuz da de-fakto ilhaq olunub. De-yure ilhaqdan sonra isə Gürcüstanda və Ermənistanda vəziyyət gərginləşə bilər. Bu baxımdan, Azərbaycan da diqqətli olmalıdır. Çünki Azərbaycan da artıq gələn il rus qoşunlarının çıxarılması məsələsini qaldırmalıdır. Bir tərəfdən kollektiv Qərb, ABŞ başda olmaqla NATO Qara Dəniz, Cənubi Qafqaz və Xəzərdə aktivləşmək istəyir. Digər tərəfdən isə Rusiya mövqelərini itirdikcə aqressivləşir. Rusiya Moldovadakı nüfuzunu xeyli itirib, Ukrayna ilə də müharibə aparır. Qara Dəniz donanması çox ciddi zərbə alıb, üçdə bir qüvvəsini itirib. Əsas gəmiləri Sevastopol limanından çıxarıb, kiçik-kiçik qruplar halında Novorossiysk və digər limanlarda yerləşdirib. Hərbi qüvvələrin müəyyən hissəsini Abxaziyada yerləşdirməyi düşünür. Rusiya ola bilsin ki, daha böyük zərbələr aldıqdan sonra Xəzər donanmasının bəzi gəmilərini Qara Dənizə keçirməli olacaq. Bütün bu faktorları Azərbaycan nəzərə alımalıdır. Həm Qara dənizdə baş verən və Rusiya əleyhinə olan bu gedişatı, həm Ermənistan-Rusiya münasibətlərini, həm də Cənubi Osetiya ilə bağlı irəlidə gözlənilən prosesləri.
- Sülhməramlıların qalması ilə bağlı Azərbaycana ikitərəfli müqavilə təklif oluna bilərmi?
- Heç şübhə etmirəm ki, bununla bağlı hazırda danışıqlar gedir. Amma Azərbaycanın buna gedəcəyinə az ehtimal verirəm. Azərbaycan da Rusiya - Ukrayna müharibəsinin nəticələrini gözləyir. Azərbaycanın gözləmə rejimində olmasını göstərən ciddi faktorlardan biri odur ki, 22 fevral 2022-ci ildə Rusiya ilə "Moskva bəyannaməsi”ni imzalasa da, onu ratifikasiya etməyib. Bu, ciddi faktordur. Digər tərəfdən, Azərbaycan xalqı, Azərbaycan ordusu, Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyə buna necə reaksiya verəcək? Türkiyə Prezident səviyyəsində bildirib ki, 2025-ci ildə rus qoşunları Azərbaycanı tərk etməlidir. Eyni zamanda burada NATO-nun, ABŞ-nin, Böyük Britaniyanın və İsrailin mövqeyi nəzərə alınmalıdır. Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək. Bu baxımdan Rusiyanın və Azərbaycandakı "beşinci kolon"un işini çətin qiymətləndirəm. İşləri çətindir…
- Yeri gəlmişk, NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərində əsas mesajı Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin vacibliyi barədə idi. Artıq Türkiyə də, Avropa da bu məsələni qaldırır. İndiki ərəfədə NATO rəhbərinin regiona səfərini necə qiymətləndirirsiniz? NATO - Azərbaycan münasibətlərində dəyişiklik gözləyə bilərikmi?
