Növbədənkənar parlament seçkilərinin keçirilməsinə çox az bir müddət qalıb. Son günlər yayılan məlumatlara görə, bu proses çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacaq. Yeni seçkidə ilk dəfə deputat mandatı qazanan şəxslərin bir çoxunun yenidən iştirak edəcəyi gözlənilir.
“AzPolitika” mövzunun aktuallığını nəzərə alaraq, ilk dəfə Milli Məclisdə təmsil olunan deputatlara fəaliyyət dövrləri ilə bağlı bir neçə sual ünvanlamaq qərarına gəlib. İlk müsahibimiz 57 saylı Kürdəmir seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilən Əminə Ağazadə olub.
- Əminə xanım, Milli Məclisdə təmsil olunduğunuz illər ərzində regionda və ölkəmizdə bir çox tarixi hadisələr yaşandı. Sizcə Milli Məclis bu periodda üzərinə düşən vəzifələrin öhdəsindən tam şəkildə gələ bildimi? Siz 4 illik fəaliyyət dövrünüzü necə qiymətləndirirsiniz?
- VI çağırış Milli Məclisin fəaliyyəti həm dünyada, həm ölkəmizdə baş verən hadisələr baxımından olduqca gərgin bir dövrə təsadüf etdi. Seçkilərdən az sonra sürətlə yayılan COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi dövlətimiz və cəmiyyətimizi indiyədək rastlaşmadığımız sosial-ictimai problemlərlə qarşı-qarşıya qoydu. Bundan başqa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrından başlayaraq ötən ilin sentyabrında yekunlaşan Azərbaycan ordusunun Zəfər yürüşü, dünyada və regionda baş verən böyük geosiyasi təlatümlər, ölkəmizə qarşı artan beynəlxalq təzyiqlər ölkənin Ali Qanunverici orqanının fəaliyyətində yeni bir mərhələ oldu. Hesab edirəm ki, bütün gərginliklərə, təzyiqlərə baxmayaraq, başda Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarova olmaqla, VI çağırış Milli Məclisin deputatları öz səlahiyyətlərini uğurla yerinə yetirməyi bacardılar. Buna misal olaraq Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament şəbəkəsinin yaradılmasını, 2022-ci ilin iyun ayında Bakıda 40-dan çox parlamentin və 8 parlamentlərarası təşkilatın 400-dək nümayəndəsinin iştirakı ilə keçirilən Parlament Şəbəkəsinin ilk konfransını, həmçinin, Asiya Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin 2024-2025-ci illər üzrə Prezident seçilməsini, Milli Məclisin ev sahibliyi etdiyi bir çox möhtəşəm beynəlxalq tədbirləri göstərmək olar. Sualınıza gəlincə, ilk növbədə qeyd edim ki, deputatın fəaliyyəti təkcə seçildiyi dairə üzrə qiymətləndirilmir. Hər bir deputatın ölkənin Ali Qanunverici orqanı olan Milli Məclisdə, aid olduğu komitələrdə, əlaqəli olduğu beynəlxalq təşkilatlarda kifayət qədər çətin və məsuliyyətli işi var. Hazırda kütləvi informasiya vasitələri, sosial şəbəkələr hər bir deputatın fəaliyyəti haqqında istənilən qədər məlumat almağa imkan verir. Əlbəttə, ötən müddət ərzində əldə etdiyimiz müsbət nəticələrlə birlikdə həllini tapmamış məsələlər də olub. İstənilən halda, hesab edirəm ki, deputatın fəaliyyətinə qiyməti onun seçiciləri verməlidir.
- Bu müddət ərzində öz dairəniz üzrə seçicilərinizin hansı problemlərinin həllinə köməklik göstərmisiniz?
- Deputatlara edilən müraciətlər əslində bütün sosial sahələri əhatə edir. Burada maddi yardımdan başlamış məhkəmə və icra orqanlarının işi, aid olduğumuz regionun demək olar ki, bütün sosial-iqtisadi problemləri, hətta ailə, məişət məsələləri belə öz əksini tapır. Deputat olaraq həll etdiyim hər hansı problemi xüsusi olaraq qeyd etmək istəmirəm. Amma onu deməliyəm ki, qanunun mənə verdiyi səlahiyyətlər çərçivəsində bütün müraciətləri cavablandırmağa çalışmışam.
- Milli Məclisdə hansısa qanunun qəbul olunmasıyla bağlı təklif irəli sürmüsünüzmü?
