Menu

Ramiz Mehdiyevin 86 yaşı tamam oldu – Daimi həkim nəzarətindədir...

17.04.2024, 20:34
Ramiz Mehdiyevin 86 yaşı tamam oldu – Daimi həkim nəzarətindədir...

Bu gün Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin 86 yaşı tamam olur.

“AzPolitika” məlumatlı mənbələrə istinadla xəbər verir ki, o, Almaniyada uzunmüddətli müalicə prosesindən sonra ötən ay Azərbaycana qayıdıb və hazırda bağ evindədir. Qeyd olunur ki, R.Mehdiyevin səhhəti hazırda stabil olsa da bir sıra xəstəliklərdən əziyyət çəkir və daimi həkim nəzarətindədir.

Xatırladaq ki, fevralın 21-də Mərkəzi Klinik Xəstəxanada Ramiz Mehdiyevin baş nahiyəsində yaranmış problemlər müayinə olunduqdan sonra 10-a yaxın həkimin iştirakı ilə konsilium keçirilib. Həkimlər keçmiş PA rəhbərinin yaxınlarına onun müalicə üçün ölkə xaricinə aparılmasını məsləhət görüblər. Daha sonra o ailə üzvlərinin müşaiyəti ilə Almaniyaya aparılıb və klinikaların birndə bir neçə həftəlik müayinə və müalicə prosesi keçib.

Yüksək hakimiyyət postlarında olduğu zamanlardan fərqli olaraq hazırda onun doğum gününü yada salan yoxdur. Məmurlar, hakim partiya təmsilçiləri susmağa üstünlük verirlər....

Rasim

“AzPolitika.info”   

Şərhlər

dadaşyev 2024-04-18 14:10:36

"Yüksək hakimiyyət postlarında olduğu zamanlardan fərqli olaraq hazırda onun doğum gününü yada salan yoxdur".Yaxşı cümlədir.Bizim aşağı ranqlı məmur kütləsi "Böyük dayaq"dakı Yastı Salmanlar toplusudu.Şir qocalanda tükünə məmur qonar.

Eli 2024-04-17 21:42:17

Rasim bey Siz jurnalist kimi daim xalqa elaqedesinşz Sşzin bu hereket bu fikir milli mentalitete tam ziddir olnaz bele,keçene güzeşt deyibler ve sözü zamanında demek jazımdur ki hedefe deysin.

Roma 2024-04-17 14:05:45

"Maşallah" olsun, camaat 65-ə çatammır...

Babək 2024-04-17 11:40:02

Bu da Hadı kimi ölüb canını qurtarmır. Amma həqiqət odur ki, bütün hallarda bunların zəhmətdən çox lənəti bol olacaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol