Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyayt Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub.
.jpg)
O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.
Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.
.jpg)
O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

Şərhlər
Nazir rəşad Nəbiyev "Qaz Nəbi" kimi tanınan Sumqayıtda bir oliqarxın oğludur, müavini Hümmətov Rəhman isə Şəkidə "Qaz Dursunun" oğlu kimi tanınır və Şəkini uzun illər qazsız qoymuşdur ! Bunlardasn nə gözləmək olar ???
Rəşad Nəbiyevin qəbuluna düşmək qeyri-mümküdür ! Peşəkar kadrları məhv edir,Ş qeyri-peşəkar kadrlarıa üstünlük verir. Şəki Poçt Filialkına qeyri-peşəkar, özündən razı, yekəxana , korrupsioner Elçin Bəkirovu Şəki regional Poçt Filialına rəis təyin edib. özüdə Oğuzdandır. Şəkini n savadlı kadrları isə köldə qalıb ! Rəşad Nəbiyev Rabitəni keçmiş Kolxoz İdarəsinə döndərib. Bakıdfan Şəkiyə 10 günə məktub gəlib çatmır. Rabitə can verir......?
Bəli, Cənab Moshu, real çalışan canlı dünyaya milyardlara zəhmətkeş insan gərək, onu Hitler kimi zəbt etməyə *qabil* liderlər yox. Bu gün 1 Maydır. Beş milyon əməkçi hər birimiz gündə azı 100 ABŞ dollarlıq aləmə gərəkli natural (ÜDM) məhsul istehsal edək ki, *blokdakı* qonşu Ermənistanı keçək? Ayda cəmi 10(on) milyardla adambaşına bəyənməyib, yardım etdiyimiz Avropa göstəricilərinə yaxınlaşaq???
Hər iki yoldaşa uğurlar arzulayıram, işləri avand olsun. Müavinlərdən biri hazırki ədliyyə nazirinin yerinə təyin olunub. Hazırki nazir isə heç bir müsbət fəaliyyəti ilə diqqəti çəkmir. Ola bilər ki savadlı kadrdır, Sorbon və ya Oksford unuversitetini qurtarıb. Qaz Nəbi kimi Sumqayıtda tanınan bir oliqarxın, korrupsionerin oğlu nə bilər bu ölkənin, xalqın qədrini? Çox güman ki, Elmin Məmmədov yeni nazir postuna namizəddir. Bu çox düzgün seçim olardı.
Bunlar ikisi də ədəbiyyat müəllimidir.Rəqəmsal inkişafın nə demək olduğunu bilomədikləri halda nazirlikdə nə işlə məşğul olacaqlar?
Sabiq Rabitə Naziri Nadir Əhmədov müavinsiz işləmiş, heç bir qanun pozuntusuna yol verməmiş və əhaliyə nümunəvi rabitə xidmətləri göstərilirdi.... İndi nazirin 5-müavini olmasına baxmayaraq rabitə can verir !
Hər iki yoldaşa uğurlar arzulayıram, işləri avand olsun. Müavinlərdən biri hazırki ədliyyə nazirinin yerinə təyin olunub. Hazırki nazir isə heç bir müsbət fəaliyyəti ilə diqqəti çəkmir. Ola bilər ki savadlı kadrdır, Sorbon və ya Oksford unuversitetini qurtarıb."Qaz Nəbi" kimi Sumqayıtda tanınan bir oliqarxın oğlu nə bilər bu ölkənin, xalqın qədrini? Çox güman ki, Elmin Məmmədov yeni nazir postuna namizəddir. Bu çox düzgün seçim olardı.