- Məlum olduğu kimi, Konstitusiyamıza görə qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Prezidentinə, Ali Məhkəməsinə, seçki hüququ olan 40 min vətəndaşına, Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Qeyd etməliyəm ki, bir çox hallarda bu təşəbbüs ölkə başçısı tərəfindən irəli sürülür. Bundan başqa, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olaraq “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna dəyişiklik edilməsi haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişikliklər edilməsi haqqında” və bir sıra qanun layihələri tərəfimdən Milli Məclisin plenar iclasında təqdim olunmuşdir.
- Növbəti parlament seçkisində namizəd olmağı düşünürsünüzmü? Namizəd olacağınız təqdirdə yenidən deputat seçiləcəyinizə inanırsınızmı?
- Hazırda VI çağırış Milli Məclis öz işini davam edir və mən də bütün deputatlar kimi öz fəaliyyətimlə məşğulam. Seçkilərə start verildiyində namizədlik məsələsini müzakirə edəcəyik. İnanmaq məsələsinə gəlincə, bu, yalnız seçkidə iştirak edən seçicilərin iradəsindən asılıdır və bu seçimin qanunla təsdiq edilmiş nəticələri müzakirə edilmir.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Görəsən bu xanım deputatların fəaliyyətinin nədən ibarətoldiğini bilirmi? evdə bişməyib.qonşudan gəlmətib.Yatıb tuxuda oyananda özünü deputat kürsüsündə görüb.Bunun "sponsoru" kimdir:?
Bunu deputatların gözəllilk müsabiqəsinə göndərsəniz yaxş mükafat alar.Belələrini haradan yapıtlar?
Əminə xanım düz buyurursunuz, həüqiqətən deputatlar öz seçicilərinin deyil, öz şəxsi fəaliyyətlərini uğurla həyata keçirirlər. deputatlar təyin olunduğu rayonun sakinlərinin dərd səri ilə məşğul olmaq əvəzinə İcra başçılarını müdafiə edirlər, çünki onların təyn olunmasında onların müstəsna xidmətləri olub, Şəkinin deputatı da rayonun problemləri ilə heç vaxt məşğul olmayıb. ola da bilməz.... Onu onlar təyin ediblər. ...
Adətən siyasətçilərin fotoları tribunada və məclisdə çıxış edərkən və ya işgüzar şəraitdə çəkilmiş şəkilləri dərc edirlər. Bizimkilər xüsusən də qadın deputatlar təzə paltar geyəndən geyənə şəkil çəkdirirlər. Qınamalı deyillər axı çıxış edirlər ki, şəkilləri də olsun?
Yerinə yetirdilər,ancaq anti milli
Lətifə: Lüdmila Zıkina Gədəbəyə konsert verirmiş. Hər mahnıdan sonra gurultulu alqışlar olurmuş. ZıkinaYa ləzzət etdiyindən zala sirub ki, ürəyiniz hansı mahnını istəyirsə onu oxuyum. Yaşlı bir ayrım durub deyib ki, " Zıkina bajı oxumağın lazım deyil e, elə o yana get, bu yana get, bəsimizdir." İndi Əminə xanım belə başlamısan yəqin yenə seçiləcəksən. Seçilsən danışmağın özünə qalsın efirlərdə dejurnu görünsən bəsimizdir ...
Nəyi bacardılar?Cərimələri,bahaçılığı.Polis özbaşınalığını,ölkədə işsizlik və repressiya üzündən Azərbaycandan insanların köçmələrini, qanunsuzluqlatı ,rüşvətxərluğa,korrupsiya ilə mübarizıni və sair,vəBelə deputatları heç düşmənə arzulamazlar!k sairəni deputatlar bacardılar.Maşallah! Çox fəal korrupsionerlərə, baçını itirmiş hakimiyyətə yaltaqlıqla ?,
Bu kimdi?Belə bir deputat olmayıb,səhv edirsiniz.Lap tutaqki olub,heç bir fəaliyyəti olmayan,cəmiyyət arasında tanınmayan bir insanı indi durub reklam etməyin anlamı nədir???
Sizin daydayınız kimdir Əminə x
Sağ olun AzPolitika , tanımadığımız deputatları bizimlə tanış edirsiz .Mən şəxsən bu xanımın adını və üzünü ilk dəfə görürəm ,heç çıxışınıda eşitməmişəm .Xahiş edirəm ,yəqin ki belə gözə-görünməz deputatlarımız çoxdur ,bizləri tanış edin