"MÜHARİBƏ REAL TƏHLÜKƏDİR" - "Bu, xüsusilə gənc nəsil üçün qorxulu səslənir, lakin..."

Avropa üçün müharibə xəbərdarlığı edən Polşanın baş naziri Donald Tusk Avropa İttifaqının bu müharibəyə hazır olmadığını etiraf edib.

Almaniyanın “Die Welt” qəzetinə danışan Tusk vəziyyətin ciddiliyini vurğulayıb.

O, artan təhdidlər qarşısında diqqətli olmağın və kollektiv addım atmağın vacibliyini qeyd edib.

"Avropada müharibə real təhlükədir və Aİ buna hazır deyil. Mən bilirəm ki, bu, xüsusilə gənc nəsil üçün qorxulu səslənir, lakin biz yeni bir dövrün başladığına öyrəşməliyik: müharibədən əvvəlki dövr..." - nazir bildirib.

Mövcud böhranın görünməmiş xarakterini qeyd edən Tusk İkinci Dünya müharibəsinin nəticələri ilə müqayisələr apararaq qeyd edib ki, 1945-ci ildən bəri geosiyasi mənzərə bu qədər qeyri-sabit olmayıb: "Hazırda ən narahat edən şey, sözün əsl mənasında hər bir ssenarinin mümkün olmasıdır. Qarşıdakı iki il hər şeyi müəyyənləşdirəcək. Bizim əsas vəzifəmiz Ukraynanı Rusiya işğalından qorumaq, Ukraynanı müstəqil və bütöv bir dövlət olaraq saxlamaq olmalıdır. Bizə ABŞ ilə güclü müttəfiqlik lazımdır və eyni zamanda müstəqil müdafiədə özümüzü təmin etməliyik. ABŞ prezidentinin kim olmasından asılı olmayaraq, bizim vəzifəmiz transatlantik əlaqələri yaxşılaşdırmaqdır".

660668d854980660668d8549811711696088660668d85497e660668d85497fjpg-1711696629.jpg (49 KB)

Tuskun açıqlamaları Rusiya prezidenti Putinin F-16-lara ev sahibliyi edən bölgələri qanuni hədəflər hesab edəcəyini açıqlayaraq NATO ölkələrini qorxutmasından bir gün sonraya təsadüf edib.

Putin qonşu ölkələri açıq şəkildə təhdid edib: “Əlbəttə, üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, harada yerləşsələr də, bizim üçün qanuni hədəfə çevriləcəklər”. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar