Türkiyə Qəzzada yaranmış vəziyyətlə əlaqədar bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Aprelin 9-dan tətbiq ediləcək məhdudiyyət qərarının Qəzzada atəşkəs əldə olunana qədər qüvvədə qalacağı bildirilib.
Qeyd edək ki, nazirlik ixracına qadağa qoyulan 54 məhsulun adını da açıqlayıb:
1. Alüminium profillər
2. Alüminium məftillər
3. Boyalar
4. Mis profillər və məftillər
5. Beton qarışdırıcılar
6. Polad borular və fitinqlər
7. Polad məftil çubuq
8. Polad qablar
9. Polad körpü hissələri
10. Polad qüllələr
11. Polad profillər
12. Sement
13. Tikinti üçün bloklar və plitələr
14. Dəmir və poladdan hazırlanmış bütün tikinti materialları
15. Bütün növ dəmir və polad məftillər
16. Ekskavatorlar
17. Elektrik kabelləri
18. Elektrik panelləri
19. Kafel
20. Fiber optik kabellər və elektrik keçiriciləri
21. Forkliftlər
22. Qranit
23. Kabellər
24. Avadanlıq məhsulları
25. Hidravlik yağlar
26. Armatur
27. İnşaat maşınları
28. İnşaat izolyasiya materialları
29. Tikintidə istifadə olunan şüşə
30. Kimyəvi birləşmələr
31. Kimyəvi gübrələr
32. Klinker
33. Vedrə və qarmaq
34. Kükürd
35. Mineral yağlar
36. Roller zəncirləri
37. Mərmər
38. Metal emalı maşınları
39. Metalların emalında istifadə edilən kimyəvi maddələr
40. Mineral gübrələr
41. Mühərrik yağları
42. Paletlər
43. Plastik borular
44. Sendviç panellər
45. Keramika
46. Boyalar
47. Məftil çəkən maşınlar
48. Kəsim maşınları
49. Kərpic
50. Aviasiya benzini və təyyarə yanacağı
51. Laklar
52. Kranlar
53. Yapışqan
54. Yastı polad məmulatları
"AzPolitika.info"

Şərhlər