“Hər kəs çətinliyi fərqli şəkildə yaşayır. Elçin mənim belimi qırdı. Allah heç kəsə bala dərdi göstərməsin”.
“AzPolitika” xəbər verir ki, bu sözləri Baş nazirin sabiq müavini Abid Şərifov ASAN TV-yə müsahibəsində deyib.
O, mərhum oğlunun xəstəliyinin səbəblərini açıqlayıb: “İlk dəfə sol qıçında problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-yə apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Onlar dedilər ki, bunun müalicəsi yoxdur. Müalicə üçün Almaniyaya, İngiltərəyə və İsrailə də apardıq, ancaq düzəlmədi. Dedilər ki, bu xəstəliyin səbəbi stres və qorxu ola bilər. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”.
Qeyd edək ki, Elçin Şərifov ötən il vəfat edib. O, uzun illər əvvəl iflic olmuşdu.

Şərhlər
Biriləri xəstə ovladinı Amerikaya, İngiltərəyə, Almaniyaya və s ölkələrə aparır, biriləri heç rayondan Bakiya apara bilmir...
ABİD MÜƏLLİM ALLAH RƏHMƏT ELƏSİN .ALLAH SZƏ VƏ YAXINLARINIZA SƏBR ,CAN SAĞLIĞI VERSİN.
Abid müəllimbunu hamı anlayır.Amma bunu mətbuata çıxarmanızın məqsədi aydın deyil.Nə istəyirsinz?
normal halda bu məsələ yaxıçn qohumlar arasında ildə bir yada salınar.
Demək, pul hər şey demək deyil.....
Ay Abid ne vaxtsiz elden dushdun sen! Vaxt var idi ner ner nerildeyirdin! Hec kimi vecine almirdin! Indi vezifende elinden getdi ! Kime qaldi o mal mulk bilirsen? ... Heleki sen varsan deye sessizlikdir. Senden sonra miras uste hay huy dusecek. Ey ey ey gor zaman kimleri meftil kimi eydi! Butununuz bu hal duseceksiniz! Saraylarda oturacaqsiniz amma bir dilenci qeder xosbext olmayacaqsiniz!