- Baş verənləri qlobal, regional və subregional kontekstdə dəyərləndirmək lazımdır. Qlobal kontekstdə baxsaq, hazırda dünya dövlətləri arasında 3 qrup üzrə qruplaşma prosesi gedir. ABŞ başda olmaqla kollektiv Qərb (demokratik dünya), Çin rəhbərliyində kollektiv Şərq (anti-demokratik dünya), həm demokratik, həm də qeyri-demokratik dövlətlərdən ibarət qarışıq qlobal Cənub. Hər bir tərəf çalışır ki, öz qrupunu böyütsün. NATO-nun 32 üzvü var və 40-dan artıq ölkə ilə əməkdaşlıq edir. NATO çalışır ki, qrupunu gücləndirsin. Azərbaycana subregional səfərin qlobal məqsədi məhz budur. Regional olaraq isə Qara dənizdə baş verənlərə baxmaq, Vilnüs Sammitində qəbul edilən qərarları nəzərə almaq lazımdır. Soyuq müharibə dövrü bitəndən sonra ilk dəfə NATO Rusiyadan 4400 səhifəlik müdafiə planı qəbul edib. Burada Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya önəmli yer tutur. Bu bölgəyə liderlik Türkiyəyə həvalə olunub, bura qardaş ölkənin məsuliyyət zonası hesab olunur. İndi Qərb burada təşəbbüsü ələ almaq istəyir. Gürcüstanın NATO, Avropa Birliyi ilə əlaqələri hər kəsə məlumdur. Avropa Birliyi Ermənsitanla da dialoq halındadır. Burada yeganə zəif həlqə Azərbaycandır. Bu baxımdan, NATO-nun subregiona və Azərbaycana diqqəti anlaşılandır. Həmçinin Rusiyanı regiondan çıxarmaq istəyi də var. Bunun üçün də ilkin zəmin hazırlanmalıdır. Birdən-birə bu, mümkün deyil. İlkin zəmin isə sülh müqaviləsindən keçir. Ermənistanla Azərbaycan arasında sülh olmalıdır ki, Rusiyaya ehtiyac qalmasın. Sülh olsa, "sülhməramlı"lar bölgədən çıxmalıdır. Azərbaycan - Ermənistan, Ermənsitan - Türkiyə normallaşması başlasa, Rusiyaya Ermənistanda da ehtiyac qalmır. Beləcə Ermənistandan Rusiya silahlı qüvvələrinin çıxarılmasının önü açıla bilər. Azərbaycan və Ermənistanda bu proseslər getsə, Gürcüstan da daha cəsur siyasət aparacaq. İndi RusiyAdan çəkinir. Həmçinin onu da qeyd edək ki, Stoltenberqin dövrü başa çatmaq üzrədir və bu, həm də bir vida səfəri hesab oluna bilər.
- Sonda bu yaxınlarda işıq üzü görən “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” kitabınızdan danışmaq istərdik. 4 illik zəhmətə başa gələn bu əsərə zərurət nədən qaynaqlanırdı?
- 2017-ci ildə mənim ilk kitabım - "Milli siyasətin əsasları" işıq üzü görüb. Həmin kitabı yazmaqda məqsədim o idi ki, Azərbaycanda milli siyasətin əsasını qoyum. 1992-ci ildə MTN-də işə başlayanda, bu xüsusi məktəbi yaratmaq istəyəndə ilk dəfə bütün varlığımla hiss etdim ki, hər hansı adda olan bir məktəb üçün təkcə bir bina yetərli deyil. Onun üçün müəllimlər və kitablara, milli kadrlarla ehtiyac var. Bizim Londonda, Parisdə, Brüsseldə, Ankarada və ya Vaşinqtonda kadrlarımız oxuya bilər. Amma unutmamalıyıq ki, hər bir dövlətdə yazılan kitab dünyaya və siyasətə məhz həmin mərkəzin baxış bucağın əks etdirir. Bizə isə Bakıdan baxış lazımdır. Ona görə də qərara gəldim ki, Azərbaycanda milli siyasət məktəbinin əsasını qoymaq üçün kadrlara və milli kitaba ehtiyac var. Beləcə Azərbaycanın milli maraqlarını işləyib hazırladım. Milli maraqlardan biri də Azərbaycanın mili birliyidir. Milli birlik olmadan millət qarşısında duran aktual məsələləri həll edə, milli maraqların təhlükəsizliyini təmin edə bilməz. Milli birlik üçün də millət gərək zehnən və ruhən bir olsun. Fikirdə, zehndə birlik olmasa, onlar yoldaş da ola bilməzlər. Kitabın ərsəyə gəlməsində də məqsəd Azərbaycan vətəndaşını zehndaşa, ruhdaşa çevirməkdir ki, onlar yoldaş, eyni milli yolun yolçusu ola bilsinlər.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Agilli dovlet calishmalidir ki, agilli muxalifeti ve xalqi olsun. Dovlet xalqina guvenmelidir, bu yoxdursa Dovletin dayagi kim olmalidir ve kiminse hakimiyyet namine vassalina cevrilmelidir .
Niyə Azərbaycan öz daxili şəraitinə uyğun hərəkət edə bilməyəcək7Çünki 5-ci kolon elə hakimiyyət daxilindədir?j
Bu adam beşinci kolonu harada axtarır?....