“Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etmirik” - Sergey Kopırkin

“Ermənistanda hakimiyyətin bəzi nümayəndələrinin Moskvanın Ermənistanı Rusiya - Belarus ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Mən özüm bu sualı verirəm, bu mövzu haradan gəldi. Burada bu prosesi təbliğ edən ictimai təşkilatlar, siyasi qüvvələr var. Amma indiki halda onların bizim dövlətlərarası münasibətlərimizlə, siyasi dialoqumuzla heç bir əlaqəsi yoxdur. Mən bir rus, səfir kimi buna rəğbət bəsləyirəm. Amma bilmirəm ki, bu məsələ nə vaxtsa bizim siyasi dialoqumuzun və müzakirəmizin mövzusu kimi gündəmə gəlib”, - diplomat vurğulayıb.

Xatırladq ki, daha əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan və digər hökumət rəsmiləri bildiriblər ki, Rusiya Ermənistanı “İttifaq dövləti”nə qoşulmağa məcbur etməyə çalışır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar