"Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər" - Sabir Rüstəmxanlı

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.

“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib: “Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.

S.Rüstəmxanlı vurğulayıb ki, ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur: “Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.

635x100

Şərhlər

Watchman 2024-03-29 21:42:35

Sabir müəllim, əksinə, uşaqlar indiki analar üçün gəlir mənbəyiir. Işləyirlər, üstəlik də aliment alırlar. Deyəsən siz bu ölkəyə yeni gəlmisiz, baş verənlərdən heç xəbəriniz yoxdur. Axı heç ağır keçən 90-cı illərdə, 2000-ci illərin əvvəllərində uşaq pulu yox idi, amma bu problem də yox idi. Azpolitika 2 şərhimi dərc etməyib, heç olmasa bunu dərc etsin.

Sabir Rüsrəmxanlıya 2024-03-29 16:19:09

BU çıxışdan əvvəl Sabir bəy möhrərəm Bahar xanımla,,fəaliyyəti görünməyən,nə ilə məşğul olduqlatı naməlum Komitə ilə razılaşıb? ömr uzunluğunun azalması isə Azərsunun keyfiyyət və tərkibi bəlli olmayan məhsullatının və xaricdən vaxtı keçmiş məhstlların yenidən qablaşdırılaraq Azərbaycanda satışa verilməsi,AQTA--nın nəzarətdə məsuliyyəsizliyi,səhiyyənin yaramazlığı.insanların psixi durumu və bu kimi amillər səbəb olur.Bu sahədə hr hansı ciddi iş görülməməsi nəyicədə belə hala gəritit.Qadınların evlənmə,uşaq istəməməsi isə dolanışıq məsrəflərinin artımının real gəlirlə uzlaşmamasıdır.Hökumət bu sahələri özbaşına buraxıb.Guya bunları bilmirsiniz?

Watchman 2024-03-29 15:04:24

Gənc qızlar uşaqpuluna görə yox, qudurğanlıqdan ana olmaq istəmirlər. Elə bilirlər ki, ailə qurandan sonra evdə hər kəs bunlara boyun əyməlidir, kişilər evdə hər işi görməli, bunlar istirahət etməlidir. Efirlərdə bunları başa salın ki, ailə cəmiyyətə öz töhfəni vermək deməkdir, yeri gələndə əziyyətdir, özünü fəda etməkdir. Qanunlarınızla qudurğan azğın bir gənc qadın nəsli yetişdirmisiz, indi guya baş aça bilmirsiz.

Watchman 2024-03-29 14:52:13

Siz deputatlara qəbul etdirilən bu absurd qanunlar, gender bərabərliyi, ailə məcəlləsi axırda öz qarşınıza çıxacaq və çıxır da. Nə əkirsinizsə, onu da biçəcəksiniz. Çünki günahsız körpələri atalarından gözü yaşlı ayırmısınız. Neçə-neçə mərd kişiləri alçaldıb, uşaqlarından ayırıb, çörəyə möhtac qoymusunuz.

Şəkili 2024-03-29 14:12:56

Sabir müəllimlə tam razıyam.Uşaq pulu vermək lazımdı.Ünvanlı sosial yardım hamını əhatə etmir və əsasən də rayonlarda yaşayan əhalı üçün əlçatan deyil.Uşaq pulu vermək haqqında konkret qərarlar hazırlanmalıdır.Yoxsa əhalı sayı həqiqətən azalacaq.Uşaq böyütmək həqiqətən çətinləşib....

Son yazılar