Hollandiya Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD) çərşənbə axşamı Avropada son bir ildə baş verən terror aktları ilə bağlı məlumat dərc edib.
“AzPolitika” xəbər verir ki, Qərb kəşfiyyat agentlikləri keçən il Avropa ölkələrində cihadçılar tərəfindən ən azı 10 terror aktının qarşısını alıblar. İsrail və HƏMAS arasında müharibə növbəti hücumlarla bağlı riskləri artırıb.
Cihadçılar tərəfindən planlaşdırılan terror aktlarına bıçaqlı hücumlar və konkret binalara və tədbirlərə qarşı həyata keçirilən aksiyalar daxildir.
"Hücumların iki əsas motivi var idi: Hollandiyada və digər Avropa ölkələrində Quranın yandırılması, İsrail ilə HƏMAS arasında münaqişə", - hesabat müəllifləri qeyd edirlər.
2023-cü ilin avqustunda İsveç terror təhlükəsi səviyyəsini artırıb. Bu tədbir Quranın yandırılması və İslamın müqəddəs kitabına qarşı törədilən digər alçaq hərəkətlərin təhdidlərə səbəb olmasından sonra elan edilib.
Onu da qeyd edək ki, xristianların və yəhudilərin törətdikləri kütləvi qətliamlar Avropa ölkələri tərəfindən terror faktı kimi qeydə alınmır. Bir müsəlmanın şəxsi zəmində başqa birinə xəsarət yetirməsi isə dərhal terror hadisəsi kimi qeydə alınır.
"AzPolitika.info"


Şərhlər